"Swiss Dent" klinikasında müştərinin haymer boşluğu deşilib

"Swiss Dent" klinikasında müştərinin haymer boşluğu deşilib"Swiss Dent" klinikasında ehtiyatsızlıq nəticəsində müştərinin haymer boşluğu deşilib.

AFN.az xəbər verir ki, bununla bağlı Gülnaz Quliyeva adlı feysbuk istifadəçisi məlumat paylaşıb. O, "Müştəriyəm Şikayətim Var" qrupunda yazaraq bildirib ki, klinikada keçirdiyi diş müalicəsi zamanı səhlənkarlıqla üzləşib, sonradan isə yanlış diaqnoz və geri qaytarılmayan ödəniş problemi yaranıb:

"Mart ayında 3 dişimin kanal müalicəsi və 1 dişimin çəkilməsi üçün "Swiss Dent"də ümumilikdə 330 manat ödədim. Mənimlə klinikada Gözəl adlı xanım maraqlanırdı. Elə ödəniş etdiyim gün müalicəyə başladım. Lakin klinikadan çıxdıqdan az sonra burnumdan su axmağa başladı. Evə gəldikdən sonra bu hal təkrarlandı. Növbəti gün klinikaya gedəndə bunu Həkimə bildirdim. Həkim soruşdu ki, əvvəllər belə hal olubmu, mən də dedim ki, heç vaxt".

Pasiyentin sözlərinə görə, həkimlər KT müayinəsi aparıb və bildiriblər ki, üzündə "qaymarit" olub, müalicə zamanı bu nahiyə deşilib.

"Dedilər ki, indi sizi təcili əməliyyata almalıyıq, sabah həkimin vaxtı var, gəlin əməliyyat edək. Mən şoka düşdüm, çünki həyatım boyu belə problem yaşamamışdım. Fikirləşdim ki, əgər doğrudan da qaymarit olub və su axıbsa, niyə dərhal əməliyyat vacib sayılır?"

Şikayətçi qeyd edir ki, Gözəl adlı əməkdaş israrla onu əməliyyata yazdırmaq istəyib. Daha sonra o, vəziyyəti dəqiqləşdirmək üçün müxtəlif mütəxəssislərə – LOR həkiminə, stomatoloq-cərraha və kanal müalicəsi üzrə ixtisaslaşmış digər həkimlərə müraciət edib:

"Bütün həkimlər eyni şeyi dedilər: kanal müalicəsi zamanı ehtiyatsızlıq nəticəsində haymer boşluğu deşilib. Dişə vurulan dərman burnuma axıb. Əməliyyatlıq heç nə yoxdur, sadəcə antibiotik və burun üçün dərmanlardan istifadə etmək lazımdır. 7-8 aydan sonra vəziyyətə baxılacaq, əgər iltihab olsa əməliyyat lazım olacaq".

G.Quliyeva bundan sonra yenidən "Swiss Dent" klinikasına müraciət edib:

"Hansı əsasla məni təcili əməliyyata salmaq istəyirdiniz? Əməliyyat nəyə görə idi? deyə sual etdim. Bu dəfə klinika əməkdaşları üzrxahlıq etdilər. Mansur həkim (hansı ki, mənim dişimin müalicəsində iştirak etməmişdi) bildirdi ki, mənə səhv diaqnoz qoyulub və əməliyyata ehtiyac yoxdur. Soruşdum ki, bəs niyə məni panikaya saldılar? Gözəl xanım isə "pulunuz tam qaytarılacaq" dedi, hətta üzrxahlıq edib yalvardı. 31 mart klinikaya getdim, tanımadığım bir xanım dedi ki, biz sizə kanal müalicəsi etmişik, 140 manat çıxırıq. Dedim, 330 manatı 3 dişin müalicəsi və 1 dişin çəkilməsinə ödəmişəm, necə olur bir dişin müalicəsi 140 manat edir? Hər diş üçün ayrıca qiymət göstərmələrini tələb etdim. Çünki mənə verilən qəbzdə ümumi yazılmışdı qiymət".

Klinika işçiləri G.Quliyevanın etdiyi ödənişin depozit olduğunu iddia ediblər:

"Halbuki ödənişin tam şəkildə aparıldığını kassada təsdiqləmişdilər. Dedim, əgər bu artıq dələduzluq səviyyəsinə çatıbsa, Azərbaycana qayıdanda şikayət edəcəyəm. Həmin gün ölkədən köçdüm deyə məsələni yazışmalarla davam etdirdim. Sonra Elnurə adlı işçi mənə zəng etdi, üzrxahlıq etdi və dedi ki, siz gələn kimi pulunuz qaytarılacaq. Lakin 22 oktyabrda ölkəyə qayıdandan sonra hər dəfə söhbəti başqa səmtə apararaq ödənişi gecikdirirlər".

Şikayətçinin sözlərinə görə, bu hadisə ona həm maddi, həm də mənəvi zərbə vurub:

"Lakin mənim bu yazını yazmaqda məqsədim odur ki, insanlar belə hallarla üzləşməsin. Bilmirəm klinika kimindir, nəyə arxayındırlar, amma inanıram ki, qanunun aliliyi öz sözünü deyəcək".

Qeyd edilənlərlə bağlı "Swiss Dent" klinikasının mövqeyini verməyə hazırıq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 935   Tarix: 10 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Jurnalistlərin IX qurultayının vaxtı dəyişdi

Azərbaycan jurnalistlərinin IX qurultayı Rəşid Behbudov adına Mahnı Teatrında təşkil olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə Jurnalistlərin IX qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi məlumat yayıb. Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi, eyni zamanda, qurultayın keçirilmə tarixini

14:12 158
.

Bələdiyyə sənədi ilə evə çıxarış almaq üçün 5 əsas mərhələ

Hazırda bələdiyyə sənədi olan evə çıxarış almaq üçün hansı addımların atılmalı olduğu sualı vətəndaşlar tərəfindən tez-tez gündəmə gətirilir. Xüsusilə bələdiyyədən verilmiş sənədlərin daşınmaz əmlakın dövlət qeydiyyatı üçün nə dərəcədə əsas təşkil etdiyi, ev və torpaq sahəsinin hansı qaydada rəsmiləşdirilməl

12:37 221
.

Yumurta bişirəndə bu səhvləri etməyin

Yumurta bişirərkən edilən səhvlərin əksəriyyəti onun qida dəyərini yox, dadını, görünüşünü və konsistensiyasını korlayır. xəbər verir ki, yumurta zülal, vitaminlər və xolin kimi faydalı mikroelementlərlə zəngin qidalardan biridir. Yumurta çox bişiriləndə bütün faydasını itirir fikri isə doğru deyil

19:00 125
.

İranın Baş Qərargah rəisi: İsrailin sonunu onlar gətirəcək

"Müqavimət cəbhəsi (İranın Yaxın Şərqdəki proksi qüvvələri - red.) İsrailin sonunu gətirəcək". Teleqraf xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Əli Abdullahi HƏMAS-ın İsrailə hücumunun üçüncü ildönümü münasibətilə bəyanatında deyib. "Bu əməliyyat İsraili

20:30 1
.

Xərçənglə saçların ağarması arasında əlaqə aşkar edildi

Saçların ağarması yalnız yaşlanmanın əlaməti olmaya bilər. Siçanlar üzərində aparılan araşdırma göstərib ki, saçın rəngini təmin edən kök hüceyrələr müəyyən zədələnmələrdən sonra xərçəngə çevrilmək riskini azaldan bir prosesdən keçir. Bunun nəticəsində isə saçlar ağarır. xarici mediaya istinadla xəbə

19:45 73
.

Ekspert Yaxın Şərqdəki vəziyyətdən danışdı: "Daha geniş müharibəyə yol vermək olmaz"

"Məkkə Birgə Müdafiə Sazişinin bu gün real təhlükəsizlik böhranı fonunda işə düşməsi Yaxın Şərqdə yeni hərbi-siyasi mərhələnin başladığını göstərir. Sazişin mahiyyəti ondan ibarətdir ki, üç dövlətdən birinə qarşı silahlı hücum digərlərinə qarşı hücum kimi qəbul edilir. Bu baxımdan Türkiyə və Pakistanı

14:27 166
.

İran: ABŞ etimadı bərpa etməlidir

İran ABŞ-la danışıqlarda artıq "kifayət qədər güzəştə getdiyini" bildirib. İranın keçmiş diplomatı Hadi Əfqahi deyib ki, bundan sonra etimadı bərpa etmək ABŞ-ın üzərinə düşür. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Əfqahi bildirib ki, İran ABŞ-la apardığı danışıqların dəfələrlə müharib

14:55 178
.

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var. "Report" "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömer Çelik deyib. O bildirib ki, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir:. "Lakin hə

19:12 110
.

Ov mövsümü başlayır

"Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın növbəti iclası keçirilib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 10-dan etibarən ov mövsümünün açıq elan edilməsinə qərar verilib. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev bildirib ki, ov etmək istəyən vətəndaşla

14:33 148
.