Üç qardaş dövlətin birgə hərbi paradı

Üç qardaş dövlətin birgə hərbi paradıHərbi parad, sadəcə, silahların nümayişi və əsgərlərin nizamlı addımları ilə ölçülmür. Onun əsl mahiyyəti fəxri kürsüdə dayananların kimliyi və onların dünyaya verdiyi mesajlarla müəyyən edilir.
Noyabrın 8-də Bakının Azadlıq meydanında keçirilən möhtəşəm Hərbi parad birbaşa geosiyasi manifestə, dünyaya ünvanlanan sözə çevrildi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Şahbaz Şərifin Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə fəxri kürsüdə yer alması ilə parad yeni və sarsılmaz birliyin – Azərbaycan–Türkiyə–Pakistan qardaşlığının dünyaya rəsmi təqdimat mərasiminə çevrildi. Meydandan keçən polad zirehli texnikanın gurultusu və səmanı yaran reaktiv qırıcıların səsi beynəlxalq arenaya, həm dostlara, həm də rəqiblərə göndərilən çox aydın mesaj idi: Avrasiyanın təhlükəsizlik arxitekturasında artıq gözardı edilməsi mümkün olmayan, ortaq tarix, ortaq dəyərlər və ortaq strateji maraqlar üzərində qurulmuş yeni güc mərkəzi yaranıb.
8 Noyabr paradını yeni reallığın möhtəşəm vizual simfoniyası da adlandırmaq olar. Azadlıq meydanının tribunaları, Azərbaycan xalqının qələbə sevincini bölüşən on minlərlə vətəndaşla dolu ikən, fəxri kürsüdəki mənzərə bütün dünyanın diqqətini özünə çəkirdi. Bu, İkinci Qarabağ müharibəsinin ilk günlərindən son anına qədər Azərbaycanın haqq işinə, ədalətli savaşına tərəddüdsüz siyasi və mənəvi dəstək verən iki qardaş ölkənin Zəfərin sevincini də şərik paylaşmasının təbii, səmimi təzahürü idi.
Parad həm də Azərbaycan Ordusunun son illərdə keçdiyi möhtəşəm modernləşmə yolunu əyani nümayiş etdirdi. Vətən müharibəsinin qəhrəmanları olan xüsusi təyinatlıların polad intizamla meydandan keçidi ən müasir döyüş taktikasını mənimsəmiş peşəkar bir ordunun yetişdiyini göstərirdi. Bunun ardınca nümayiş etdirilən hərbi texnika isə bu ordunun zərbə gücünün miqyasını ortaya qoydu. Lakin paradın simvolik gücünü ən yüksək zirvəyə qaldıran məqam Azadlıq meydanında addımlayan əsgərlər oldu. Prezident İlham Əliyevin çıxışında bu tarixi anı xüsusi vurğulaması təsadüfi deyildi: "Bu gün ilk dəfə olaraq Azadlıq meydanında Pakistan hərbçiləri də bizimlə bərabər iştirak edirlər. Bu, üç ölkənin – Azərbaycan, Türkiyə və Pakistan xalqlarının, ordularının birliyinin təzahürüdür".
Bu bəyanat üç ordunun daim çiyin-çiyinə dayandığını, ittifaqın təkcə kağız üzərindəki sənədlərdən ibarət olmadığını, döyüş ruhu və qardaşlıq andı ilə möhkəmləndiyini bütün dünyaya bəyan etdi.
Liderlərin çıxışları hərbi qüdrət nümayişinin siyasi və ideoloji çərçivəsini müəyyən etdi. Prezident İlham Əliyev ittifaqın təməl daşını qoyan tarixi anları bir daha xatırlatdı: "Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İkinci Qarabağ müharibəsinin ilk saatlarından başlayaraq, Azərbaycana, Azərbaycan xalqına, Azərbaycan Ordusuna öz dəstəyini göstərirdi. Onun bizə verdiyi siyasi və mənəvi dəstək bizə güc verirdi, bizi ruhlandırırdı".
Prezident Rəcəb Tayyib Ərdoğan isə çıxışında qardaşlığın dərinliyini və səmimiliyini ifadə edərək "Sizləri ən səmimi duyğularımla, sayğı və sevgi ilə salamlayıram. Zəfər Günümüzün 5-ci ildönümündə sizlərlə bərabər olmaqdan böyük bəxtiyarlıq duyuram. İlham Əliyev qardaşıma dəvəti üçün minnətdarlığımı çatdırıram. Sizlərə Türkiyədəki qardaşlarınızın salamlarını gətirdim. Sizlərə 86 milyonun ən səmimi məhəbbətlərini gətirdim" sözləri ilə iki xalq arasındakı qırılmaz mənəvi bağları bir daha təsdiqlədi.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif isə bu qələbənin tarixi ədalət üçün daşıdığı əhəmiyyəti və Pakistanın prinsipial mövqeyini bir daha bəyan etdi: "Torpaqlarının azadlığı uğrunda bütün mübarizə dövründə Pakistan qardaş Azərbaycanın yanında bir qaya kimi dayandı, bundan sonra da belə olacaq. Azərbaycanın Qarabağdakı Qələbəsi suverenlik və öz müqəddəratı uğrunda vuruşan bütün xalqlar üçün ədalətin möhtəşəm təntənəsi, ümid yeri oldu". Bu çıxışlar beynəlxalq aləmə ünvanlanmış, üç ölkənin xarici siyasət prioritetlərini və qırmızı xətlərini müəyyən edən strateji bəyanatlar idi.
Azərbaycanın paytaxtında yaşanan bu təntənəli mənzərə Azərbaycan–Türkiyə–Pakistan dostluğunun, sadəcə, ritorik və ya emosional bir bağ olmadığını, onun dərin tarixi, dini və ən əsası, strateji köklərdən rişələndiyini bir daha sübut etdi. Türkiyə və Azərbaycan arasındakı qardaşlıq ortaq etnik, dil və mədəni irs üzərində qurulubsa, Pakistanın bu birliyə qoşulması, ortaq dini kimliyin və daha vacibi, kəsişən strateji maraqların nəticəsidir. Qarabağ məsələsində Türkiyə və Pakistanın Azərbaycana, Kəşmir məsələsində Azərbaycan və Türkiyənin Pakistana, Şimali Kipr məsələsində isə Azərbaycan və Pakistanın Türkiyəyə verdiyi tərəddüdsüz dəstək beynəlxalq münasibətlər sistemində nadir rast gəlinən və "Üç qardaş modeli" adlandırılan yeni ittifaqın formalaşdığını göstərir.
Zəfər Günü keçirilən parad qardaşlığın hərbi-strateji əməkdaşlıq müstəvisinə keçidinin də dönməzliyini nümayiş etdirdi. Bu, faktiki hərbi ittifaq xarakteri daşıyan dərin tərəfdaşlıqdır. Son illərdə müntəzəm olaraq keçirilən "Üç qardaş" birgə hərbi təlimləri üç ölkənin xüsusi təyinatlı qüvvələrinin bir-birinin döyüş taktikalarını öyrənməsi, silah sistemlərini sinxronlaşdırması və real döyüş şəraitində vahid komandanlıq altında fəaliyyət göstərmək üçün qarşılıqlı fəaliyyət qabiliyyətini təkmilləşdirməsi məqsədi daşıyır. Bu, hərbi ittifaqların ən mühüm xüsusiyyətidir.
8 Noyabr – Zəfər Günündə keçirilən Hərbi parad Azərbaycanın Vətən müharibəsində qazandığı qələbənin ildönümünü qeyd etməkdən daha geniş bir missiyanı yerinə yetirdi. O, Azərbaycan–Türkiyə–Pakistan ittifaqının – üç dövlətin, üç qardaşın, amma tək ürəyin Avrasiyanın geosiyasi reallıqlarına birbaşa təsir edən və heç bir kənar qüvvənin iradəsinə tabe olmayan sarsılmaz güc mərkəzi olduğunu bütün dünyaya bəyan etdi.

Aydın Kazımbəyov – Respublikanın Fəxri Bədən Tərbiyəsi və İdman işçisi, sərbəst güləş üzrə SSRİ idman ustası, Bakı Texniki Kollecinin bədən tərbiyəsi rəhbəri


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 686   Tarix: 12 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiyada qəza enişi edən təyyarədə azərbaycanlı məşhurlar olublar - VİDEO

Moskvadan Bakıya uçan "Aeroflot" aviaşirkətinə məxsus təyyarə quşlarla toqquşmadan sonra Şeremetyevo hava limanına qayıdıb. xəbər verir ki, təyyarənin göyərtəsində Azərbaycanın tanınmış simaları da olublar. Onların arasında müğənnilər Almaxanım Əhmədli və Talıb Tale də yer alıblar

22.03.2026 970
.

Gəncədə fişəng partlayıb, yeniyetmə xəstəxanaya yerləşdirilib

Gəncədə bədbəxt hadisə baş verib. BİG.AZ APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, şəhər sakini 2013-cü il təvəllüdlü S.Bayramov əlinin və bədənin müxtəlif nahiyələrinin çoxsaylı yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona yardım edilib, hazırda vəziyyətini

22.03.2026 553
.

Sabah 23 dərəcə isti olacaq

Martın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, gecə və səhər bəzi yerlərdə duman olacaq, şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-9 isti, gündüz 12-1

23.03.2026 402
.

İraqın hava məkanı daha üç gün bağlı qalacaq

İraqın hava məkanı üzərində uçuşlara qoyulan qadağa daha üç gün müddətinə - martın 25-dək uzadılıb. bu barədə TASS agentliyinə istinadən xəbər verir. İraqın hava məkanı fevralın 28-i günorta saatlarından etibarən bağlanıb. Buna səbəb ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlardır

22.03.2026 555
.

İranda azad edilən Yaponiya vətəndaşı Azərbaycana gəlib

"Daha əvvəl İranda saxlanılan iki Yaponiya vətəndaşından biri azad edilib və tezliklə vətənə qayıda biləcək". TASS-a istinadən bildirir ki, bunu Yaponiya Xarici İşlər Naziri Tosimitsu Moteqi bildirib. "İkinci vətəndaşımızın tezliklə azad edilməsi üzərində işləyirik", - deyə o, yerl

22.03.2026 295
.

Dünyanın ən xoşbəxt ölkələri

Dünyanın ən xoşbəxt ölkələrinin yeni reytinqi açıqlanıb. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, siyahıya bu dəfə də Finlandiya başçılıq edir. Bu ölkə artıq doqquz ildir ki, ardıcıl olaraq dünyanın ən xoşbəxt dövləti kimi tanınır. İlk beşlikdə həmçinin İslandiya, Danimarka, İsveç və Norve

22.03.2026 443
.

İran 23 gündür internetsiz qalıb

İranda internet bağlantısı artıq 500 saatdan çoxdur demək olar ki, tamamilə yoxdur. xəbər verir ki, bu barədə beynəlxalq internet monitorinq xidməti olan "NetBlocks" "X" platformasında məlumat yayıb. "Artıq 528 saat keçib, İranda 23 gündür internet yoxdur", - deyə paylaşımd

22.03.2026 280
.

AYNA: Gücləndirilmiş rejimin 3 günü ərzində rekord göstəricilər qeydə alınıb

Novruz və Ramazan bayramları ilə əlaqədar bütün avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimində çalışır. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən "Report"a bildirilib ki, 19-21 martda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 1 080 reys həyata keçirilib, 38 613 sərnişin rahat və təhlükəsi

22.03.2026 580
.

İran parlamentinin sədrindən sərt bəyanat

"İranın elektrik stansiyalarına və infrastrukturuna zərbələr endirildiyi təqdirdə, regiondakı enerji və yanacaq infrastrukturu obyektləri Tehranın qanuni hədəflərinə çevriləcək". xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf "X" platformasında yazıb. "Ölkəmizi

22.03.2026 379
.

TOP MP3