İnformasiya və kiber təhlükəsizliyimiz üçün nələr edə bilərik?

İnformasiya və kiber təhlükəsizliyimiz üçün nələr edə bilərik?"Azərbaycanda İT təhlükəsizliyi son illərdə xeyli güclənib, müəyyən sahələrdə ciddi irəliləyiş var, müəyyən sahələr isə inkişaf dövrünü keçir. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) real vaxt monitorinq sistemlərini gücləndirir".

Bunu BiG.AZ-a açıqlamasında İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev bildirib.
İnformasiya və kiber təhlükəsizliyimiz üçün nələr edə bilərik?O, qeyd edib ki, Dövlət resursları DDoS, phishing, ransomware və s. kimi hücumlara qarşı daha yaxşı qorunur. Milli CERT fəaliyyət göstərir, insidentlərə operativ reaksiya verilir. Çatızmazlıq əsasən insan faktoru ilə bağlı olur:

"Azərbaycan banklarında, PCI DSS standartları tətbiq olunur, Fraud-monitoring sistemləri mövcuddur, POS/ATM-lərdə şifrələmə standartları tətbiq edilir. Banklar texniki olaraq, əsasən güclü hesab oluna bilər, amma istifadəçi davranışları hələ də zəif halqadır. Özəl sektorun çox hissəsində vəziyyət zəifdir. Kiçik şirkətlər, kiçik klinikalar, bəzi özəl təhsil müəssisələri kimi və s. Bu kimi təşkilatlarda Firewall yoxdur və ya düzgün qurulmayıb, Backup(ehtiyat nüsxə) sistemləri zəifdir və ya hosting xaricdədir. Təhlükəsizlik siyasətləri ümumiyyətlə mövcud deyil. Sosial şəbəkələr, elektron ticarət və media resurslarında risk yüksəkdir. Admin panel şifrələri zəifdir. 2FA aktiv olunmur. İstifadəçi səviyyəsində təhlükəsizlik çox aşağıdır. İstifadəçilərin bəziləri fişing linklərini ayırd edə bilmir. Zəif şifrələrdən istifadə edir. Tətbiqləri qeyri-rəsmi mənbələrdən yükləyirlər. Bu da bank və dövlət sistemlərinin işini çətinləşdirir.
İT təhlükəsizliyinin gücləndirilməsi üçün nələr edilə bilər.
1. "Zero Trust" yanaşmasına keçid
Şəbəkə daxilində belə heç kəsə 100% etibar edilməməlidir.
2. Bank və şirkətlərdə illik pentest məcburi olmalıdır
Hazırda könüllüdür — bu da boşluqlara səbəb olur.
3. Yerli şirkətlər üçün təhlükəsizlik sertifikasiya tələbləri olmalıdır.
ISO 27001, SOC2 kimi standartların geniş tətbiqi.
4. Əhalinin maarifləndirilməsi
Real risklər məhz istifadəçi səviyyəsində yaranır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 678   Tarix: 26 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyə və Pakistan Yəmənə müdaxilə edə bilərmi? "Məkkə Sazişi"nin ilk sınağı

"Məkkə Sazişi"ni imzalayan Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan birgə müdafiə mexanizmlərinin praktiki icrasına başlayıblar. Tərəflər müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi, birgə çəkindirmə imkanlarının artırılması və hərbi imkanların koordinasiyası istiqamətində tədbirlərin görülməs

06.10.2026 304
.

Mühafizə olunan duracaqlarla bağlı YENİ QAYDA

Nazirlər Kabineti 6 aprel 199-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə"də dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Daxili İşlər Nazirliyi balansındakı mühafizə oluna

06.10.2026 323
.

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Azərbaycan Prezidenti İlham Əliyev 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, müraciətdə deyilir:. "Zati-aliləri,. Xanımlar və cənablar,. Qlobal ictimaiyyəti birbaşa iqlim böhranı ilə mübarizənin ön sıralarına gətirən bu unika

06.10.2026 242
.

7 yaşlı oğlan sahildə insan dişləri tapdı - 300 illik sirr üzə çıxa bilər

Britaniyada 7 yaşlı oğlan sahildə insan dişləri tapıb. xəbər verir ki, People nəşrinin məlumatına görə, dişlər XVII əsrdə baş vermiş gəmi qəzasının qurbanlarına aid ola bilər. Yeddi yaşlı Artur bu qeyri-adi kəşfi 2025-ci ilin avqustunda Lizard Point sahilində edib. Polis dişlərin arxeoloji mənşəli olduğun

10:47 30
.

Müəllim əvəzolunmazdırsa, niyə süni intellektdən qorxuruq?

"Elm və təhsil naziri Emin Əmrullayevin "Müəllim onsuz da müəllimdir, süni intellekt onu əvəz etməyəcək" fikri ilk baxışdan rahatladıcı səslənir. Amma təhsildə baş verən dəyişikliklərə bir qədər diqqətlə baxanda başqa bir sual yaranır: süni intellekt müəllimi əvəz etməyəcəksə, bəs nəy

06.10.2026 220
.

Husilər Səudiyyə hava limanına zərbə endirdilər

Husilər Səudiyyə Ərəbistanının Asir əyalətində yerləşən Abha Beynəlxalq Hava Limanına yeni zərbə endirdiklərini bildiriblər. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Husilərin hərbi sözçüsü Yəhya Səri açıqlamasında bildirib ki, hava limanı ballistik raketlə hədəfə alınıb. Onun sözlərinə görə, rake

06.10.2026 218
.

Qrip mövsümü başladı - Bu şəxslər vaksin vurdura bilməz

Havaların soyuması ilə mövsümi virus infeksiyaları yenidən gündəmə gəlir. Payız aylarında insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi və otaqların az havalandırılması respirator virusların yayılmasını asanlaşdırır. Son günlər havanın yağıntılı və sərin keçməsi də diqqəti qripdən qorunma yolların

06.10.2026 259
.

Husilər Səudiyyə Ərəbistanında hava limanına hücum etdiklərini açıqladı

Yəməndəki Husi Silahlı Qüvvələri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanına pilotsuz uçuş aparatları ilə hücum etdiklərini açıqlayıb. xəbər verir ki, bu barədə Husi Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səria özünün "Telegram" kanalında məlumat verib

11:04 0
.

Polşa müharibəyə hazırlıq üçün yeni qanun layihəsi hazırlayır

Polşa NATO rəsmilərinin Rusiyanın bu il mümkün hücumu ilə bağlı narahatlıqları fonunda "müharibədən əvvəlki dövrə" hazırlıq məqsədilə qanun layihəsi üzərində işləyir. xəbər verir ki, Polşa mediasının məlumatına görə, Müdafiə Nazirliyi tərəfindən hazırlanan qanun layihəsi ölkənin müdafiə qabiliyyətini

10:51 3
.