"İlham Əliyevin müraciəti Türk dövlətləri arasında mədəni və vətəndaş cəmiyyəti səviyyəsində inteqrasiyanı prioritet edir" - Politoloq

"İlham Əliyevin müraciəti Türk dövlətləri arasında mədəni və vətəndaş cəmiyyəti səviyyəsində inteqrasiyanı prioritet edir" - Politoloq"Bu gün Bakıda ilk dəfə keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının (QHT) həmrəylik forumu çərçivəsində Prezident İlham Əliyev forum iştirakçılarına müraciət ünvanlayıb.
İlham Əliyevin müraciətində vurğuladığı kimi Türk dövlətlərinin artan potensialı və qlobal mövqeyi daha iddialı hədəflərin müəyyən edilməsini zəruri edir. Bu, TDT-nin sadəcə rəsmi-diplomatik platforma olmadan, vətəndaş cəmiyyəti səviyyəsində inteqrasiyanı da strateji prioritet kimi qəbul etdiyini göstərir".

Bu sözləri politoloq Nicat Qasımov BiG.AZ-a bildirib.

O qeyd edib ki, Prezident QHT-ləri bir "möhkəm ailə" kimi təsvir edərək, ortaq etnik köklər, dil, tarix və mədəniyyətin Türk dünyasının birliyini möhkəmləndirməsində rolunu vurğulayıb. Bu, ideoloji və emosional baza yaradır — vətəndaş cəmiyyəti səviyyəsində daha sıx əməkdaşlıq üçün zəmindir:

"Müraciətdə Zəngəzur dəhlizi xüsusi yer tutub. İlham Əliyev hesab edir ki, bu layihə Türk dövlətləri arasında iqtisadi əlaqələrin dərinləşməsində mühüm rol oynayacaq. Bu, yalnız nəqliyyat infrastrukturunu deyil, həm də geosiyasi inteqrasiyanı təşviq edən mühüm simvolik məqamdır.
Prezident QHT-lərə ortaq qrant müsabiqələri (tarix, mədəniyyət, ekolo­giya, iqlim siyasəti və s.) keçirmək, layihələri maliyyələşdirmək ideyasını irəli sürüb. Bu, dövlət vətəndaş cəmiyyəti aktorlarını strateji tərəfdaş kimi görür və QHT-lərin TDT-nin "yumşaq güc" aləti kimi funksiyasını gücləndirir.

2026-cı ildə keçiriləcək Birinci Türkoloji Qurultayın 100 illiyinə toxunan prezident QHT-lərin bu mədəni inteqrasiya prosesində daha fəal iştirakını təklif edib. Bu, mədəni birlik vizyonunun yalnız simvolik olmadığını, konkret fəaliyyət planları ilə müşayiət olunduğunu göstərir.

QHT-lərin BMT və digər beynəlxalq qurumlarda birgə fəaliyyəti üçün platforma qurmaq təklifi var. Bu təşəbbüs, TDT-nin vətəndaş cəmiyyəti səviyyəsində qlobal arenada da görünməsini hədəfləyir sadəcə regional inteqrasiya deyil, qlobal təsir perspektivi.

Dövlət başçısının QHT-lərə ünvanladığı bu tipli çağırışlar, TDT-nin leqitimliyini yalnız hökumətlərarası məkanla məhdudlaşdırmır, vətəndaş cəmiyyəti vasitəsilə gücləndirir. Bu, uzunmüddətli integrasiya strategiyası üçün vacibdir.

İlham Əliyevin bu müraciəti sadəcə "səmimi salam"dan çox irəli gedir. Bu, strateji vizyonun bir hissəsidir. O, Türk dövlətləri arasında yalnız siyasi və iqtisadi birliyi deyil, mədəni və vətəndaş cəmiyyəti səviyyəsində inteqrasiyanı da prioritet edir. Bu forum və onun nəticələri, TDT-nin gələcəkdə daha güclü halına gəlmək istəyini əks etdirir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 624   Tarix: 24 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Birotaqlı mənzillər investisiya üçün niyə daha cəlbedici olur?

"Birotaqlı mənzillərin qiymət artımını yalnız bir səbəblə izah etmək düzgün olmaz. Burada tələb-təklif balansından tutmuş alıcıların maliyyə imkanlarına, investisiya davranışına və şəhər daxilində kiçik sahəli mənzillərə olan ehtiyaca qədər bir neçə amil paralel şəkildə təsir göstərir". Bun

06.10.2026 256
.

Deepfake-ləri işıqla aşkar edən süni intellekt hazırlandı

Süni intellektlə hazırlanan saxta videoları aşkar etmək üçün yeni texnologiya hazırlanıb. ABŞ-ın Kaliforniya Universitetinin (UCLA) alimləri videoları elektrik siqnalları əvəzinə işıq vasitəsilə analiz edən optik süni intellekt sistemi hazırlayıblar. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, araşdırmay

10:54 88
.

Polşa müharibəyə hazırlıq üçün yeni qanun layihəsi hazırlayır

Polşa NATO rəsmilərinin Rusiyanın bu il mümkün hücumu ilə bağlı narahatlıqları fonunda "müharibədən əvvəlki dövrə" hazırlıq məqsədilə qanun layihəsi üzərində işləyir. xəbər verir ki, Polşa mediasının məlumatına görə, Müdafiə Nazirliyi tərəfindən hazırlanan qanun layihəsi ölkənin müdafiə qabiliyyətini

10:51 82
.

Küveyt Səudiyyə Ərəbistanına hücumlara görə husiləri qınadı

Küveyt Səudiyyə Ərəbistanına qarşı həyata keçirilən hücumlara görə husiləri qınayıb. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Küveyt Xarici İşlər Nazirliyi husilərin Səudiyyə Ərəbistanına qarşı "davamlı, həyasız və utancverici hücumlarını" pisləyib. Nazirliyin yaydığı bəyanatda İran tərəfində

06.10.2026 225
.

"Müəllimlərin maaşı mənim dövrümə nisbətən artıb" - Misir Mərdanov

"Elə bir ölkə yoxdur ki, onun təhsil sahəsində problemi olmasın. Mən işləyən dövrdə də olub, bu gün də var, gələcəkdə də olacaq. Ancaq fikrimcə, təhsildə ən ciddi problemlərdən biri müəllimlərin əməkhaqqı məsələsi idi". Qaynarinfo xəbər verir ki, bu barədə AZƏRTAC-a müsahibəsində keçmiş təhsi

06.10.2026 246
.

7 yaşlı oğlan sahildə insan dişləri tapdı - 300 illik sirr üzə çıxa bilər

Britaniyada 7 yaşlı oğlan sahildə insan dişləri tapıb. xəbər verir ki, People nəşrinin məlumatına görə, dişlər XVII əsrdə baş vermiş gəmi qəzasının qurbanlarına aid ola bilər. Yeddi yaşlı Artur bu qeyri-adi kəşfi 2025-ci ilin avqustunda Lizard Point sahilində edib. Polis dişlərin arxeoloji mənşəli olduğun

10:47 96
.

42 kilometrlik marafonu robot it tamamladı

Cənubi Koreyada hazırlanmış dördayaqlı robot bir dəfə də batareyasını dəyişmədən tam marafon məsafəsini qət edib. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, "Nature" jurnalında yayımlanan araşdırmaya görə, KAIST alimlərinin hazırladığı RAIBO2 robotu 42,195 kilometrlik Sangju marafonun

06.10.2026 251
.

Marko Rubiodan Ukrayna açıqlaması: Münaqişə bitməyə doğru getmir

Ukraynadakı vəziyyət hazırda münaqişənin başa çatması istiqamətində inkişaf etmir. Teleqraf xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib. O qeyd edib ki, Ukraynanın NATO-ya daxil olması məsələsi hazırda gündəmdə deyil: "Əsas məqsəd müharibəni bitirməkdir"

06.10.2026 248
.

Bakıda 24 yaşlı qadın öldürüldü - Əri saxlanıldı

Bakıda qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən mənzildə 2002-ci il təvəllüdlü Fatimə Rəhmanzadəyə bıçaqla çoxsaylı xəsarətlər yetirilib. Ötən gecə xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törətməkd

11:25 64
.