ABŞ və Macarıstan mayeləşdirilmiş təbii qaz və nüvə enerjisi ilə bağlı razılığa gəlib

ABŞ və Macarıstan mayeləşdirilmiş təbii qaz və nüvə enerjisi ilə bağlı razılığa gəlibABŞ və Macarıstan nüvə energetikası sahəsində, eləcə də Amerika mayeləşdirilmiş təbii qazı və silahlarının alınması ilə bağlı bir sıra razılaşmalara nail olublar.

"Report"un məlumatına görə, bu barədə ABŞ Dövlət Departamenti prezident Donald Tramp ilə Macarıstanın Baş naziri Viktor Orban arasında keçirilən danışıqlardan sonra açıqlama yayıb.

Məlumatda bildirilib ki, tərəflər xüsusilə atom energetikası sahəsində qarşılıqlı anlaşma memorandumu imzalayıblar.

"Memorandum mülki nüvə sənayesində, o cümlədən kiçik modullu reaktorlar və işlənmiş nüvə yanacağı sahəsində əməkdaşlığa dəstək vermək məqsədilə danışıqlara başlamaq niyyətimizi ifadə edir. ABŞ və Macarıstan Budapeştin Mərkəzi Avropa bazarında kiçik modullu reaktorlar üçün mərkəzə çevrilməsi üzərində çalışırlar. Macarıstan 10-a qədər kiçik modullu reaktorun tikintisini dəstəkləmək niyyətində olduğunu bildirib, bu layihələrin potensial dəyəri 20 milyard dollaradək ola bilər", - deyə sənəddə qeyd olunur.

Sənəddə həmçinin bildirilib ki, Macarıstan ABŞ-nin "Westinghouse" şirkətindən "Paqş-1" AES üçün təxminən 114 milyon dollar dəyərində nüvə yanacağı alacaq. Bu stansiya 1980-ci illərdə rus mütəxəssisləri tərəfindən tikilib və hazırda "Rosatom" strukturuna daxil olan "TVEL" şirkəti tərəfindən yanacaqla təmin olunur. Lakin Macarıstan qanunvericiliyində həmin stansiyada Rusiya yanacağı əvəzinə alternativ nüvə yanacağından istifadə imkanı nəzərdə tutulub. Macarıstan hökuməti hesab edir ki, Avropa İttifaqının "Rosatom"a qarşı sanksiyalar tətbiqinə davam etməsi fonunda ehtiyat tədbirləri görmək və Rusiya yanacağının əvəzlənməsi variantlarını nəzərdən keçirmək vacibdir.

Bundan əlavə, ABŞ Dövlət Departamenti vurğulayıb ki, Macarıstan təxminən 600 milyon dollar dəyərində Amerika mayeləşdirilmiş təbii qazının alınması üzrə müqavilələr imzalamağı öhdəsinə götürüb. Bu, Qərb mətbuatında yayılan məlumatların doğruluğunu təsdiqləyir.

Məlumatda o da qeyd olunub ki, Budapeşt ABŞ-dən 700 milyon dollar dəyərində silah və hərbi texnika almaq planlarını açıqlayıb. Alınacaq məhsulların dəqiq siyahısı göstərilməyib.

Sonda Dövlət Departamenti bildirib ki, Vaşinqton Macarıstanın ABŞ-yə vizasız giriş proqramında tam iştirakını bərpa edəcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 715   Tarix: 09 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Jurnalistlərin IX qurultayının vaxtı dəyişdi

Azərbaycan jurnalistlərinin IX qurultayı Rəşid Behbudov adına Mahnı Teatrında təşkil olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə Jurnalistlərin IX qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi məlumat yayıb. Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi, eyni zamanda, qurultayın keçirilmə tarixini

14:12 158
.

Bələdiyyə sənədi ilə evə çıxarış almaq üçün 5 əsas mərhələ

Hazırda bələdiyyə sənədi olan evə çıxarış almaq üçün hansı addımların atılmalı olduğu sualı vətəndaşlar tərəfindən tez-tez gündəmə gətirilir. Xüsusilə bələdiyyədən verilmiş sənədlərin daşınmaz əmlakın dövlət qeydiyyatı üçün nə dərəcədə əsas təşkil etdiyi, ev və torpaq sahəsinin hansı qaydada rəsmiləşdirilməl

12:37 221
.

Yumurta bişirəndə bu səhvləri etməyin

Yumurta bişirərkən edilən səhvlərin əksəriyyəti onun qida dəyərini yox, dadını, görünüşünü və konsistensiyasını korlayır. xəbər verir ki, yumurta zülal, vitaminlər və xolin kimi faydalı mikroelementlərlə zəngin qidalardan biridir. Yumurta çox bişiriləndə bütün faydasını itirir fikri isə doğru deyil

19:00 125
.

İranın Baş Qərargah rəisi: İsrailin sonunu onlar gətirəcək

"Müqavimət cəbhəsi (İranın Yaxın Şərqdəki proksi qüvvələri - red.) İsrailin sonunu gətirəcək". Teleqraf xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Əli Abdullahi HƏMAS-ın İsrailə hücumunun üçüncü ildönümü münasibətilə bəyanatında deyib. "Bu əməliyyat İsraili

20:30 1
.

Xərçənglə saçların ağarması arasında əlaqə aşkar edildi

Saçların ağarması yalnız yaşlanmanın əlaməti olmaya bilər. Siçanlar üzərində aparılan araşdırma göstərib ki, saçın rəngini təmin edən kök hüceyrələr müəyyən zədələnmələrdən sonra xərçəngə çevrilmək riskini azaldan bir prosesdən keçir. Bunun nəticəsində isə saçlar ağarır. xarici mediaya istinadla xəbə

19:45 73
.

Ekspert Yaxın Şərqdəki vəziyyətdən danışdı: "Daha geniş müharibəyə yol vermək olmaz"

"Məkkə Birgə Müdafiə Sazişinin bu gün real təhlükəsizlik böhranı fonunda işə düşməsi Yaxın Şərqdə yeni hərbi-siyasi mərhələnin başladığını göstərir. Sazişin mahiyyəti ondan ibarətdir ki, üç dövlətdən birinə qarşı silahlı hücum digərlərinə qarşı hücum kimi qəbul edilir. Bu baxımdan Türkiyə və Pakistanı

14:27 166
.

İran: ABŞ etimadı bərpa etməlidir

İran ABŞ-la danışıqlarda artıq "kifayət qədər güzəştə getdiyini" bildirib. İranın keçmiş diplomatı Hadi Əfqahi deyib ki, bundan sonra etimadı bərpa etmək ABŞ-ın üzərinə düşür. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Əfqahi bildirib ki, İran ABŞ-la apardığı danışıqların dəfələrlə müharib

14:55 178
.

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var. "Report" "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömer Çelik deyib. O bildirib ki, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir:. "Lakin hə

19:12 110
.

Ov mövsümü başlayır

"Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın növbəti iclası keçirilib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 10-dan etibarən ov mövsümünün açıq elan edilməsinə qərar verilib. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev bildirib ki, ov etmək istəyən vətəndaşla

14:33 148
.