Hidayət həmin "Mercedes"lə qəza törətdi - DYP xəbərdarlıq etdi
Fitnesçi Hidayət Məhərrəmli paytaxtın Səbail rayonu ərazisində yol-nəqliyyat hadisəsi törədib.
BiG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, idmançı hadisə anını sosial şəbəkədə paylaşıb.
Görüntülərdən məlum olur ki, o, saatda 90 kilometr sürətlə hərəkətdə olarkən diqqətini yoldan yayındırır və bir əli ilə telefonla çəkiliş edir. Bu zaman "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq bardürə çıxır.
Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyev idmançı Hidayət Məhərrəmlinin sükan arxasında telefonla çəkiliş apararkən qəzaya düşməsi və bununla bağlı sosial şəbəkələrdə yayılan görüntülərə münasibət bildirib.
R.Tağıyev qeyd edib ki, sükan arxasında telefondan istifadənin istənilən forması – istər danışmaq, istər yazışmaq, istərsə də video çəkilişi aparmaq – həm sürücünün öz həyatını, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini ciddi risk altına qoyur.
Onun sözlərinə görə, cəmi bir neçə saniyəlik diqqət yayınması belə, yolun kənarında dayanan piyadanı, qarşıdan gələn nəqliyyat vasitəsini və ya qəfil yaranan hər hansı təhlükəni görməməyə səbəb olur. Sürücünün gözünü yoldan ayırdığı 2–3 saniyə ərzində avtomobilin onlarla metr nəzarətsiz irəliləməsi isə qəzaların başlıca səbəblərindən biridir.
Şöbə rəisi bildirib ki, sükanı tək əllə saxlayıb digər əllə telefonla video çəkmək birbaşa yol hərəkəti təhlükəsizliyinə təhdid yaradır və bu cür davranış bütün hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün real təhlükə mənbəyidir.
"Unutmayaq: sükan arxasında seçim sadədir – ya telefon, ya təhlükəsizlik", – qurum rəsmisi vurğulayıb.
Qeyd edək ki, bir müddət əvvəl H.Məhərrəmlinin keçmiş sevgilisi Ş.Yunusova "Qafqazinfo"ya müraciət edərək idmançının ona şiddət göstərdiyini və külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirdiyini bildirmişdi. Həmin vaxt qadın qəzaya düşən "Mercedes"i Hidayətə hədiyyə etdiyini demişdi.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1587 Tarix: 17 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Bağça uşaq saxlamaq yeri deyil" - Ekspert SƏRT TƏNQİD ETDİ
Azərbaycanda məktəbəqədər təhsilə maraq və bu sahədə fəaliyyət göstərən müəssisələrin sayı son illərdə artmaqdadır. Dövlət bağçaları ilə yanaşı, özəl məktəbəqədər təhsil müəssisələri də uşaqların erkən yaş dövründə təhsil və sosial bacarıqlar qazanmasına imkan yaradır. Uşağın şəxsiyyət kimi formalaşmağ
13:58 184 Yəməndəki uşaqlar məktəbə qayıtmaq arzusundadır
Yəmənin Taiz vilayətinin Cəbəl Həbəşi rayonunda, Vadi Bəni Xəvlan ərazisindəki didərgin düşərgəsində yaşayan 12 yaşlı Əhməd səhərlər çadırda oyanır. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Əhməd "Al Jazeera"ya deyib ki, toqquşmalardan qaçarkən məktəb çantasını evdə qoyub: "Bilmirəm
11:09 161 Husilər hava limanına hücum etdiklərini açıqladı
Yəməndəki Husi Silahlı Qüvvələri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanına pilotsuz uçuş aparatları ilə hücum etdiklərini açıqlayıb. xəbər verir ki, bu barədə Husi Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səria özünün "Telegram" kanalında məlumat verib
11:04 171 Marko Rubiodan Ukrayna açıqlaması: Münaqişə bitməyə doğru getmir
Ukraynadakı vəziyyət hazırda münaqişənin başa çatması istiqamətində inkişaf etmir. Teleqraf xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib. O qeyd edib ki, Ukraynanın NATO-ya daxil olması məsələsi hazırda gündəmdə deyil: "Əsas məqsəd müharibəni bitirməkdir"
06.10.2026 263 "Minlərlə ailə illərdir gözü yolda qalıb" - Zahid Orucdan Ermənistana TƏLƏB
Ermənistan itkin düşmüş azərbaycanlıların taleyi, kütləvi və fərdi dəfn yerləri barədə bütün məlumatları təqdim etməli, müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır. Bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin "İtkin düşmüş şəxslər probleminin həllind
16:07 131 Bakıda 24 yaşlı qadın öldürüldü - Əri saxlanıldı
Bakıda qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən mənzildə 2002-ci il təvəllüdlü Fatimə Rəhmanzadəyə bıçaqla çoxsaylı xəsarətlər yetirilib. Ötən gecə xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törətməkd
11:25 256 Yumurta seçərkən ən çox edilən səhvlər: Mütəxəssisdən tövsiyələr
"Uzun müddətdir ki, qidaların süni üsullarla hazırlanması ilə bağlı müxtəlif videolar sosial şəbəkələrdə yayılır. Bu görüntülərin əsasən Çində çəkildiyi iddia olunur. Belə videolardan biri də "süni yumurta" mövzusundadır. Lakin internetdə yayılan görüntülər çox vaxt laboratoriya təcrübələrini
15:13 114 İlham Əliyev Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətsizliyinə diqqət çəkdi
Azərbaycan Prezidenti İlham Əliyev "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"ın iştirakçılarına müraciət ünvanlayıb. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli konfrans iştirakçıları!. Sizi Bakı Dialoqu formatında keçirilə
10:13 163 Azərbaycan-Ermənistan sülhündə son düyün: "Bakı bu məsələdə haqlıdır"
Yerdə de-fakto sülh mövcuddur, lakin dönməz sülhə gedən yolda mühüm maneə hələ də aradan qaldırılmalıdır. Teleqraf xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Finlandiyaya işgüzar səfəri çərçivəsində keçirdiyi görüşlər zaman
15:31 135