Dünyanın sonunu Günəş gətirəcək - Bəs nə vaxt?

Dünyanın sonunu Günəş gətirəcək - Bəs nə vaxt?Astronomlar Yer planetini gözləyən qaçılmaz və qaranlıq gələcəyi xəbərdar edirlər: təxminən beş milyard il sonra Günəş ömrünün son mərhələsinə çataraq nəhəng "qırmızı nəhəng"ə çevriləcək və Yer ya bu ulduz tərəfindən udulacaq, ya da parçalara ayrılacaq.

Qaynarinfo-nun məlumatına görə, yeni tədqiqat göstərir ki, bu kosmik fəlakətin səbəbi təkcə Günəşin genişlənməsi deyil, həm də "gelgit qüvvələri" adlanan cazibə qarşılıqlı təsirləridir. Bu fenomen Ayın okean sularını çəkməsinə bənzəyir.

University College London və Uorvik Universitetindən alimlərin araşdırmasına görə, Yer öz ulduzuna az da olsa cazibə qüvvəsi tətbiq edir. Günəş böyüdükcə bu qarşılıqlı təsir daha da güclənəcək, Yerin fırlanma sürətini azaldacaq və orbitini daraldacaq. Nəticədə planet içə doğru spiralvari hərəkət edərək ya parçalana, ya da Günəşin daxilinə düşə bilər.

Tədqiqatın əsas müəllifi Dr. Edvard Brayant bu prosesi belə izah edir: "Ayın okeanlarda gelgitlər yaratması kimi, Yer də Günəşi ‘çəkməyə’ başlayır. Ulduz böyüdükcə bu cazibə əlaqəsi güclənir və planetin orbitinə təsir göstərir".

Alimlər bu nəticəyə yarım milyon ulduzun müşahidəsi nəticəsində gəliblər. Günəş kimi ulduzlar öz nüvələrindəki hidrogen yanacağını tükəndirdikdə daxilə doğru çökür və helyumun karbon və oksigenə çevrildiyi yeni mərhələyə – "qırmızı nəhəng" dövrünə keçirlər.

Bu proses zamanı ulduzun xarici təbəqələri genişlənir və soyuya-soyuya orijinal ölçüsünün 100–1000 qatına qədər böyüyə bilir. Bu qədər böyük bir ulduzun cazibə qüvvəsi yaxın planetləri cəzb edərək ya orbitlərini pozur, ya da onları udur.

Komanda, bu mərhələdəki ulduzların parlaqlığındakı kiçik dəyişiklikləri izləmək üçün kompüter proqramı istifadə edib. Təxminən 15 min siqnal arasında 130 nəhəng planetin artıq ulduzlarına çox yaxın orbitlərdə döndüyü müəyyənləşdirilib.

Araşdırma göstərib ki, adi ulduzların təxminən 0,28 faizində böyük planetlər mövcuddur, lakin artıq "qırmızı nəhəng" mərhələsinə keçmiş ulduzlarda bu göstərici cəmi 0,11 faizdir. Bu da o deməkdir ki, ulduz genişləndikcə yaxınındakı planetlər çox vaxt məhv olur.

Dr. Brayant bildirir: "Bu, ulduzların təkamül etdikcə planetləri özlərinə doğru çəkərək udduqlarına dair güclü sübutdur. Gözlədiyimizdən də daha təsirli bir proseslə üz-üzəyik".

Günəşin təxminən beş milyard il ərzində "qırmızı nəhəng" mərhələsinə keçəcəyi proqnozlaşdırılır. Əvvəlki modellər Günəşin bu zaman Merkuri və Veneranı udacağını, lakin Yerə çatmaya biləcəyini göstəririb.

Lakin tədqiqatın digər müəllifi Dr. Vinsent Van Eilen bu fikrə ehtiyatla yanaşır: "Bəzi hallarda planetlərin sağ qala bilmədiyini görürük. Bu, Yerin də təhlükədə olduğunu göstərir".

Alimlər həmçinin bildirirlər ki, Yer Günəşin cazibəsinə düşməsə belə, onun səthində həyat qalmaq ehtimalı yoxdur. Günəşin genişlənməsi nəticəsində səthə düşən radiasiya kəskin artacaq, istilik atmosferi dağıdacaq və okeanlar tamamilə buxarlanacaq.

Dr. Brayantın sözləri ilə desək: "Yer parçalanmasa belə, bu prosesi izləyəcək bir insan artıq qalmayacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1453   Tarix: 11 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Əliyev Putinə zəng etdi

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə zəng edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçısı İlham Əliyev Prezident Vladimir Putini ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömü

15:51 198
.

Bakıda 24 yaşlı qadın öldürüldü - Əri saxlanıldı

Bakıda qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən mənzildə 2002-ci il təvəllüdlü Fatimə Rəhmanzadəyə bıçaqla çoxsaylı xəsarətlər yetirilib. Ötən gecə xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törətməkd

11:25 274
.

120 illik avtomobil markası tarixə qovuşdu

ABŞ-ın Roçester şəhərində 120 ilə yaxın tarixə malik beynəlxalq avtomobil sərgisinin fəaliyyəti dayandırılıb. xarici mediaya istinadla xəbər verir ki, təşkilatçılar sərginin keçirilməsinin artıq iqtisadi baxımdan sərfəli olmadığını bildiriblər. Uzun illər minlərlə avtomobil həvəskarını bir araya gətirə

18:30 116
.

"Onsuz da ərə gedəcək": Qızların məktəbdən uzaqlaşdırılması niyə hələ də davam edir?

"Bir qız uşağı dördüncü, beşinci və ya altıncı sinfi oxuyur, daha sonra isə məktəbdən çıxarılır. Səbəb müxtəlif ola bilər: "Qız uşağıdır, onsuz da ərə gedəcək", "evdə iş çoxdur", "uzağa getməsin", "oxumağın nə mənası var, "ailənin maddi imkanı yoxdur"

14:39 190
.

Husilər hava limanına hücum etdiklərini açıqladı

Yəməndəki Husi Silahlı Qüvvələri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanına pilotsuz uçuş aparatları ilə hücum etdiklərini açıqlayıb. xəbər verir ki, bu barədə Husi Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səria özünün "Telegram" kanalında məlumat verib

11:04 182
.

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Dırnaqlarınız töküləcək

Arıqlamaq və 2-ci tip diabetin müalicəsində istifadə olunan GLP-1 preparatları ilə bağlı yeni araşdırmada dırnaq problemlərinin daha çox görüldüyü müəyyənləşdirilib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Avropa Dermatologiya və Venerologiya Akademiyasının (EADV) 2026-cı il konqresində təqdi

11:33 211
.

Psixotrop dərman iddiası olan bağçanın direktoru işdən çıxarıldı - Yenilənib

Yasamal rayonunda yerləşən 98 saylı uşaq bağçasının direktoru Elnurə Əliyeva vəzifəsindən azad edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumat yayıb. Hazırda onun vəzifəsinin müvvəqqəti olaraq başqasına tapşırıldığı bildirilir. *. Bakı Şəhəri üzrə Təhsil idarəsindən (BŞTİ) "Qafqazinfo"y

16:49 168
.

İran: ABŞ etimadı bərpa etməlidir

İran ABŞ-la danışıqlarda artıq "kifayət qədər güzəştə getdiyini" bildirib. İranın keçmiş diplomatı Hadi Əfqahi deyib ki, bundan sonra etimadı bərpa etmək ABŞ-ın üzərinə düşür. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Əfqahi bildirib ki, İran ABŞ-la apardığı danışıqların dəfələrlə müharib

14:55 178
.

"Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz"

Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz. "Report"a istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Dünya və Ənənəvi Din Liderləri Qurultayı Katibliyinin XXIV iclasında çıxışı zamanı deyib. Onun sözlərin

11:41 204
.