12 nəfərlik dəstənin məhkəməsi BAŞLADI: "Əsas işim kazino idi"
Bakı Ağır Cinayətlər Məhkəməsində onlayn qumar təşkil etməkdə təqsirləndirilən 12 nəfərəlik dəstənin cinayət işi üzrə məhkəmə başlayıb.
Lent.az xəbər verir ki, hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə sərbəst ifadə vermək təklif olunub. Təqsirləndirilən Elvin Balakişiyev ifadəsində Nurlan Hüseynov tərəfindən işə cəlb olunduğunu deyib:
"Elçin Quliyevin nömrəsini Nurlan vermişdi. Elçinlə dedi ki, gəlim Bakıya. Mən də taksiyə oturub gəldim. Mənə ayrıca bir telefon da verdi. Evdə, çöldə, maşında işlərimi görürdüm, buna görə 600 manat pul alırdım. Mənim əsas işim kazino işi idi. Müştərilərin verdiyi pullar bank kartlarına köçürdü. Mənim pul çəkib çıxarmaq, kartdan karta köçürmək səlahiyyətim yox idi. Yığılan pulların miqdarından isə ümumiyyətlə xəbərsizəm. Mənim əsas işim yazanlara link atmaq idi, linklər əsasında da karta pul gəlirdi".
Bundan sonra məhkəmə növbəti prosesin 2 dekabr saat 14:30-a təyin edildiyini elan edib.
Xatırladaq ki, cinayət işi üzrə təqsirli bilinən 12 nəfər - Elçin Quliyev, Orxan Məmmədov, Nurlan Hüseynov, Elvin Balakişiyev, Taleh Ələkbərov, Hüseyn Quliyev, Nurlan Məmmədov, Zeynal Abbaslı, Royal Hüseynov, Səid Balakışıyev, Pərvan Məmmədov və Pəsi Yusubov Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıblar.
Araşdırmalarla məlum olub ki, cinayətkar şəbəkəyə müxtəlif yollarla əməkdaşlığa cəlb edilən şəxslərin sayı 40-dan artıqdır.
Rəsmi məlumatda bildirilib ki, şəbəkə üzvləri gizliliyi təmin etmək məqsədilə əsasən Rusiya, Gürcüstan, Ukrayna və s. ölkələrə məxsus mobil nömrələrdən istifadə edərək sosial şəbəkələrdə çoxsaylı səhifələr açıblar.
Daha sonra həmin səhifələr vasitəsilə vətəndaşları xarici ölkələrə məxsus saytlar üzərindən qumar oyunlarına cəlb ediblər. "Fast Loto", "CHCPlay" kimi qeyri-leqal saytlara birbaşa adminlik statusu əldə edən şəbəkənin əsas üzvləri ölkə ərazisində virtual idarəetmə sistemi quraraq kirayə götürdükləri mənzillərdə dəstə başçılarının tapşırıqları əsasında fəaliyyət göstəriblər.
Rəsmi məlumata görə, şəbəkə üzvlərinin istifadə etdikləri bank hesablarının dövriyyəsinin 10 milyon manatdan artıq olduğu aşkarlanıb.
Məlumatda vurğulanıb ki, E.Quliyev cinayət yolu ilə əldə etdiyi külli miqdarda pul vəsaitini leqal dövriyyəyə daxil etmək üçün çirkli pulların yuyulmasını həyata keçirərək özünün və yaxın qohumlarının adına heç bir fəaliyyəti olmayan şirkətlər açıb.
Şəbəkə üzvlərinin mənzilləri, torpaq sahələri, bağ evləri, ticarət obyektləri və lüks avtomobilləri müəyyən edilərək məhkəmə qərarları ilə üzərlərinə həbs qoyulub.
Faktlarla bağlı DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 658 Tarix: 25 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşXameneinin evi darmadağın edildi
İranda hərbi əməliyyatların ilk günlərində İsrail Müdafiə Qüvvələri və ABŞ Silahlı Qüvvələri Tehranda Əli Xameneinin olduğu bildirilən evi hədəfə alıb. Xameneinin dəfn mərasimləri ilə əlaqədar matəm tədbirləri davam etdiyi vaxt dövlət televiziyası dağıntıları əks etdirən görüntüləri yayımlayıb. xaric
09.07.2026 256 Bakıda kişi keçmiş arvadını küçədə güllələdi -Yenilənib
Bakıda silahlı insident baş verib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, Mir Cəlal küçəsində qeydə alınıb. Belə ki, kişi ov tüfəngi ilə keçmiş arvadını güllələyərək qətlə yetirib. Daha sonra isə özünə silahla atəş açıb. O, xəstəxanaya yerləşdirilib
09.07.2026 322 Külək, yağış, 37° isti... - Sabahın havası
İyulun 10-da gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-23 isti, gündü
09.07.2026 272 ABŞ ordusu İranın 90 hərbi hədəfinə zərbə endirdiyini bildirib
ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, ABŞ qüvvələri son hücumlarda İranın təxminən 90 hərbi hədəfini, o cümlədən hava hücumundan müdafiə sistemlərini, sahil müşahidə vasitələrini, raket və dron saxlama yerlərini, dəniz imkanlarını və İran sahil xətti boyunca hərbi logistika infrastrukturunu vurub
09.07.2026 268 Manat niyə sərbəst buraxılmır? İqtisadi səbəblər açıqlandı
"Azərbaycanda üzən məzənnə rejiminə tam keçilməməsinin əsas səbəbləri ölkə iqtisadiyyatının strukturu, ixrac gəlirlərinin mənbəyi, maliyyə bazarlarının inkişaf səviyyəsi və qiymət sabitliyinin qorunması ilə bağlıdır. Hazırda manat idarə olunan məzənnə rejimindədir. Bu o deməkdir ki, milli valyutanı
09.07.2026 269 Bu meyvə şirələrində rəngləndiricilər tapıldı
Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması məqsədilə satış obyektlərində satışa çıxarılan meyvə şirəsi və nektar məhsulları üzrə nəzarət tədbirləri həyata keçirib. AQTA-dan -a bildirilib ki, monitorinq çərçivəsində 16 istehsalçı müəssisəyə məxsus 17 məhsulda
09.07.2026 206 Ağ Ev Hörmüz uğrunda İranla uzunmüddətli münaqişəyə hazırlaşır
Axios xəbər verir ki, ABŞ rəsmiləri İranın Hörmüz boğazında kommersiya gəmilərinə hücumlarını davam etdirib-etdirməməsindən asılı olaraq, münaqişənin bir neçə gündən həftələrə qədər davam edə biləcəyinə inanırlar. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, ABŞ rəsmiləri cümə axşamı Axios-
09.07.2026 257 Yusuf Tekinin "Kurtuluş Savaşı" açıqlaması niyə mübahisə doğurdu?
Türkiyənin təhsil naziri Yusuf Tekinin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatları ilə görüşdə yeni tədris proqramı ilə bağlı verdiyi açıqlama geniş müzakirələrə səbəb olub. Nazir bildirib ki, dərs proqramlarında "Kurtuluş Savaşı" ifadəsi "Milli Mücadele" termini ilə əvə
09.07.2026 234 Rusiyanın zərbələri nəticəsində Xarkov və Zaporojye vilayətlərində 58 nəfər yaralanıb
Ötən sutka ərzində Rusiya Silahlı Qüvvələrinin zərbələri nəticəsində Xarkovda üç nəfər ölüb, 50 nəfər xəsarət alıb. "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib. "Zərbələr nəticəsində üç nəfə
09.07.2026 168