Həmin restoran nöqsanlara görə cərimələnibmiş

Həmin restoran nöqsanlara görə cərimələnibmişYasamaldakı çoxmərtəbəli yaşayış binasında 3 nəfərin ölümü ilə nəticələnən yanğında ittiham olunan "Loft" restoranında bir müddət əvvəl yanğın təhlükəsizliyi pozulubmuş.

"Qafqazinfo"nun məlumatına görə, sakinlərdən birinin müraciətindən sonra aparılan araşdırma nəticəsində restoranda havalandırma sisteminin norma və tələblərə uyğun quraşdırılmadığı müəyyən edilib.

Həmin vaxt Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən obyektin cavabdeh şəxsi inzibati məsuliyyətə cəlb edilib, aşkar edilmiş nöqsanların aradan qaldırılması tapşırılıb.

İndi isə iddia olunur ki, ötən həftə baş verən yanğın binanın aşağısında yerləşən kafedən keçən şaxtanın zədələnməsi səbəbindən baş verib.

Sakinlərdən bəziləri iddia edir ki, hadisə vaxtı yanğın olmayıb, binanın şaxtasından güclü tüstü yayılıb və tikilinin dəhlizlərini bürüyüb. Bina sakini jurnalist Heydər Mirzənin sözlərinə görə, həmin kafe binanın qarajının bir hissəsini zəbt edib, həmçinin əxlaqsızlıq yuvası kimi də fəaliyyət göstərib. O, məsələ ilə bağlı bir müddət əvvəl məhkəməyə müraciət etdiklərini də vurğulayıb.

Qeyd edək ki, yanğınla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. İlk olaraq iş üzrə binanın zirzəmisində yerləşən "Loft Dent" klinikasının direktoru Bəhruz Paşayev saxlanılıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 534   Tarix: 24 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Üç övladı olan valideynləri SEVİNDİRƏCƏK XƏBƏR

Azərbaycanda çoxuşaqlı ailələrə verilən sosial dəstəyin genişləndirilməsi ilə bağlı yeni təklif irəli sürülüb. Hazırda aylıq sosial müavinət əsasən altı və daha çox uşağı olan ailələrə ödənilir, pensiya ilə bağlı müəyyən güzəştlər isə beş və daha çox uşağı olan ailələrə şamil edilir. Lakin statisti

22.03.2026 615
.

Çin 2030-cu ilə qədərki ÜDM artım proqnozunu açıqlayıb

Ölkə rəhbərliyinin proqnozlarına görə, Çinin ümumi daxili məhsulu (ÜDM) 2030-cu ilə qədər 175 trilyon yuan (Çinin Mərkəzi Bankının qüvvədə olan məzənnəsi ilə hesablandıqda 25,39 trilyon dollar - red.) səviyyəsinə çatmalıdır. "Report" xəbər verir ki, bu barədə Çinin Baş naziri Li Tsyan Çin İnkişa

22.03.2026 146
.

İran Trampın ultimatumuna CAVAB VERDİ

"İran ölkənin yanacaq və ya energetika infrastrukturuna hücum ediləcəyi təqdirdə, ABŞ-yə sərt cavab verəcək". "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Xatəm əl-Ənbiya" hərbi komandanlığının mərkəzi qərargahının nümayəndəsi ABŞ Prezidenti Donald Trampın 4

22.03.2026 403
.

Nümayəndələr Palatasının spikeri Conson: ABŞ, demək olar, İrandakı məqsədlərinə çatıb

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri, Luiziana ştatından Respublikaçılar Partiyasını təmsil edən Mayk Conson bildirib ki, İrana qarşı əməliyyat çərçivəsində Birləşmiş Ştatların missiyası, demək olar, yerinə yetirilib. "Report" xəbər verir ki, Conson bu barədə "Associated Press"

22.03.2026 274
.

ABŞ-nin İranla müharibəyə çəkdiyi xərc bilindi

ABŞ-nin İrana qarşı əməliyyatının dəyəri 27 milyard dolları keçib. xəbər verir ki, "Iran War Cost Tracker" portalı bu iddia ilə çıxış edib. Portal personalın, gəmilərin təminatı, habelə digər əlaqədar xərclərin ödənilməsi üçün zəruri olan vəsaitləri real vaxt rejimində hesablayır. Hesablam

22.03.2026 260
.

İranda azad edilən Yaponiya vətəndaşı Azərbaycana gəlib

"Daha əvvəl İranda saxlanılan iki Yaponiya vətəndaşından biri azad edilib və tezliklə vətənə qayıda biləcək". TASS-a istinadən bildirir ki, bunu Yaponiya Xarici İşlər Naziri Tosimitsu Moteqi bildirib. "İkinci vətəndaşımızın tezliklə azad edilməsi üzərində işləyirik", - deyə o, yerl

22.03.2026 256
.

Qış geri QAYIDIR: Dolu düşəcək, qar yağacaq

Azərbaycanın rayonlarında martın 22-si gündüzdən 23-ü gündüzədək bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. BİG.AZ Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, axşam və gecə ayrı-ayrı yerlərdə yağıntının qısa müddətə intensivləşəcək. Şimşək çaxacağı, dağlıq ərazilərd

22.03.2026 477
.

Kürdəmirdə "Mercedes" yanıb - VİDEO

Kürdəmir rayonu, Xırdapay kəndində avtomobildə yanğın baş verib. BİG.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziy

22.03.2026 231
.

Sumqayıtda bayram tonqalında baş vermiş partlayışda xəsarət alanların kimliyi məlum oldu - YENİLƏNİB+VİDEO

Sumqayıt şəhərində tonqalda baş verən partlayış zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub. BİG.AZ "Report"a istinadən bildirir ki, xəsarət alanlar Sumqayıt şəhər sakinləridir:. 2004-cü il təvəllüdlü Fatimə Telman qızı Məmmədzadə,. 2006-cı il təvəllüdlü Fatimə Camal qızı İsgəndərli,

22.03.2026 771
.

TOP MP3