Qardaş bacısını yatdığı yerdə amansızlıqla öldürdü - Bakıda ailə faciəsi
2024-cü il iyulun 1-də Binəqədi rayonunun Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsindəki mənzillərdən birində 2004-cü il təvəllüdlü Təhminə Qasımovanın meyitinin olması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
Ekspert kriminalistlər çarpayının üzərindəki meyitə baxış keçirərkən ilkin olaraq üzərində zorakılıq əlamətləri müəyyənləşdirərək onun hər hansı bir vasitə ilə boğularaq öldürüldüyü qənaətinə gəliblər.
Qətllə bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb.
İlkin istintaq tədbirləri ilə müəyyən edilib ki, Təhminə Qasımovanı qardaşı Təbriz Qasımov boğaraq öldürüb və sonra da polisə gedərək təslim olub.
İstintaqa cəlb olunan Təbriz Qasımovun ifadəsindən bacısını qısqanclıq zəminində qətlə yetirdiyi məlum olub.
Ailəsinin razılığı olmasa da, bacısı 2019-2020-ci illərdə qeyri-rəsmi olaraq bir şəxslə yaşayıb və onların övladı dünyaya gəlib. Bundan sonra Təhminə Qasımova həmin şəxsdən ayrılaraq digər bir şəxslə qeyri-rəsmi yaşamağa başlayıb. İkinci dəfə də onun bir övladı dünyaya gəlib.
2023-cü ildə Təhminə sonuncu dəfə yaşadığı şəxsdən də ayrılaraq Şəmkirə anasının yanına gedib. Təbriz isə bacısının bu hərəkətlərinə görə ona nifrəti olduğundan qardaşı ilə birlikdə Bakıya gəlib, kirayə ev tutub, işləməyə başlayıb.
İstintaq materiallarından bəlli olub ki, Təbriz Qasımov Bakıya gəldikdən sonra anası və bacısı Təhminə də Bakıya gələrək Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində ev kirayə tutublar.
Təbrizin bacısı ilə münasibəti olmasa da, qardaşı vasitəsilə öyrənir ki, bacısı mütəmadi olaraq işdən evə gec gəlir.
Bu dəfə o, bacısını öldürmək qərarına gələrək gecə saat 4 radələrində anası ilə bacısının yaşadığı evə gəlib. Həyətdə olarkən qardaşının ona mane olmağının qarşısını almaq məqsədilə onu mağazaya siqaret almağa göndərib. Özü isə mənzilə daxil olaraq bacısını yatmış vəziyyətdə çarpayıda dəsmalla boğmağa başlayır. Ana ilə qardaşı otağa daxil olanda isə artıq gec olub.
Təbriz Qasımov yaxınlıqdakı 5-ci Polis Bölməsinə gedərək bacısını öldürdüyünü etiraf edib. Məhkəmə zamanı onun cinayəti sübuta yetirilərək 15 il müddətinə azadlıqdan məhrum edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1741 Tarix: 11 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏliyev Putinə zəng etdi
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə zəng edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçısı İlham Əliyev Prezident Vladimir Putini ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömü
15:51 198 Bakıda 24 yaşlı qadın öldürüldü - Əri saxlanıldı
Bakıda qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən mənzildə 2002-ci il təvəllüdlü Fatimə Rəhmanzadəyə bıçaqla çoxsaylı xəsarətlər yetirilib. Ötən gecə xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törətməkd
11:25 274 120 illik avtomobil markası tarixə qovuşdu
ABŞ-ın Roçester şəhərində 120 ilə yaxın tarixə malik beynəlxalq avtomobil sərgisinin fəaliyyəti dayandırılıb. xarici mediaya istinadla xəbər verir ki, təşkilatçılar sərginin keçirilməsinin artıq iqtisadi baxımdan sərfəli olmadığını bildiriblər. Uzun illər minlərlə avtomobil həvəskarını bir araya gətirə
18:30 116 "Onsuz da ərə gedəcək": Qızların məktəbdən uzaqlaşdırılması niyə hələ də davam edir?
"Bir qız uşağı dördüncü, beşinci və ya altıncı sinfi oxuyur, daha sonra isə məktəbdən çıxarılır. Səbəb müxtəlif ola bilər: "Qız uşağıdır, onsuz da ərə gedəcək", "evdə iş çoxdur", "uzağa getməsin", "oxumağın nə mənası var, "ailənin maddi imkanı yoxdur"
14:39 190 Husilər hava limanına hücum etdiklərini açıqladı
Yəməndəki Husi Silahlı Qüvvələri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanına pilotsuz uçuş aparatları ilə hücum etdiklərini açıqlayıb. xəbər verir ki, bu barədə Husi Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səria özünün "Telegram" kanalında məlumat verib
11:04 182 Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Dırnaqlarınız töküləcək
Arıqlamaq və 2-ci tip diabetin müalicəsində istifadə olunan GLP-1 preparatları ilə bağlı yeni araşdırmada dırnaq problemlərinin daha çox görüldüyü müəyyənləşdirilib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Avropa Dermatologiya və Venerologiya Akademiyasının (EADV) 2026-cı il konqresində təqdi
11:33 211 Psixotrop dərman iddiası olan bağçanın direktoru işdən çıxarıldı - Yenilənib
Yasamal rayonunda yerləşən 98 saylı uşaq bağçasının direktoru Elnurə Əliyeva vəzifəsindən azad edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumat yayıb. Hazırda onun vəzifəsinin müvvəqqəti olaraq başqasına tapşırıldığı bildirilir. *. Bakı Şəhəri üzrə Təhsil idarəsindən (BŞTİ) "Qafqazinfo"y
16:49 168 İran: ABŞ etimadı bərpa etməlidir
İran ABŞ-la danışıqlarda artıq "kifayət qədər güzəştə getdiyini" bildirib. İranın keçmiş diplomatı Hadi Əfqahi deyib ki, bundan sonra etimadı bərpa etmək ABŞ-ın üzərinə düşür. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Əfqahi bildirib ki, İran ABŞ-la apardığı danışıqların dəfələrlə müharib
14:55 178 "Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz"
Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz. "Report"a istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Dünya və Ənənəvi Din Liderləri Qurultayı Katibliyinin XXIV iclasında çıxışı zamanı deyib. Onun sözlərin
11:41 204