Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelidir

Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelidirNoyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının VII Məşvərət görüşü keçiriləcəkdir. Mərkəzi Asiya ölkələrinin lideri - Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rahmon, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovun iştirak edəcəyi toplantıya Azərbaycan Prezidenti İlham Əliyev də dəvət olunub.
Bakı ilə Mərkəzi Asiya dövlətləri arasında siyasi, iqtisadi və nəqliyyat sahələrində əməkdaşlığın genişlənməsi fonunda Prezident İlham Əliyevin toplantıya dəvəti regionda Azərbaycanın artan rolunun göstəricisidir.
Mötəbər tədbir ərəfəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibə verib. Bu müsahibə yalnız iki ölkə arasındakı münasibətləri izah etmirdi, eyni zamanda Azərbaycan diplomatiyasının məqsədli və strateji yönünü açıq şəkildə ortaya qoydu. Müsahibədə ölkəmizin başçısı Azərbaycanın regional siyasətini, ikitərəfli əlaqələrin dərinliyini və mövcudluğunu aydın şəkildə şərh edərək gələcək əməkdaşlığın dayanıqlı tərəfdaşlıq, qarşılıqlı etimad və bölgədə sülhün möhkəmlənməsinə xidmət edəcəyini vurğuladı. Eyni zamanda, müsahibə Azərbaycan liderliyinin həm regional, həm də beynəlxalq səviyyədə nüfuzunu daha da möhkəmləndirdiyini, Türk dünyası ilə əməkdaşlığın inkişafında önəmli rol oynadığını və ölkəmizin strateji təşəbbüslərinin uğurla nəticələndiyini nümayiş etdirdi.
Ilk növbədə qeyd edilib ki, Prezident İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə sayca üçüncü dəfə iştirak edir. Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırır. İlk baxışda Azərbaycanı Mərkəzi Asiya ölkələrindən fiziki olaraq ayırsa da, Xəzər dənizi, əslində, mühüm birləşdirici amildir. Bu gün Xəzər dənizi, sadəcə, coğrafi anlayış deyil, o, hər şeydən əvvəl xalqlarımızın strateji birliyinin, iqtisadi potensialının və tarixi əməkdaşlığının rəmzidir.
Ölkələrimizi təkcə coğrafiya deyil, həm də tarixi-mədəni əlaqələr, ortaq dini və mənəvi dəyərlər, adət-ənənələr birləşdirir.
Azərbaycan regiondakı bütün ölkələrlə ən yüksək səviyyədə əməkdaşlığın hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir. Prezident İlham Əliyevi qeyd etdiyi kimi: "Hesab edirəm ki, Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında ikitərəfli əsasda qurulan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri, həmçinin fəal siyasi dialoqumuz və qarşılıqlı səfərlərimiz bu əməkdaşlıq formatının uğurunda mühüm rol oynayır".
Son bir neçə ildə Mərkəzi Asiya dövlət başçıları arasında qarşılıqlı səfərlərin və təmasların dinamikası münasibətlərimizin yüksək səviyyəsini əyani şəkildə nümayiş etdirir. Belə ki, son üç ildə Mərkəzi Asiya dövlətlərinin başçıları Azərbaycana təxminən 30 səfər ediblər və AZərbaycan Prezidenti cənab İlham Əliyev də qardaş ölkələrdə 13 dəfə səfərdə olub. Bu səfərlər və ölkə başçılarının görüşləri Orta Dəhlizin artan əhəmiyyəti əməkdaşlığımızın genişləndirilməsi üçün əhəmiyyətli imkanlar yaradır.
Müsahibədə Azərbaycanla Özbəkistan arasında dostluq və qardaşlıq əlaqələrinə, gündən-günə möhkəmlənən və inkişaf edən qarşılıqlı münasibətlərə xüsusi toxunulub. Bildirlib ki, Özbəkistan Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiqdir. Ölkələrimizi ortaq köklər, mənəvi dəyərlər, dil, etnik yaxınlıq, zəngin tarixi və mədəni irs birləşdirir. Əsrlər boyu qardaş xalqlarımız bir-birinə dərin rəğbət və hörmət bəsləyiblər. Sevindirici haldır ki, dövlətlərarası münasibətlər bu möhkəm təməl üzərində uğurla inkişaf edir.
Ölkə başçısı xüsusiolaraq vurğulayıb ki, "Bu gün Azərbaycan ilə Özbəkistan arasında münasibətlər ən yüksək - müttəfiqlik səviyyəsindədir".
Münasibətlərin inkişafına təsir edən digər, əhəmiyyəti heç də az olmayan amil Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə AZərbaycan Prezidenti İlham Əliyev arasında yaranan şəxsi etimad və dostluq münasibətləridir.
Qeyd edilib ki, Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü dəyişməz olaraq dəstəkləyib. Həmçinin işğaldan azad edilən Qarabağ bölgəsinin yenidən qurulmasına yardım göstərmək təşəbbüsünü irəli sürən ilk ölkə, Özbəkistan və dünyada ilk lider isə məhz Prezident Şavkat Mirziyoyev olub. Qardaş Özbəkistan tərəfindən azad edilmiş Füzulidə böyük özbək alimi Mirzə Uluqbəyin adını daşıyan və hazırda təxminən 600 şagirdin təhsil aldığı məktəb inşa edilib. Buna görə də Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə öz minnətdarlığını bildirib.
Müsahibədə həmçinin qeyd edilib ki, ölkələrimiz arasında əməkdaşlıq təkcə ikitərəfli formatda deyil, həm də beynəlxalq platformalarda uğurla inkişaf edir. Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatının fəal üzvləridir və türk birliyinin möhkəmləndirilməsinə mühüm töhfələr verirlər. Bundan əlavə, münasibətlərimiz BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, AQEM və digər beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf edir.
Bu gün eyni soy-kökə və uzun tarixə söykənən Azərbaycan-Özbəkistan əlaqələri yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. İki ölkə arasında bu vaxtadək imzalanmış 170-dən çox sənəd, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb. Əminik ki, ölkələrimiz arasındakı qarşılıqlı etimada söykənən və əsrlərdir davam edən dostluq və qardaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək, xalqlarımızın rifahının yaxşılaşmasına xidmət göstərəcək.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelidir


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 721   Tarix: 14 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Əliyev Putinə zəng etdi

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə zəng edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçısı İlham Əliyev Prezident Vladimir Putini ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömü

15:51 186
.

"Nənələr"in üzvünün oğlu Ukrayna müharibəsində öldürüldü

Rusiya-Ukrayna müharibəsinə həkim kimi qatılan 58 yaşlı azərbaycanlı dron hücumu zamanı öldürülüb. Axşam.az xəbər verir ki, Lənkəran rayonunun Separadi kəndindən olan 1968-ci il təvəllüdlü Vahab Ramazan oğlu Quliyev Rusiya-Ukrayna müharibəsi başlayandan bir il sonra Ukrayna tərəfindən ixtisası üzrə fəaliyyə

12:37 244
.

İlham Əliyev Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətsizliyinə diqqət çəkdi

Azərbaycan Prezidenti İlham Əliyev "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"ın iştirakçılarına müraciət ünvanlayıb. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli konfrans iştirakçıları!. Sizi Bakı Dialoqu formatında keçirilə

10:13 170
.

Bu şəxslər 2000 manat cərimə olunacaq

Heyvanlara qarşı qəddarlıq, işgəncə və zorakılıq halları cəmiyyətdə narahatlıq doğuran məsələlərdəndir. Xüsusilə heyvanların qəsdən xəsarət yetirilməsi və ya öldürülməsi ilə bağlı görüntülərin yayılması bu əməllərə görə məsuliyyətin nə dərəcədə effektiv olduğunu gündəmə gətirir. Bəs Azərbaycan qanunvericiliyind

14:39 218
.

"Bağça uşaq saxlamaq yeri deyil" - Ekspert SƏRT TƏNQİD ETDİ

Azərbaycanda məktəbəqədər təhsilə maraq və bu sahədə fəaliyyət göstərən müəssisələrin sayı son illərdə artmaqdadır. Dövlət bağçaları ilə yanaşı, özəl məktəbəqədər təhsil müəssisələri də uşaqların erkən yaş dövründə təhsil və sosial bacarıqlar qazanmasına imkan yaradır. Uşağın şəxsiyyət kimi formalaşmağ

13:58 210
.

Polşa müharibəyə hazırlıq üçün yeni qanun layihəsi hazırlayır

Polşa NATO rəsmilərinin Rusiyanın bu il mümkün hücumu ilə bağlı narahatlıqları fonunda "müharibədən əvvəlki dövrə" hazırlıq məqsədilə qanun layihəsi üzərində işləyir. xəbər verir ki, Polşa mediasının məlumatına görə, Müdafiə Nazirliyi tərəfindən hazırlanan qanun layihəsi ölkənin müdafiə qabiliyyətini

10:51 169
.

Palandökendən dünyaya

Palandökendən dünyaya / Zəngəzur və Orta Dəhlizin yenidən formalaşdırdığı ticarət denklemində Ərzurumun əsas sınağı Palandöken Logistika Mərkəzini gözləyən bir obyektdən işlək ticarət bazasına çevirməkdir. Bir şəhərin iqtisadi gələcəyindən danışarkən bəzən kilometrləri, yolları, dəmir yollarını və layihələr

12:41 169
.

Ov mövsümü başlayır

"Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın növbəti iclası keçirilib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 10-dan etibarən ov mövsümünün açıq elan edilməsinə qərar verilib. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev bildirib ki, ov etmək istəyən vətəndaşla

14:33 143
.

Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?

Günəşdən Yerdən təxminən 10 dəfə uzaqda yerləşən nəhəng planet Saturn oktyabrın 4-də "qarşıdurma" (oppozisiya) mərhələsinə çatıb. Bu zaman Yer Günəşlə Saturnun demək olar ki, tam arasında yerləşir. Bu səbəbdən qarşıdakı günlər Saturnu müşahidə etmək üçün ilin ən əlverişli dövrlərindən bir

06.10.2026 335
.