Prezident bəyan etdi: korrupsiyaya yol verilməməlidir

Prezident bəyan etdi: korrupsiyaya yol verilməməlidirPrezident İlham Əliyevin noyabrın 12-də Naxçıvan Muxtar Respublikasına səlahiyyətli nümayəndə və bir neçə rayon icra hakimiyyəti başçısını təyin etməsi ilə bağlı çıxışı bölgələrdə idarəetmə ilə bağlı prioritetləri açıq şəkildə ortaya qoydu. Prezidentin çıxışı özündə bir sıra mesajları ehtiva etdi deyə bilərik. Şübhəsiz ki, bu müsajların mərkəzində etimad və məsuliyyət dayanır. Prezident açıq şəkildə bəyan etdi ki, təyinatlı rəhbərlər xalqa xidmət etməli, təvazökar və nüfuzlu olmalı, qanunsuzluq və korrupsiyaya yol verməməlidirlər. Bu, mərkəzi icra orqanları ilə bölgələr arasındakı koordinasiyanın gücləndirilməsi və eyni zamanda vətəndaşların dövlətə inamının möhkəmləndirilməsi baxımından olduqca vacibdir.
Cənab Prezident öz çıxışında vurğulanan əsas məqamlardan biri məmur fəaliyyətinin şəffaflığı ilə bağlı oldu. Prezident keçmişdə bəzi məmurların şəxsi maraqlar naminə qanunsuz göstərişləri icra etməsini xatırladaraq, indi bu halların aradan qaldırıldığını qeyd etdi. Bildirildi ki, kadr islahatları nəticəsində mərkəzi icra orqanları artıq bölgələrə qanunsuz təzyiq göstərə bilməyəcək və hər hansı pozuntu halında ciddi tədbirlər görüləcək.
Prezidentin çıxışında digər vacib istiqamət bölgələrdə infrastrukturun inkişafı və sosial layihələrin icrası ilə bağlı oldu. Prezident elektrik enerjisi, magistral və kənd yolları, içməli su, suvarma sistemləri, məktəb və xəstəxana tikintisi kimi sahələrdə əldə olunan nəticələri qeyd edərək turizm və kənd təsərrüfatı sahələrində dövlət dəstəyi ilə yaradılan imkanlar haqqında geniş məlumat verdi.
Çıxışda məşğulluq və miqrasiya məsələləri də diqqət mərkəzinə gətirildi. Bölgələrdən şəhərlərə miqrasiyanın həm də iş imkanlarının azlığı ilə bağlı olduğunu deyən ölkkə başçısı iş yerlərinin yaradılması kimi tədbirlər həyata keçirilməsinin vacibliyinə toxundu. Şübhəsiz ki, məşğulluq məsələsi həm iqtisadi inkişafı, həm də sosial stabilliyi təmin edən olduqca vacib sahədir və əslində özündə dövlətin uzunmüddətli strategiyasını ehtiva edir.
Ümumilikdə isə Prezident İlham Əliyev çıxışında bölgələrdə idarəetmənin şəffaflığı, iqtisadi inkişafın davamlılığı və sosial ədalətin təmin olunması ilə bağlı konkret tapşırıqları vurğuladı. Ümid edək ki, Naxçıvana yeni təyin olunan səlahiyyətli nümayəndə və ümumiyyətlə icra strukturlarına rəhbərlik edən hər kəs Prezidentin verdiyi mesajlardan və xəbərdarlığından düzgün nəticə çıxaracaqlar.

Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 819   Tarix: 13 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Əliyev Putinə zəng etdi

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə zəng edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçısı İlham Əliyev Prezident Vladimir Putini ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömü

15:51 186
.

"Nənələr"in üzvünün oğlu Ukrayna müharibəsində öldürüldü

Rusiya-Ukrayna müharibəsinə həkim kimi qatılan 58 yaşlı azərbaycanlı dron hücumu zamanı öldürülüb. Axşam.az xəbər verir ki, Lənkəran rayonunun Separadi kəndindən olan 1968-ci il təvəllüdlü Vahab Ramazan oğlu Quliyev Rusiya-Ukrayna müharibəsi başlayandan bir il sonra Ukrayna tərəfindən ixtisası üzrə fəaliyyə

12:37 244
.

İlham Əliyev Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətsizliyinə diqqət çəkdi

Azərbaycan Prezidenti İlham Əliyev "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"ın iştirakçılarına müraciət ünvanlayıb. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli konfrans iştirakçıları!. Sizi Bakı Dialoqu formatında keçirilə

10:13 170
.

Bu şəxslər 2000 manat cərimə olunacaq

Heyvanlara qarşı qəddarlıq, işgəncə və zorakılıq halları cəmiyyətdə narahatlıq doğuran məsələlərdəndir. Xüsusilə heyvanların qəsdən xəsarət yetirilməsi və ya öldürülməsi ilə bağlı görüntülərin yayılması bu əməllərə görə məsuliyyətin nə dərəcədə effektiv olduğunu gündəmə gətirir. Bəs Azərbaycan qanunvericiliyind

14:39 218
.

"Bağça uşaq saxlamaq yeri deyil" - Ekspert SƏRT TƏNQİD ETDİ

Azərbaycanda məktəbəqədər təhsilə maraq və bu sahədə fəaliyyət göstərən müəssisələrin sayı son illərdə artmaqdadır. Dövlət bağçaları ilə yanaşı, özəl məktəbəqədər təhsil müəssisələri də uşaqların erkən yaş dövründə təhsil və sosial bacarıqlar qazanmasına imkan yaradır. Uşağın şəxsiyyət kimi formalaşmağ

13:58 210
.

Polşa müharibəyə hazırlıq üçün yeni qanun layihəsi hazırlayır

Polşa NATO rəsmilərinin Rusiyanın bu il mümkün hücumu ilə bağlı narahatlıqları fonunda "müharibədən əvvəlki dövrə" hazırlıq məqsədilə qanun layihəsi üzərində işləyir. xəbər verir ki, Polşa mediasının məlumatına görə, Müdafiə Nazirliyi tərəfindən hazırlanan qanun layihəsi ölkənin müdafiə qabiliyyətini

10:51 169
.

Palandökendən dünyaya

Palandökendən dünyaya / Zəngəzur və Orta Dəhlizin yenidən formalaşdırdığı ticarət denklemində Ərzurumun əsas sınağı Palandöken Logistika Mərkəzini gözləyən bir obyektdən işlək ticarət bazasına çevirməkdir. Bir şəhərin iqtisadi gələcəyindən danışarkən bəzən kilometrləri, yolları, dəmir yollarını və layihələr

12:41 169
.

Ov mövsümü başlayır

"Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın növbəti iclası keçirilib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 10-dan etibarən ov mövsümünün açıq elan edilməsinə qərar verilib. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev bildirib ki, ov etmək istəyən vətəndaşla

14:33 143
.

Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?

Günəşdən Yerdən təxminən 10 dəfə uzaqda yerləşən nəhəng planet Saturn oktyabrın 4-də "qarşıdurma" (oppozisiya) mərhələsinə çatıb. Bu zaman Yer Günəşlə Saturnun demək olar ki, tam arasında yerləşir. Bu səbəbdən qarşıdakı günlər Saturnu müşahidə etmək üçün ilin ən əlverişli dövrlərindən bir

06.10.2026 335
.