Məşvərət Görüşü: Azərbaycanın regional çəkisini artıran strateji addım
"Azərbaycanın Mərkəzi Asiya ölkələrinin Məşvərət Görüşünə tamhüquqlu üzv olması ilk növbədə ölkəmizin regiondakı nüfuzunun rəsmi şəkildə tanınması deməkdir. Bu platforma Azərbaycanı prosesləri kənardan izləyən yox, qərarların formalaşmasında birbaşa iştirak edən aktora çevirir".
Bunu BiG.AZ-a açıqlamasında politoloq Tural İsmayılov bildirib.
O, qeyd edib ki, Orta Dəhlizin genişləndirilməsi, yeni logistika və enerji xəttlərinin planlaşdırılması kimi məsələlərdə Bakının mövqeyi artıq sadəcə "tərəf mövqeyi" deyil, "qərarverici mövqe" kimi qiymətləndiriləcək. Bu isə Mərkəzi Asiya ilə iqtisadi əməkdaşlığın daha çevik və sistemli mərhələyə keçməsinə şərait yaradır, çünki qərarlar kollektiv şəkildə — Azərbaycanın iştirak və təsiri ilə formalaşacaq:
"Bu addım həm ticarət əlaqələrinin, həm də investisiya imkanlarının genişlənməsinə töhfə verir. Regionun təhlükəsizlik koordinasiyasında iştirakımız isə sərhəd, informasiya və enerji təhlükəsizliyi sahələrində daha güclü mexanizmlərin yaranmasına səbəb olur. Azərbaycan eyni zamanda türkdilli dövlətlərin ümumi siyasi xəttinin sabitləşdirilməsinə də mühüm dəstək verir.
Məşvərət Görüşündə üzvlük Azərbaycana Mərkəzi Asiya bazarlarına daha rahat çıxış imkanı yaradır, həmin ölkələr üçün isə Bakı üzərindən Qərbə inteqrasiyada yeni yollar açır. Bu proses Azərbaycanı iqtisadi, siyasi və ideoloji məkanda mərkəzi oyunçu kimi möhkəmləndirir.
Azərbaycanın artan regional çəkisi Mərkəzi Asiya ölkələri üçün də ciddi üstünlükdür, çünki Bakı həm dayanıqlı tərəfdaşdır, həm də regionlararası bağlayıcı aktor rolunu gücləndirir. Beləliklə, yeni mərhələ həm Azərbaycan, həm də Mərkəzi Asiya üçün qarşılıqlı güclənməyə əsaslanan praqmatik əməkdaşlıq modelinə çevrilir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1437 Tarix: 17 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Bağça uşaq saxlamaq yeri deyil" - Ekspert SƏRT TƏNQİD ETDİ
Azərbaycanda məktəbəqədər təhsilə maraq və bu sahədə fəaliyyət göstərən müəssisələrin sayı son illərdə artmaqdadır. Dövlət bağçaları ilə yanaşı, özəl məktəbəqədər təhsil müəssisələri də uşaqların erkən yaş dövründə təhsil və sosial bacarıqlar qazanmasına imkan yaradır. Uşağın şəxsiyyət kimi formalaşmağ
13:58 184 Yəməndəki uşaqlar məktəbə qayıtmaq arzusundadır
Yəmənin Taiz vilayətinin Cəbəl Həbəşi rayonunda, Vadi Bəni Xəvlan ərazisindəki didərgin düşərgəsində yaşayan 12 yaşlı Əhməd səhərlər çadırda oyanır. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Əhməd "Al Jazeera"ya deyib ki, toqquşmalardan qaçarkən məktəb çantasını evdə qoyub: "Bilmirəm
11:09 161 Husilər hava limanına hücum etdiklərini açıqladı
Yəməndəki Husi Silahlı Qüvvələri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanına pilotsuz uçuş aparatları ilə hücum etdiklərini açıqlayıb. xəbər verir ki, bu barədə Husi Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səria özünün "Telegram" kanalında məlumat verib
11:04 171 Marko Rubiodan Ukrayna açıqlaması: Münaqişə bitməyə doğru getmir
Ukraynadakı vəziyyət hazırda münaqişənin başa çatması istiqamətində inkişaf etmir. Teleqraf xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib. O qeyd edib ki, Ukraynanın NATO-ya daxil olması məsələsi hazırda gündəmdə deyil: "Əsas məqsəd müharibəni bitirməkdir"
06.10.2026 263 "Minlərlə ailə illərdir gözü yolda qalıb" - Zahid Orucdan Ermənistana TƏLƏB
Ermənistan itkin düşmüş azərbaycanlıların taleyi, kütləvi və fərdi dəfn yerləri barədə bütün məlumatları təqdim etməli, müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır. Bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin "İtkin düşmüş şəxslər probleminin həllind
16:07 131 Bakıda 24 yaşlı qadın öldürüldü - Əri saxlanıldı
Bakıda qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən mənzildə 2002-ci il təvəllüdlü Fatimə Rəhmanzadəyə bıçaqla çoxsaylı xəsarətlər yetirilib. Ötən gecə xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törətməkd
11:25 256 Yumurta seçərkən ən çox edilən səhvlər: Mütəxəssisdən tövsiyələr
"Uzun müddətdir ki, qidaların süni üsullarla hazırlanması ilə bağlı müxtəlif videolar sosial şəbəkələrdə yayılır. Bu görüntülərin əsasən Çində çəkildiyi iddia olunur. Belə videolardan biri də "süni yumurta" mövzusundadır. Lakin internetdə yayılan görüntülər çox vaxt laboratoriya təcrübələrini
15:13 114 İlham Əliyev Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətsizliyinə diqqət çəkdi
Azərbaycan Prezidenti İlham Əliyev "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"ın iştirakçılarına müraciət ünvanlayıb. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli konfrans iştirakçıları!. Sizi Bakı Dialoqu formatında keçirilə
10:13 163 Azərbaycan-Ermənistan sülhündə son düyün: "Bakı bu məsələdə haqlıdır"
Yerdə de-fakto sülh mövcuddur, lakin dönməz sülhə gedən yolda mühüm maneə hələ də aradan qaldırılmalıdır. Teleqraf xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Finlandiyaya işgüzar səfəri çərçivəsində keçirdiyi görüşlər zaman
15:31 135