"Uşaqların pul düşkünü olmaması üçün əsas prinsip ailənin verdiyi nümunədir" - Psixoloq

"Uşaqların pul düşkünü olmaması üçün əsas prinsip ailənin verdiyi nümunədir" - Psixoloq"Uşaqlarda pul düşkünlüyünün formalaşması təsadüfi baş vermir. Bu, ailə atmosferi, valideyn münasibəti və sosial təsirlərdən qaynaqlanır. Düzgün yanaşma ilə həm real həyati bacarıqlar, həm də sağlam dəyərlər paralel şəkildə inkişaf etdirilə bilər".

Bu sözləri psixoloq Aytəkin Əliyeva BiG.AZ-a bildirib.

O qeyd edib ki, uşaqlar ilk pul anlayışını evdə formalaşdırır. Valideynlər pulu əsas dəyər kimi təqdim etdikdə, maddi nemətlər üstünlük qazandıqda uşaqlar da bunu təkrarlayır:

"Uşaq evdə sevgi, dəstək və diqqətin pula bağlı olmadığını görməlidir. Əks halda, o, pulun gücünü həddindən artıq şişirdə bilər.Pulu cəza və mükafat vasitəsinə çevirməyin.

Uşağın hər davranışını pula bağlamaq yaxşı qiymətə görə pul vermək, ev işlərini yalnız maddi qarşılıqla etdirmək uşağı nəticədə yalnız maddi motivasiyaya yönəldə bilər. Bu halda uşaq əmək, məsuliyyət və təşəbbüsü dəyər kimi deyil, yalnız qazanc vasitəsi kimi görməyə başlayır.

Uşaqlara paylaşma, həmrəylik və empati kimi dəyərlərin öyrədilməsi onların pul və maddi nemətləri daha sağlam qavramasına səbəb olur. Uşağın könüllü fəaliyyətlərə cəlb edilməsi, bəzən kiçik hədiyyələri başqaları ilə bölüşməsi və ailədə birlik mesajlarının verilməsi bu anlayışı gücləndirir.

Pulum varsa, uğurluyam" kimi yanlış mesajlar uşaqlarda özünə dəyər hissini zəiflədə bilər. Özünə dəyər şəxsi keyfiyyətlər, zəhmətkeşlik və insanlarla münasibətlər üzərində qurulmalıdır.

Məsuliyyətli şəkildə cib xərci verilməlidir. Cib xərci uşağı pul düşkünü etmir, əksinə, düzgün idarəetmə bacarığı yaradır. Uşaqların pul düşkünü olmaması üçün əsas prinsip ailənin verdiyi nümunədir. Valideynlər maddiyyatı həyatın mərkəzinə çevirmədikcə, uşaqlar da pulu məqsəd deyil, vasitə kimi qavrayacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 771   Tarix: 20 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz"

Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz. "Report"a istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Dünya və Ənənəvi Din Liderləri Qurultayı Katibliyinin XXIV iclasında çıxışı zamanı deyib. Onun sözlərin

11:41 160
.

"Nənələr"in üzvünün oğlu Ukrayna müharibəsində öldürüldü

Rusiya-Ukrayna müharibəsinə həkim kimi qatılan 58 yaşlı azərbaycanlı dron hücumu zamanı öldürülüb. Axşam.az xəbər verir ki, Lənkəran rayonunun Separadi kəndindən olan 1968-ci il təvəllüdlü Vahab Ramazan oğlu Quliyev Rusiya-Ukrayna müharibəsi başlayandan bir il sonra Ukrayna tərəfindən ixtisası üzrə fəaliyyə

12:37 162
.

Britaniya İsrailin 27 diplomatını ölkədən çıxaracaq?

İsrail Şərqi Qüdsdəki Britaniya konsulluğunun bağlanması barədə qərar versə, İsrailin Londondakı səfirliyinin 27 diplomatı ölkədən çıxarılacaq. Bizim.Media xəbər verir ki, bu barədə Reuters dörd mənbəyə istinadən məlumat yayıb. İsrail sentyabrın 8-də Britaniyaya Şərqi Qüdsdəki konsulluğu 30 gün ərzind

06.10.2026 267
.

Qrip mövsümü başladı - Bu şəxslər vaksin vurdura bilməz

Havaların soyuması ilə mövsümi virus infeksiyaları yenidən gündəmə gəlir. Payız aylarında insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi və otaqların az havalandırılması respirator virusların yayılmasını asanlaşdırır. Son günlər havanın yağıntılı və sərin keçməsi də diqqəti qripdən qorunma yolların

06.10.2026 269
.

Putin və Pezeşkian görüşəcək:"Sözləri bir-birinin boğazından keçir"

Vladimir Putinin və Məsud Pezeşkian oktyabrın 9-da Türkmənistanda görüşəcəklər. Bunu Rusiya Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Yuri Uşakov bildirib. Bu görüş Türkmənistanda keçiriləcək MDB sammiti çərçivəsində baş tutacaq. Y.Uşakovun sözlərinə görə, Putin və Pezeşkian Yaxın Şərqdək

12:35 146
.

Deepfake-ləri işıqla aşkar edən süni intellekt hazırlandı

Süni intellektlə hazırlanan saxta videoları aşkar etmək üçün yeni texnologiya hazırlanıb. ABŞ-ın Kaliforniya Universitetinin (UCLA) alimləri videoları elektrik siqnalları əvəzinə işıq vasitəsilə analiz edən optik süni intellekt sistemi hazırlayıblar. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, araşdırmay

10:54 152
.

Palandökendən dünyaya

Palandökendən dünyaya / Zəngəzur və Orta Dəhlizin yenidən formalaşdırdığı ticarət denklemində Ərzurumun əsas sınağı Palandöken Logistika Mərkəzini gözləyən bir obyektdən işlək ticarət bazasına çevirməkdir. Bir şəhərin iqtisadi gələcəyindən danışarkən bəzən kilometrləri, yolları, dəmir yollarını və layihələr

12:41 121
.

Hamının 8 saat yatmasına ehtiyac yoxdur - ARAŞDIRMA

Səkkiz saatlıq yuxu uzun illərdir böyüklər üçün bir növ "qızıl standart" hesab olunur. Lakin yeni elmi icmal göstərir ki, bu müddət hər kəs üçün eyni dərəcədə optimal olmaya bilər. xarici mediaya istinadən xəbər verir ki, hər gecə mütləq səkkiz saat yatmaq qaydasını bütün böyüklər üçün dəyişmə

06.10.2026 310
.

Jurnalistlərin IX qurultayının vaxtı dəyişdi

Azərbaycan jurnalistlərinin IX qurultayı Rəşid Behbudov adına Mahnı Teatrında təşkil olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə Jurnalistlərin IX qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi məlumat yayıb. Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi, eyni zamanda, qurultayın keçirilmə tarixini

14:12 39
.