Nikah müqaviləsi nəyi müəyyən edir?

Nikah müqaviləsi nəyi müəyyən edir?"Ər-arvadın birgə mülkiyyət rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Əgər nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, bu rejim avtomatik olaraq qüvvədə sayılır. Bu halda nikah dövründə əldə edilmiş əmlak tərəflərin birinin tələbi ilə qanunvericilikdə müəyyən olunmuş qaydada bölünə bilər".

Bunu BiG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib.

O, qeyd edib ki, nikah müqaviləsi – nikaha daxil olan şəxslər arasında bağlanan və nikah dövründə, həmçinin nikah pozulduqda ər-arvadın əmlak hüquq və vəzifələrini müəyyən edən sazişdir:
Nikah müqaviləsi nəyi müəyyən edir?"Nikah müqaviləsi ilə ər-arvad qanunla müəyyən olunmuş birgə mülkiyyət rejimini dəyişdirərək, ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya hər bir tərəfin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər. Müqavilə həm mövcud, həm də gələcəkdə əldə ediləcək əmlaka şamil edilə bilər.

Tərəflər müqavilədə aşağıdakı məsələləri müəyyən edə bilərlər:

bir-birinin qarşılıqlı saxlanması;

gəlirlərdə iştirak qaydası;

ailə xərclərinə töhfə prinsipləri;

nikah pozulduqda əmlak bölgüsü;

digər əmlak münasibətləri və mediasiya şərtləri.

Nikah müqaviləsində nəzərdə tutulan hüquq və öhdəliklər müddətlə məhdudlaşdırıla və ya müəyyən şəraitdən asılı edilə bilər.
Lakin müqavilədə aşağıdakılar nəzərdə tutula bilməz:

ər-arvadın hüquq və fəaliyyət qabiliyyətini məhdudlaşdıran şərtlər;

məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılması;

uşaqlara münasibətdə hüquq və vəzifələrin tənzimi;

bir tərəfi çox əlverişsiz vəziyyətə salan və ya ailə qanunvericiliyinin əsaslarına zidd olan müddəalar.

Nikah müqaviləsi nikahdan əvvəl və ya nikah dövründə bağlana bilər.
Nikahdan əvvəl imzalanmış müqavilə, nikah dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir. Müqavilə yazılı formada tərtib edilir və notariat qaydasında təsdiqlənir.

Ər-arvad razılaşarsa, müqavilə istənilən vaxt notarial qaydada dəyişdirilə və ya ləğv edilə bilər.
Müqavilədən birtərəfli imtina qadağandır.
Məhkəmənin qətnaməsi ilə nikah müqaviləsi yalnız Azərbaycan Respublikasının Mülki Məcəlləsində göstərilən əsaslara görə dəyişdirilə və ya pozula bilər.

Nikah pozulduqda, müqavilədə nikahdan sonrakı dövr üçün nəzərdə tutulan öhdəliklər istisna olmaqla, müqaviləyə də xitam verilir.
Müqavilə Mülki Məcəlləyə əsasən tam və ya qismən etibarsız hesab edilə bilər. Əgər müqavilənin şərtləri ər və ya arvadı çox əlverişsiz vəziyyətə salırsa, həmin şəxs onu məhkəmədə mübahisələndirə bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 740   Tarix: 13 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Əliyev Putinə zəng etdi

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə zəng edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçısı İlham Əliyev Prezident Vladimir Putini ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömü

15:51 186
.

"Nənələr"in üzvünün oğlu Ukrayna müharibəsində öldürüldü

Rusiya-Ukrayna müharibəsinə həkim kimi qatılan 58 yaşlı azərbaycanlı dron hücumu zamanı öldürülüb. Axşam.az xəbər verir ki, Lənkəran rayonunun Separadi kəndindən olan 1968-ci il təvəllüdlü Vahab Ramazan oğlu Quliyev Rusiya-Ukrayna müharibəsi başlayandan bir il sonra Ukrayna tərəfindən ixtisası üzrə fəaliyyə

12:37 244
.

İlham Əliyev Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətsizliyinə diqqət çəkdi

Azərbaycan Prezidenti İlham Əliyev "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"ın iştirakçılarına müraciət ünvanlayıb. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli konfrans iştirakçıları!. Sizi Bakı Dialoqu formatında keçirilə

10:13 170
.

Bu şəxslər 2000 manat cərimə olunacaq

Heyvanlara qarşı qəddarlıq, işgəncə və zorakılıq halları cəmiyyətdə narahatlıq doğuran məsələlərdəndir. Xüsusilə heyvanların qəsdən xəsarət yetirilməsi və ya öldürülməsi ilə bağlı görüntülərin yayılması bu əməllərə görə məsuliyyətin nə dərəcədə effektiv olduğunu gündəmə gətirir. Bəs Azərbaycan qanunvericiliyind

14:39 218
.

"Bağça uşaq saxlamaq yeri deyil" - Ekspert SƏRT TƏNQİD ETDİ

Azərbaycanda məktəbəqədər təhsilə maraq və bu sahədə fəaliyyət göstərən müəssisələrin sayı son illərdə artmaqdadır. Dövlət bağçaları ilə yanaşı, özəl məktəbəqədər təhsil müəssisələri də uşaqların erkən yaş dövründə təhsil və sosial bacarıqlar qazanmasına imkan yaradır. Uşağın şəxsiyyət kimi formalaşmağ

13:58 210
.

Polşa müharibəyə hazırlıq üçün yeni qanun layihəsi hazırlayır

Polşa NATO rəsmilərinin Rusiyanın bu il mümkün hücumu ilə bağlı narahatlıqları fonunda "müharibədən əvvəlki dövrə" hazırlıq məqsədilə qanun layihəsi üzərində işləyir. xəbər verir ki, Polşa mediasının məlumatına görə, Müdafiə Nazirliyi tərəfindən hazırlanan qanun layihəsi ölkənin müdafiə qabiliyyətini

10:51 169
.

Palandökendən dünyaya

Palandökendən dünyaya / Zəngəzur və Orta Dəhlizin yenidən formalaşdırdığı ticarət denklemində Ərzurumun əsas sınağı Palandöken Logistika Mərkəzini gözləyən bir obyektdən işlək ticarət bazasına çevirməkdir. Bir şəhərin iqtisadi gələcəyindən danışarkən bəzən kilometrləri, yolları, dəmir yollarını və layihələr

12:41 169
.

Ov mövsümü başlayır

"Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın növbəti iclası keçirilib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 10-dan etibarən ov mövsümünün açıq elan edilməsinə qərar verilib. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev bildirib ki, ov etmək istəyən vətəndaşla

14:33 143
.

Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?

Günəşdən Yerdən təxminən 10 dəfə uzaqda yerləşən nəhəng planet Saturn oktyabrın 4-də "qarşıdurma" (oppozisiya) mərhələsinə çatıb. Bu zaman Yer Günəşlə Saturnun demək olar ki, tam arasında yerləşir. Bu səbəbdən qarşıdakı günlər Saturnu müşahidə etmək üçün ilin ən əlverişli dövrlərindən bir

06.10.2026 335
.