"Berlin" klinikasının həkimi prokurorluq orqanına yalan məlumat veribmiş - TƏFƏRRÜAT

"Berlin" klinikasının həkimi prokurorluq orqanına yalan məlumat veribmiş - TƏFƏRRÜATBakıda fəaliyyət göstərən "Berlin Ailə və Uşaq Klinikası" MMC İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə açılmış iş üzrə məhkəmə qərarı ilə 20 min manat məbləğində cərimə olunub.

Teleqraf klinikanın cərimələnməsinin təfərrüatını əldə edib.

Klinikaya qarşı irəli sürülən ittiham əmək müqaviləsi bağlanmadan fiziki şəxslərin işə cəlb edilməsi ilə bağlı olub. Məhkəmə qərarından klinikanın baş direktoru və vəkili apellyasiya şikayəti veriblər. Onların iddiasına görə, istintaq və məhkəmə zamanı bir sıra önəmli halların məqsədyönlü şəkildə araşdırmadan yayındırılması və sübutların təhrif olunması baş verib.

Mübahisəli əməliyyat: "Liposaksiya" kim tərəfindən icra olunub?

Klinikanın cərimələnməsinin səbəbi "liposaksiya" əməliyyatı olub. İttihama əsasən, əməliyyat klinikanın işçisi olmayan Esmira Quluzadə tərəfindən icra edilib. Klinikada əməliyyat olunan Günay Pürəziz adlı qadın Esmira Quluzadədən şikayət edib. Buna səbəb isə əməliyyatdan razı qalmaması və səhhətində problemlərin yaranması olub. Günay Pürəzizin şikayətindən sonra prokurorluq tərəfindən klinikada yoxlama aparılıb. Esmira Quluzadənin tibbi təhsilinin olmadığı, klinika ilə rəsmi müqaviləsi olmadığı halda əməliyyata daxil olduğu müəyyən edilib.

Lakin klinikanın baş direktoru bildirir ki, əməliyyatı klinikanın rəsmi həkimi Araz Salmanov həyata keçirib və bu barədə prokurorluğa yazılı izahat da verilib. Onların iddiasına görə, həmin izahat iş materiallarına əlavə olunmayıb və gizlədilib.

Vəkillərin məhkəməyə təqdim etdiyi sənədlər arasında xəstənin tarixçəsi, epikriz və digər tibbi sənədlər də olub. Onlar bildirirlər ki, bu sənədlər müstəntiqə təqdim olunsa da, inzibati xəta haqqında qərarda əksini tapmayıb.

"Klinikada Esmira Quluzadə adlı həkim yoxdur"

Klinika rəhbərliyi israrla bildirir ki, Esmira Quluzadə adlı şəxs onların əməkdaşı olmayıb və hazırda da deyil. Onun işəgötürən tərəfindən hər hansı xidmətə cəlb olunması faktı mövcud deyil. Quluzadə sadəcə xəstəni vasitəçi kimi klinikaya yönləndirib.

Bundan əlavə, klinika rəhbərliyi iddia edib ki, prokurorluğa ilkin şikayət göndərmiş Günay Pürəziz daha sonra həmin müraciətindən imtina etsə də, bu hal prokurorluq qərarında nəzərə alınmayıb.

Günay Pürəziz prokurorluğa etdiyi şikayətini geri götürsə də, məhkəmədə onu əməliyyat edənin Esmira Quluzadə olduğunu təsdiqləyib. Bildirib ki, klinikada olan zaman, əməliyyata daxil olanda da onun yanında Esmira Quluzadə olub. Həmçinin əməliyyatdan çıxdıqdan sonra Esmira Quluzadə onu bir neçə dəfə müayinə də edib.

Sübut kimi qiymətləndirilən yazışmalar

İstintaq orqanının əsas sübut kimi qiymətləndirdiyi isə Esmira Quluzadə ilə Günay Pürəziz arasında olan yazışmalardır. Belə ki, həmin yazışmalarda Esmira Quluzadə Günay Pürəzizi əməliyyat etdiyini təsdiqləyir. Yazışmalarda Günay Pürəziz səhhətində yaranmış problemlərdən gileylənir. Esmira Quluzadə isə əməliyyatı problemsiz icra etdiyini qeyd edir. Həmçinin, Esmira Quluzadə Günay Pürəzizə bildirir ki, əməliyyatdan sonra səhhətində yaranmış problemlər düzgün qidalanmaması və masajlara gəlməməsi ilə bağlıdır.

Klinika rəhbərliyinin məsuliyyətdən xilas olmaq üçün əməliyyatın Esmira Quluzadə tərəfindən deyil, Araz Salmanov tərəfindən icra edildiyini göstərmək cəhdi nəticə verməyib. Məhkəmə qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, Esmira Quluzadənin özünü kosmetoloq, estetik cərrah kimi təqdim etməsi ilə bağlı sosial şəbəkələrdə çoxsaylı paylaşımlar yer alır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1161   Tarix: 25 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Birotaqlı mənzillər investisiya üçün niyə daha cəlbedici olur?

"Birotaqlı mənzillərin qiymət artımını yalnız bir səbəblə izah etmək düzgün olmaz. Burada tələb-təklif balansından tutmuş alıcıların maliyyə imkanlarına, investisiya davranışına və şəhər daxilində kiçik sahəli mənzillərə olan ehtiyaca qədər bir neçə amil paralel şəkildə təsir göstərir". Bun

06.10.2026 256
.

Deepfake-ləri işıqla aşkar edən süni intellekt hazırlandı

Süni intellektlə hazırlanan saxta videoları aşkar etmək üçün yeni texnologiya hazırlanıb. ABŞ-ın Kaliforniya Universitetinin (UCLA) alimləri videoları elektrik siqnalları əvəzinə işıq vasitəsilə analiz edən optik süni intellekt sistemi hazırlayıblar. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, araşdırmay

10:54 88
.

Polşa müharibəyə hazırlıq üçün yeni qanun layihəsi hazırlayır

Polşa NATO rəsmilərinin Rusiyanın bu il mümkün hücumu ilə bağlı narahatlıqları fonunda "müharibədən əvvəlki dövrə" hazırlıq məqsədilə qanun layihəsi üzərində işləyir. xəbər verir ki, Polşa mediasının məlumatına görə, Müdafiə Nazirliyi tərəfindən hazırlanan qanun layihəsi ölkənin müdafiə qabiliyyətini

10:51 82
.

Küveyt Səudiyyə Ərəbistanına hücumlara görə husiləri qınadı

Küveyt Səudiyyə Ərəbistanına qarşı həyata keçirilən hücumlara görə husiləri qınayıb. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Küveyt Xarici İşlər Nazirliyi husilərin Səudiyyə Ərəbistanına qarşı "davamlı, həyasız və utancverici hücumlarını" pisləyib. Nazirliyin yaydığı bəyanatda İran tərəfində

06.10.2026 225
.

"Müəllimlərin maaşı mənim dövrümə nisbətən artıb" - Misir Mərdanov

"Elə bir ölkə yoxdur ki, onun təhsil sahəsində problemi olmasın. Mən işləyən dövrdə də olub, bu gün də var, gələcəkdə də olacaq. Ancaq fikrimcə, təhsildə ən ciddi problemlərdən biri müəllimlərin əməkhaqqı məsələsi idi". Qaynarinfo xəbər verir ki, bu barədə AZƏRTAC-a müsahibəsində keçmiş təhsi

06.10.2026 246
.

7 yaşlı oğlan sahildə insan dişləri tapdı - 300 illik sirr üzə çıxa bilər

Britaniyada 7 yaşlı oğlan sahildə insan dişləri tapıb. xəbər verir ki, People nəşrinin məlumatına görə, dişlər XVII əsrdə baş vermiş gəmi qəzasının qurbanlarına aid ola bilər. Yeddi yaşlı Artur bu qeyri-adi kəşfi 2025-ci ilin avqustunda Lizard Point sahilində edib. Polis dişlərin arxeoloji mənşəli olduğun

10:47 96
.

42 kilometrlik marafonu robot it tamamladı

Cənubi Koreyada hazırlanmış dördayaqlı robot bir dəfə də batareyasını dəyişmədən tam marafon məsafəsini qət edib. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, "Nature" jurnalında yayımlanan araşdırmaya görə, KAIST alimlərinin hazırladığı RAIBO2 robotu 42,195 kilometrlik Sangju marafonun

06.10.2026 251
.

Marko Rubiodan Ukrayna açıqlaması: Münaqişə bitməyə doğru getmir

Ukraynadakı vəziyyət hazırda münaqişənin başa çatması istiqamətində inkişaf etmir. Teleqraf xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib. O qeyd edib ki, Ukraynanın NATO-ya daxil olması məsələsi hazırda gündəmdə deyil: "Əsas məqsəd müharibəni bitirməkdir"

06.10.2026 248
.

Bakıda 24 yaşlı qadın öldürüldü - Əri saxlanıldı

Bakıda qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən mənzildə 2002-ci il təvəllüdlü Fatimə Rəhmanzadəyə bıçaqla çoxsaylı xəsarətlər yetirilib. Ötən gecə xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törətməkd

11:25 64
.