Şagirdlərin sağlamlığı üçün təhsil islahatı: ağırlığa son
"Məktəblilərin çanta ağırlığı problemi təkcə pedaqoji məsələ deyil, həm də sosial və sağlamlıq yönümlü ciddi məsələdir. Araşdırmalar göstərir ki, şagirdlərin gündəlik daşıdıqları dərslik və əlavə iş dəftərlərinin çoxluğu onların fiziki sağlamlığına mənfi təsir edir, dərsə hazırlığı çətinləşdirir və təhsilə marağı azaldır.
Statistikaya görə, ibtidai sinif şagirdlərinin çantalarının çəkisi 5–7 kiloqram arasında dəyişir ki, bu da Ümumdünya Səhiyyə Təşkilatının normativindən iki-üç dəfə artıqdır. Məsələn, 25 kiloqram çəkisi olan birinci sinif şagirdinin çantası 2,5 kiloqramdan artıq olmamalıdır. Bu vəziyyət onurğa problemlərinə, bel əyriliklərinə və tez yorulmaya səbəb ola bilər".
Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.
O, qeyd edib ki, Elm və Təhsil Nazirliyi bu problemi aradan qaldırmaq üçün rəqəmsal dərsliklərin hazırlanması, məktəblərin elektron tədris resursları ilə təmin olunması və əlavə iş dəftərlərinin azaldılması istiqamətində addımlar atır. Rəqəmsal məktəb layihəsi həm valideynlərin xərclərini azaldacaq, həm də şagirdlərin məktəbə marağını artıracaq:
"Dünya təcrübəsi də göstərir ki, çanta ağırlığı probleminin həlli üçün müxtəlif modellər mövcuddur: Finlandiyada dərsliklərin böyük hissəsi elektron formada təqdim olunur, Sinqapurda "split-book" sistemi tətbiq edilir, Türkiyədə iki nüsxəli kitab sistemi mövcuddur, ABŞ və Avropa ölkələrində isə şagirdlər üçün fərdi şkaflar quraşdırılıb. Azərbaycanda da bu təcrübələrin mərhələli tətbiqi məqsədəuyğundur.
Mənfi tərəf isə hələ bütün məktəblərin elektron infrastrukturla təmin olunmamasıdır. İnternet sürətinin qeyri-bərabərliyi, planşet və kompüter çatışmazlığı rəqəmsal dərsliklərin geniş tətbiqinə mane olur. Həmçinin əlavə iş dəftərlərinin çoxluğu valideynlər üçün maddi yük yaradır və çantaları ağırlaşdırır.
Nəticə etibarilə, çanta ağırlığı probleminin həlli təhsil sisteminin modernləşməsi ilə sıx bağlıdır. Rəqəmsal dərsliklərin tətbiqi, əlavə iş dəftərlərinin azaldılması və yeni dərslik formatlarının hazırlanması şagirdlərin sağlamlığını qoruyacaq, valideynlərin xərclərini azaldacaq və təhsil prosesinə marağı artıracaq. Bu addımlar həm təhsil keyfiyyətinin yüksəlməsinə, həm də sosial rifahın güclənməsinə xidmət edir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2466 Tarix: 25 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident Böyük Britaniyanın nazirini qəbul etdi - Fotolar - Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Lord Anas Sarvarı qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağl
06.10.2026 449 Məşhur TikToker məhkəmədə ağladı
Məşhur TikToker Dakota Harperin yanğın hadisəsilə bağlı məhkəməsi keçirilib. xarici mediaya istinadən xəbər verir ki, məhkəmə onun girov məbləğini 10 min dollardan 20 min dollara qaldırıb. Bundan başqa, Harperin ev dustaqlığında saxlanılması da şərtlərə əlavə edilib. Məhkəmə zalında onun qərarı emosiona
06.10.2026 293 Birotaqlı mənzillər investisiya üçün niyə daha cəlbedici olur?
"Birotaqlı mənzillərin qiymət artımını yalnız bir səbəblə izah etmək düzgün olmaz. Burada tələb-təklif balansından tutmuş alıcıların maliyyə imkanlarına, investisiya davranışına və şəhər daxilində kiçik sahəli mənzillərə olan ehtiyaca qədər bir neçə amil paralel şəkildə təsir göstərir". Bun
06.10.2026 256 7 yaşlı oğlan sahildə insan dişləri tapdı - 300 illik sirr üzə çıxa bilər
Britaniyada 7 yaşlı oğlan sahildə insan dişləri tapıb. xəbər verir ki, People nəşrinin məlumatına görə, dişlər XVII əsrdə baş vermiş gəmi qəzasının qurbanlarına aid ola bilər. Yeddi yaşlı Artur bu qeyri-adi kəşfi 2025-ci ilin avqustunda Lizard Point sahilində edib. Polis dişlərin arxeoloji mənşəli olduğun
10:47 96 "Müəllimlərin maaşı mənim dövrümə nisbətən artıb" - Misir Mərdanov
"Elə bir ölkə yoxdur ki, onun təhsil sahəsində problemi olmasın. Mən işləyən dövrdə də olub, bu gün də var, gələcəkdə də olacaq. Ancaq fikrimcə, təhsildə ən ciddi problemlərdən biri müəllimlərin əməkhaqqı məsələsi idi". Qaynarinfo xəbər verir ki, bu barədə AZƏRTAC-a müsahibəsində keçmiş təhsi
06.10.2026 246 "Bizdən sonra aktyor görmürəm"
Aktyor Nicat Rəhimov son illərdə aktyor nəslinin yetişmədiyini bildirib. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "İncə səhər" proqramında danışıb. O, özündən yaşca böyük və ya həmyaşıdları arasında istedadlı aktyorların olduğunu, lakin onlardan sonra gələn nəsildə bunu görmədiyini deyib:
06.10.2026 286 Evdə stress yaradan 5 şey
Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -ın xarici KİV-ə istinadən xəbərinə görə, 886 nəfərin iştirak etdiyi araşdırma göstərib ki, ev mühitinin səs-küy, işıqlandırma və təhlükəsizlik hiss
06.10.2026 299 Aviaşirkətdən XƏBƏRDARLIQ - Bu rəngli çamadanlardan uzaq durun
Çamadanların ən populyar rənglərinin hava səyahətləri üçün heç də ən praktik seçim olmadığı məlum olub. Avropanın "Ryanair" aviaşirkəti sərnişinlərə səfərdən əvvəl çamadanın rəngini daha diqqətlə seçməyi tövsiyə edib. Səyahətçilərə qara, boz və tünd göy rəngli baqajlardan mümkün qədər uza
06.10.2026 277 Orta Dəhliz ölkələri vahid idarəetmə platforması yaradırlar
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (TBNM, Orta Dəhliz) iştirak edən ölkələr öz modelinə görə Baltik Dənizi Dövlətləri Şurası ilə müqayisə edilə bilən vahid institusional idarəetmə platformasının formalaşdırılması üzərində işləyirlər. "Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf v
06.10.2026 290