"YAP-ın təsis edilməsi Azərbaycanın müstəqil dövlətçilik kursunun formalaşması prosesində yeni mərhələnin başlanğıcı idi" - Politoloq

"YAP-ın təsis edilməsi Azərbaycanın müstəqil dövlətçilik kursunun formalaşması prosesində yeni mərhələnin başlanğıcı idi" - Politoloq1992-ci il 21 noyabr tarixi müasir Azərbaycan siyasi tarixində mühüm mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Həmin gün ölkənin ağır böhran, xaos və parçalanma təhlükəsi ilə üz-üzə qaldığı bir dövrdə Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransı keçirildi. Bu hadisə Azərbaycan dövlətçiliyinin gələcək istiqamətinin müəyyənləşməsində həlledici rol oynadı.

Bu sözləri politoloq Rəcəb Həsənov BiG.AZ-a bildirib

O qeyd edib ki, YAP-ın 1992-ci ildə təsis edilməsi yalnız yeni siyasi partiyanın yaranması deyil, Azərbaycanın müstəqil dövlətçilik kursunun formalaşması prosesində yeni mərhələnin başlanğıcı idi:

"YAP-ın yaranması o dövrün obyektiv zərurətindən irəli gəlirdi. Ölkədə idarəetmə böhranı, separatizm meyilləri və dərinləşmiş siyasi qarşıdurma fonunda ziyalıların təşəbbüsü ilə yeni siyasi qüvvənin formalaşdırılması cəmiyyətin ümumi tələbi idi. Xalqın etimad göstərdiyi lider Heydər Əliyevin ətrafında birləşmək isə prosesin uğurla nəticələnməsinin əsas şərti oldu.

1992-ci ilin oktyabrında Heydər Əliyevə ünvanlanan məşhur müraciət sadəcə bir qrup ziyalının təşəbbüsü deyil, bütöv bir xalqın sabitlik və təhlükəsizlik arzusunun ifadəsi idi. Bu müraciət sayəsində ölkədə hakim olan dağıdıcı proseslərin qarşısı alındı və yeni siyasi kursun təməli qoyuldu.

21 noyabr 1992-ci ildə Naxçıvanda keçirilən təsis konfransı YAP-ın partiya kimi rəsmən formalaşmasını təmin etdi. 550 nümayəndənin iştirakı ilə qəbul edilən qərar və seçkilər nəticəsində Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Bu Azərbaycanın siyasi sistemində dönüş nöqtəsi idi.

YAP qısa zaman ərzində cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrilərək yalnız partiya funksiyasını daşımadı, həm də dövlət idarəçiliyi modelinin bərpasında mühüm rol oynadı. Heydər Əliyevin rəhbərliyi ilə partiya "dünənin, bu günün və sabahın partiyası" statusunu aldı.

YAP-ın illər ərzində ümumxalq partiyasına çevrilməsi, ölkədə sabitlik və inkişafın təminatçısı rolunda çıxış etməsi onun cəmiyyətlə dövlət arasında körpü funksiyasını uğurla yerinə yetirdiyini göstərir.

YAP yarandığı gündən demokratik siyasi mədəniyyətin inkişafına töhfələr verib. Konstruktiv müxalifət ənənəsi, dialoqa açıq siyasi mövqe və dövlətçilik prinsipinə sadiqlik partiyanın siyasi sistemdə özünəməxsus yerini müəyyənləşdirib.

2005-ci ildə partiyanın III qurultayında İlham Əliyevin YAP sədri seçilməsi partiya ideologiyasında varisliyin təmin olunduğunu göstərdi.Bu qərar YAP-ın uzunmüddətli siyasi strateji xəttinin qorunmasına imkan verdi.

YAP-ın müxtəlif sosial qrupları birləşdirməsi, irq, din və siyasi mənsubiyyətdən asılı olmayaraq vətəndaşları ümumi ideya ətrafında toplaması onu regional səviyyədə də nüfuzlu siyasi qüvvəyə çevirib. Hazırda partiyanın 730 mindən çox üzvü var ki, bu da regionda ən böyük siyasi təşkilat olması deməkdir.

2021-ci ildə keçirilən qurultay partiyanın strukturunda modernləşmə proseslərini sürətləndirdi. Mehriban Əliyevanın birinci sədr müavini təyin olunmasını Azərbaycanda qadınların siyasi idarəetmədə rolunun gücləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirirlər.

YAP son illərdə ölkədə siyasi dialoq mühitinin formalaşmasında aparıcı rol oynayıb. Partiyanın təşəbbüsü ilə iqtidar-müxalifət münasibətlərində yeni, daha konstruktiv mərhələ yaranıb.

Son prezident, parlament və bələdiyyə seçkilərində YAP-ın qazandığı qələbələr partiyaya olan ictimai etimadın artmasının göstəricisidir. İlham Əliyevin 92,12% səslə yenidən prezident seçilməsi də bu etimadın məntiqi nəticəsidir.

YAP-ın 1992-ci ildə təsis edilməsi yalnız yeni siyasi partiyanın yaranması deyil, Azərbaycanın müstəqil dövlətçilik kursunun formalaşması prosesində yeni mərhələnin başlanğıcı idi. Bu gün isə partiya müasir çağırışlara uyğun şəkildə yenilənmiş proqramı və strateji məqsədləri ilə ölkənin gələcək inkişafına yönəlik siyasətini davam etdirir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 773   Tarix: 19 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dünyada yenidən populyarlaşan 10 qədim ad

Bu adlar əvvəlki nəsillərə məxsus olsa da, sadə səslənişi və zamana meydan oxuyan cazibəsi sayəsində bu gün yenidən dəbdədir. Bəzi adlar əslində heç vaxt tamamilə dəbdən düşmür. Uzun müddət yaşlı nəsillə assosiasiya olunan bir çox "vintaj" ad indi yenidən qayıdır və valideynlər arasında mara

06.10.2026 292
.

"Onsuz da ərə gedəcək": Qızların məktəbdən uzaqlaşdırılması niyə hələ də davam edir?

"Bir qız uşağı dördüncü, beşinci və ya altıncı sinfi oxuyur, daha sonra isə məktəbdən çıxarılır. Səbəb müxtəlif ola bilər: "Qız uşağıdır, onsuz da ərə gedəcək", "evdə iş çoxdur", "uzağa getməsin", "oxumağın nə mənası var, "ailənin maddi imkanı yoxdur"

14:39 81
.

İran rəsmisi: ABŞ-dən qorxmuruq, danışıqlara hazırıq

"İran ABŞ ilə danışıqlara hazırdır və bundan qorxmur, istər müharibə, istərsə də dialoq yolu ilə özünü müdafiə edəcək". Teleqraf xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Fatimə Mohacerani deyib. "Danışıqlar vasitəsilə dünya ilə elmi əlaqələrimizi davam etdirmək istəyirik, amma he

06.10.2026 240
.

Marko Rubiodan Ukrayna açıqlaması: Münaqişə bitməyə doğru getmir

Ukraynadakı vəziyyət hazırda münaqişənin başa çatması istiqamətində inkişaf etmir. Teleqraf xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib. O qeyd edib ki, Ukraynanın NATO-ya daxil olması məsələsi hazırda gündəmdə deyil: "Əsas məqsəd müharibəni bitirməkdir"

06.10.2026 262
.

Deepfake-ləri işıqla aşkar edən süni intellekt hazırlandı

Süni intellektlə hazırlanan saxta videoları aşkar etmək üçün yeni texnologiya hazırlanıb. ABŞ-ın Kaliforniya Universitetinin (UCLA) alimləri videoları elektrik siqnalları əvəzinə işıq vasitəsilə analiz edən optik süni intellekt sistemi hazırlayıblar. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, araşdırmay

10:54 157
.

Palandökendən dünyaya

Palandökendən dünyaya / Zəngəzur və Orta Dəhlizin yenidən formalaşdırdığı ticarət denklemində Ərzurumun əsas sınağı Palandöken Logistika Mərkəzini gözləyən bir obyektdən işlək ticarət bazasına çevirməkdir. Bir şəhərin iqtisadi gələcəyindən danışarkən bəzən kilometrləri, yolları, dəmir yollarını və layihələr

12:41 133
.

İlham Əliyev Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətsizliyinə diqqət çəkdi

Azərbaycan Prezidenti İlham Əliyev "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"ın iştirakçılarına müraciət ünvanlayıb. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli konfrans iştirakçıları!. Sizi Bakı Dialoqu formatında keçirilə

10:13 159
.

"Nənələr"in üzvünün oğlu Ukrayna müharibəsində öldürüldü

Rusiya-Ukrayna müharibəsinə həkim kimi qatılan 58 yaşlı azərbaycanlı dron hücumu zamanı öldürülüb. Axşam.az xəbər verir ki, Lənkəran rayonunun Separadi kəndindən olan 1968-ci il təvəllüdlü Vahab Ramazan oğlu Quliyev Rusiya-Ukrayna müharibəsi başlayandan bir il sonra Ukrayna tərəfindən ixtisası üzrə fəaliyyə

12:37 180
.

İran: ABŞ etimadı bərpa etməlidir

İran ABŞ-la danışıqlarda artıq "kifayət qədər güzəştə getdiyini" bildirib. İranın keçmiş diplomatı Hadi Əfqahi deyib ki, bundan sonra etimadı bərpa etmək ABŞ-ın üzərinə düşür. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Əfqahi bildirib ki, İran ABŞ-la apardığı danışıqların dəfələrlə müharib

14:55 27
.