"Bakı ABŞ ilə strateji tərəfdaşlığını yalnız formal deklarasiyalarla deyil, real mexanizmlərin qurulmasıyla möhkəmləndirmək istəyir"

"Bakı ABŞ ilə strateji tərəfdaşlığını yalnız formal deklarasiyalarla deyil, real mexanizmlərin qurulmasıyla möhkəmləndirmək istəyir"Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Hukeri qəbul edib.

Görüş zamanı Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlığının cari vəziyyəti və inkişaf perspektivləri, Azərbaycan-Ermənistan sülh prosesi, eləcə də regional və qlobal təhlükəsizlik məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Politoloq Nicat Qasımov BiG.AZ-a bildirib ki bu görüş həm simvolik, həm strateji əhəmiyyət daşıyır:

"Rəsmi məlumatda bildirilir ki, görüşdə "iki ölkə arasında strateji tərəfdaşlığın inkişafı istiqamətində birgə səylərin vacibliyi" vurğulanıb. Bu, Azərbaycanın ABŞ-la yalnız diplomatik deyil, həm də geosiyasi əlaqələrini daha da dərinləşdirmək niyyətində olduğuna işarədir. Strateji tərəfdaşlıq Xartiyasının yaradılması müzakirəsi, institutlaşdırılmış dialoq mexanizmlərinin formalaşdırılması üçün baza yaradır.

Görüş zamanı regional təhlükəsizlik məsələləri, enerji təhlükəsizliyi və nəqliyyat dəhlizləri kimi mövzular müzakirə olunub. Bu, Azərbaycanın regional sabitliyin təşviqində aktiv rol oynamaq istədiyini göstərir. Xüsusilə "Tramp Marşrutu"na (ABŞ-ın Azərbaycanda nəqliyyat layihəsi) istinad olunub — bu, uzunmüddətli iqtisadi-strateji əməkdaşlıq niyyətidir.

Ermənistanla sülh prosesi görüşdə əsas mövzulardan biri olub. Bu, Azərbaycanın beynəlxalq və ikitərəfli platformalarda sülhyaratma siyasətinə önəm verdiyini bir daha nümayiş etdirir. ABŞ-nin siyasi məsələlər üzrə yüksək səviyyəli təmsilçisi ilə belə görüş, Vaşinqtonun da normallaşma danışıqlarına marağı olduğunu göstərir.
Həmçinin, görüşdə Yaxın Şərqdə vəziyyət kimi qlobal məsələlər də müzakirə olunub. Bu, Azərbaycanın təkcə regional aktor kimi deyil, qlobal geosiyasi proseslərdə öz rolunu gücləndirmək istədiyini göstərir.

Strateji İşçi Qrupunun fəaliyyət istiqamətlərinin nəzərdən keçirilməsi, ikitərəfli əməkdaşlıq üçün institusional çərçivənin yaradılması planlarının olması müsbət addımdır. Belə bir mexanizm, gələcəkdə daha sabit, proqnozlaşan və davamlı əməkdaşlıq üçün vacib baza yarada bilər.

Bu görüş Azərbaycandan gələn güclü siqnaldı.Bakı ABŞ ilə strateji tərəfdaşlığını yalnız formal deklarasiyalarla deyil, real mexanizmlərin qurulmasıyla möhkəmləndirmək istəyir. ABŞ da öz növbəsində, regionda sabitlik və kommunikasiyaların açılması yönündə Azərbaycanın rolunu dəyərləndirir. Lakin hədəfə çatmaq üçün nəzarət mexanizmləri, spesifik layihələr və razılaşmaların yazılı, icra mexanizmləri ilə möhkəmləndirilməsi vacib olacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 627   Tarix: 19 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dünyada yenidən populyarlaşan 10 qədim ad

Bu adlar əvvəlki nəsillərə məxsus olsa da, sadə səslənişi və zamana meydan oxuyan cazibəsi sayəsində bu gün yenidən dəbdədir. Bəzi adlar əslində heç vaxt tamamilə dəbdən düşmür. Uzun müddət yaşlı nəsillə assosiasiya olunan bir çox "vintaj" ad indi yenidən qayıdır və valideynlər arasında mara

06.10.2026 292
.

"Onsuz da ərə gedəcək": Qızların məktəbdən uzaqlaşdırılması niyə hələ də davam edir?

"Bir qız uşağı dördüncü, beşinci və ya altıncı sinfi oxuyur, daha sonra isə məktəbdən çıxarılır. Səbəb müxtəlif ola bilər: "Qız uşağıdır, onsuz da ərə gedəcək", "evdə iş çoxdur", "uzağa getməsin", "oxumağın nə mənası var, "ailənin maddi imkanı yoxdur"

14:39 81
.

İran rəsmisi: ABŞ-dən qorxmuruq, danışıqlara hazırıq

"İran ABŞ ilə danışıqlara hazırdır və bundan qorxmur, istər müharibə, istərsə də dialoq yolu ilə özünü müdafiə edəcək". Teleqraf xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Fatimə Mohacerani deyib. "Danışıqlar vasitəsilə dünya ilə elmi əlaqələrimizi davam etdirmək istəyirik, amma he

06.10.2026 240
.

Marko Rubiodan Ukrayna açıqlaması: Münaqişə bitməyə doğru getmir

Ukraynadakı vəziyyət hazırda münaqişənin başa çatması istiqamətində inkişaf etmir. Teleqraf xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib. O qeyd edib ki, Ukraynanın NATO-ya daxil olması məsələsi hazırda gündəmdə deyil: "Əsas məqsəd müharibəni bitirməkdir"

06.10.2026 262
.

Deepfake-ləri işıqla aşkar edən süni intellekt hazırlandı

Süni intellektlə hazırlanan saxta videoları aşkar etmək üçün yeni texnologiya hazırlanıb. ABŞ-ın Kaliforniya Universitetinin (UCLA) alimləri videoları elektrik siqnalları əvəzinə işıq vasitəsilə analiz edən optik süni intellekt sistemi hazırlayıblar. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, araşdırmay

10:54 157
.

Palandökendən dünyaya

Palandökendən dünyaya / Zəngəzur və Orta Dəhlizin yenidən formalaşdırdığı ticarət denklemində Ərzurumun əsas sınağı Palandöken Logistika Mərkəzini gözləyən bir obyektdən işlək ticarət bazasına çevirməkdir. Bir şəhərin iqtisadi gələcəyindən danışarkən bəzən kilometrləri, yolları, dəmir yollarını və layihələr

12:41 133
.

İlham Əliyev Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətsizliyinə diqqət çəkdi

Azərbaycan Prezidenti İlham Əliyev "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"ın iştirakçılarına müraciət ünvanlayıb. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli konfrans iştirakçıları!. Sizi Bakı Dialoqu formatında keçirilə

10:13 159
.

"Nənələr"in üzvünün oğlu Ukrayna müharibəsində öldürüldü

Rusiya-Ukrayna müharibəsinə həkim kimi qatılan 58 yaşlı azərbaycanlı dron hücumu zamanı öldürülüb. Axşam.az xəbər verir ki, Lənkəran rayonunun Separadi kəndindən olan 1968-ci il təvəllüdlü Vahab Ramazan oğlu Quliyev Rusiya-Ukrayna müharibəsi başlayandan bir il sonra Ukrayna tərəfindən ixtisası üzrə fəaliyyə

12:37 180
.

İran: ABŞ etimadı bərpa etməlidir

İran ABŞ-la danışıqlarda artıq "kifayət qədər güzəştə getdiyini" bildirib. İranın keçmiş diplomatı Hadi Əfqahi deyib ki, bundan sonra etimadı bərpa etmək ABŞ-ın üzərinə düşür. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Əfqahi bildirib ki, İran ABŞ-la apardığı danışıqların dəfələrlə müharib

14:55 27
.