"Ayrılmağımızla Fatimənin əlaqəsi yoxdur" - Ülvinin eks-xanımı

"Ayrılmağımızla Fatimənin əlaqəsi yoxdur" - Ülvinin eks-xanımıBloger cütlük Ülvi Nadiroğlu və Fatimə Əhmədovaya Ülvinin birinci xanımı Səadət Hümbətova cavab verib.

Bu barədə o, OLAY-ın instaqram səhifəsində şərh yazıb.

S. Hümbətova Fatimənin son açıqlamasına cavab olaraq bunları qeyd edib:

"Salam, mən Turanın anasıyam. Günlərdir davam edən bu lazımsız söz-söhbətlərdən artıq yorulmuşuq. Oğlumun 10 yaşı olacaq, inşallah. Bu günə qədər bu mövzuda heç nə danışmamışam. Keçmiş, bitmiş bir şeyin yenidən gündəmə gətirilməsi məni danışmağa məcbur etdi. İstəyirəm bəzi məsələlərə aydınlıq gətirim. İlk olaraq onu qeyd edim ki, bizim ayrılmağımızda Fatimə xanımın heç bir əlaqəsi yoxdur. Mən özüm qarşı tərəfdən ayrılmışam. O ki qaldı görüş və daimi əlaqəyə — çox uzun zaman öncə bir neçə dəfə görüş olub. Uşaqlarla görüşə gələndə isə sadəcə Sofini görüb. Turan 1-ci sinfə gedəndən bəri artıq uzun müddətdir ki, heç bir əlaqə və ya görüş olmayıb. Yalnız bibisi əlaqə saxlayır, aliment göndərilir. Ondan başqa heç kəslə kontakt yoxdur. Və ən önəmlisi — heç kim mənim övladıma istəmədiyi heç bir sözü dedirdə bilməz. Mən ailəmlə yaşayıram, övladım da gözünü açandan babasını görüb və onu həm də ata yerinə qoyub. Atasının kim olduğunu da yaxşı bilir. Allah bütün balaları qorusun. Şükürlər olsun, oğlum düşünmə qabiliyyəti yerində olan ağıllı uşaqdır, hər şeyin fərqindədir. 10 yaşı olacaq və sadəcə ən azından deyilməli idi ki, "3 övladım var". Bütün bu olanlar onun qarşısına çıxmamalı idi. Oğlum bu danışığı görüb və hər şeyin fərqindədir. 5 yaşına qədər demək olar ki, ümumiyyətlə görüş olmayıb. Sonuncu dəfə il yarım əvvəl Turanı atası və bibisi görüblər. Daha sonra heç bir görüş istəyi olmayıb. Oğlum da nə atasını görmək istəyir, nə də onunla görüşmək. Bir də bu yersiz və lazımsız mövzuya görə mənim və oğlumun adının heç bir yerdə hallanmağını istəmirəm. Hər kəs öz həyatını yaşasın. Bu söz-söhbətlər oğluma çox pis təsir edib. Onun verdiyi sualların qarşısında bu gün bu açıqlamanı verməyə məcbur oldum.

Əgər bu cür şeylər bir daha təkrarlanarsa, bu qədər səbirli olmayacağam".

"Ayrılmağımızla Fatimənin əlaqəsi yoxdur" - Ülvinin eks-xanımı"Ayrılmağımızla Fatimənin əlaqəsi yoxdur" - Ülvinin eks-xanımı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1480   Tarix: 11 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Əliyev Putinə zəng etdi

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə zəng edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçısı İlham Əliyev Prezident Vladimir Putini ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömü

15:51 198
.

Bakıda 24 yaşlı qadın öldürüldü - Əri saxlanıldı

Bakıda qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən mənzildə 2002-ci il təvəllüdlü Fatimə Rəhmanzadəyə bıçaqla çoxsaylı xəsarətlər yetirilib. Ötən gecə xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törətməkd

11:25 274
.

120 illik avtomobil markası tarixə qovuşdu

ABŞ-ın Roçester şəhərində 120 ilə yaxın tarixə malik beynəlxalq avtomobil sərgisinin fəaliyyəti dayandırılıb. xarici mediaya istinadla xəbər verir ki, təşkilatçılar sərginin keçirilməsinin artıq iqtisadi baxımdan sərfəli olmadığını bildiriblər. Uzun illər minlərlə avtomobil həvəskarını bir araya gətirə

18:30 116
.

"Onsuz da ərə gedəcək": Qızların məktəbdən uzaqlaşdırılması niyə hələ də davam edir?

"Bir qız uşağı dördüncü, beşinci və ya altıncı sinfi oxuyur, daha sonra isə məktəbdən çıxarılır. Səbəb müxtəlif ola bilər: "Qız uşağıdır, onsuz da ərə gedəcək", "evdə iş çoxdur", "uzağa getməsin", "oxumağın nə mənası var, "ailənin maddi imkanı yoxdur"

14:39 190
.

Husilər hava limanına hücum etdiklərini açıqladı

Yəməndəki Husi Silahlı Qüvvələri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanına pilotsuz uçuş aparatları ilə hücum etdiklərini açıqlayıb. xəbər verir ki, bu barədə Husi Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səria özünün "Telegram" kanalında məlumat verib

11:04 182
.

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Dırnaqlarınız töküləcək

Arıqlamaq və 2-ci tip diabetin müalicəsində istifadə olunan GLP-1 preparatları ilə bağlı yeni araşdırmada dırnaq problemlərinin daha çox görüldüyü müəyyənləşdirilib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Avropa Dermatologiya və Venerologiya Akademiyasının (EADV) 2026-cı il konqresində təqdi

11:33 211
.

Psixotrop dərman iddiası olan bağçanın direktoru işdən çıxarıldı - Yenilənib

Yasamal rayonunda yerləşən 98 saylı uşaq bağçasının direktoru Elnurə Əliyeva vəzifəsindən azad edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumat yayıb. Hazırda onun vəzifəsinin müvvəqqəti olaraq başqasına tapşırıldığı bildirilir. *. Bakı Şəhəri üzrə Təhsil idarəsindən (BŞTİ) "Qafqazinfo"y

16:49 168
.

İran: ABŞ etimadı bərpa etməlidir

İran ABŞ-la danışıqlarda artıq "kifayət qədər güzəştə getdiyini" bildirib. İranın keçmiş diplomatı Hadi Əfqahi deyib ki, bundan sonra etimadı bərpa etmək ABŞ-ın üzərinə düşür. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Əfqahi bildirib ki, İran ABŞ-la apardığı danışıqların dəfələrlə müharib

14:55 178
.

"Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz"

Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz. "Report"a istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Dünya və Ənənəvi Din Liderləri Qurultayı Katibliyinin XXIV iclasında çıxışı zamanı deyib. Onun sözlərin

11:41 204
.