Koçaryanın cangüdəni ilə davadan sonra ölən Poqosyanın cəsədinin ekshumasiyası tələb edilir

Koçaryanın cangüdəni ilə davadan sonra ölən Poqosyanın cəsədinin ekshumasiyası tələb edilirİrəvan Ümumi Yurisdiksiya Məhkəməsi prokurorun vəsatətinə əsasən, 24 il əvvəl keçmiş prezident Robert Koçaryanın mühafizəsinin iştirakı ilə "Araqast" kafesindəki davadan sonra ölən Poqos Poqosyanın cəsədinin ekshumasiya edilməsi barədə qərar qəbul edib.

Oxu.Az bu barədə Ermənistan İctimai Televiziyasına istinadən xəbər verir.

Sentyabrın 11-də prokuror Tsovak Mnatsakanyan müvafiq vəsatət ilə məhkəməyə müraciət edib. O, 2001-ci ildə baş vermiş qətl hadisəsinin üstünü açacaq yeni halların aşkarlana biləcəyinə əmin olduğunu bildirib.

Nəticədə, bu gün hakim Karen Farxoyan prokuror Mnatsakanyanın vəsatətini təmin edərək, ekshumasiya qərarı qəbul edib. Ermənistan tərəfi ekshumasiya üçün icazə almaq məqsədilə Gürcüstan tərəfinə müraciət etməlidir.

Keçirdiyi son mətbuat konfransında Robert Koçaryan hadisə vaxtı kafedə olmadığını, hadisədən 40 dəqiqə əvvəl oranı tərk etdiyini bildirib. Hadisə barədə ona səhər xəbər verilib, çünki həmin gün Şarl Aznavur İrəvana səfər edib və keçmiş prezident onunla birlikdə olub.

Xatırladaq ki, 2001-ci ildə Koçaryanın mühafizəçisi Ağamal Harutyunyan Poqos Poqosyanın öldürülməsində ittiham edilib. Rəsmi versiyaya görə, kişilər arasında "Araqast" kafesində münaqişə baş verib, nəticədə, Poqosyan yıxılıb və başının arxa tərəfi kafel döşəməyə çırpılıb. O, aldığı ağır kəllə-beyin travması nəticəsində dünyasını dəyişib.

Harutyunyan ehtiyatsızlıqdan ölümə səbəb olmaqda ittiham edilib və iki il şərti cəza alıb. 2019-cu ildə Böyük Britaniyadan olan şahidin Poqosyanın ölümcül döyüldüyünü ifadə etməsindən sonra iş bərpa edilib və qəsdən adamöldürmə kimi təsnif edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 728   Tarix: 10 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Jurnalistlərin IX qurultayının vaxtı dəyişdi

Azərbaycan jurnalistlərinin IX qurultayı Rəşid Behbudov adına Mahnı Teatrında təşkil olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə Jurnalistlərin IX qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi məlumat yayıb. Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi, eyni zamanda, qurultayın keçirilmə tarixini

14:12 158
.

Bələdiyyə sənədi ilə evə çıxarış almaq üçün 5 əsas mərhələ

Hazırda bələdiyyə sənədi olan evə çıxarış almaq üçün hansı addımların atılmalı olduğu sualı vətəndaşlar tərəfindən tez-tez gündəmə gətirilir. Xüsusilə bələdiyyədən verilmiş sənədlərin daşınmaz əmlakın dövlət qeydiyyatı üçün nə dərəcədə əsas təşkil etdiyi, ev və torpaq sahəsinin hansı qaydada rəsmiləşdirilməl

12:37 221
.

Yumurta bişirəndə bu səhvləri etməyin

Yumurta bişirərkən edilən səhvlərin əksəriyyəti onun qida dəyərini yox, dadını, görünüşünü və konsistensiyasını korlayır. xəbər verir ki, yumurta zülal, vitaminlər və xolin kimi faydalı mikroelementlərlə zəngin qidalardan biridir. Yumurta çox bişiriləndə bütün faydasını itirir fikri isə doğru deyil

19:00 125
.

İranın Baş Qərargah rəisi: İsrailin sonunu onlar gətirəcək

"Müqavimət cəbhəsi (İranın Yaxın Şərqdəki proksi qüvvələri - red.) İsrailin sonunu gətirəcək". Teleqraf xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Əli Abdullahi HƏMAS-ın İsrailə hücumunun üçüncü ildönümü münasibətilə bəyanatında deyib. "Bu əməliyyat İsraili

20:30 1
.

Xərçənglə saçların ağarması arasında əlaqə aşkar edildi

Saçların ağarması yalnız yaşlanmanın əlaməti olmaya bilər. Siçanlar üzərində aparılan araşdırma göstərib ki, saçın rəngini təmin edən kök hüceyrələr müəyyən zədələnmələrdən sonra xərçəngə çevrilmək riskini azaldan bir prosesdən keçir. Bunun nəticəsində isə saçlar ağarır. xarici mediaya istinadla xəbə

19:45 73
.

Ekspert Yaxın Şərqdəki vəziyyətdən danışdı: "Daha geniş müharibəyə yol vermək olmaz"

"Məkkə Birgə Müdafiə Sazişinin bu gün real təhlükəsizlik böhranı fonunda işə düşməsi Yaxın Şərqdə yeni hərbi-siyasi mərhələnin başladığını göstərir. Sazişin mahiyyəti ondan ibarətdir ki, üç dövlətdən birinə qarşı silahlı hücum digərlərinə qarşı hücum kimi qəbul edilir. Bu baxımdan Türkiyə və Pakistanı

14:27 166
.

İran: ABŞ etimadı bərpa etməlidir

İran ABŞ-la danışıqlarda artıq "kifayət qədər güzəştə getdiyini" bildirib. İranın keçmiş diplomatı Hadi Əfqahi deyib ki, bundan sonra etimadı bərpa etmək ABŞ-ın üzərinə düşür. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Əfqahi bildirib ki, İran ABŞ-la apardığı danışıqların dəfələrlə müharib

14:55 178
.

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var. "Report" "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömer Çelik deyib. O bildirib ki, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir:. "Lakin hə

19:12 110
.

Ov mövsümü başlayır

"Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın növbəti iclası keçirilib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 10-dan etibarən ov mövsümünün açıq elan edilməsinə qərar verilib. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev bildirib ki, ov etmək istəyən vətəndaşla

14:33 148
.