"Uşağın istedadını aşkarlamağın ən doğru yolu ona fərqli fəaliyyətlər təqdim etməkdir" - Psixoloq
"Hər bir uşağın təbii meyilləri və potensial qabiliyyətləri erkən yaşlardan özünü göstərsə də, valideynlər bəzən bunları düzgün oxuya bilmədikləri üçün istedad gec üzə çıxır.İstedadın aşkarlanması müşahidə, düzgün yönləndirmə və uşağın maraqlarına hörmətlə yanaşmaqdan keçir".
Bu sözləri psixoloq Aytəkin Əliyeva BiG.AZ-a bildirib.
O qeyd edib ki, valideynlər ilk növbədə uşağın davranışında təkrarlanan meyillərə diqqət etməlidirlər. Məsələn, musiqi səslərinə həssaslıq, rəsm çəkməyə xüsusi maraq, riyazi tapmacalara meyillilik və ya yüksək hərəkət aktivliyi müəyyən sahələrdə potensialın göstəricisi ola bilər. Uşaq hər dəfə eyni fəaliyyətə qayıdırsa, bu, təsadüf deyil. Bu davranış onun daxili motivasiyasını göstərir:
"Uşağın istedadını aşkarlamağın ən doğru yolu ona fərqli fəaliyyətlər təqdim etməkdir. Uşaq nə qədər çox sahə ilə tanış olarsa, öz güclü tərəflərini o qədər tez kəşf edir. Uşağı yalnız valideynin maraqlarına uyğun sahəyə yönləndirmək olmaz. Onun öz seçimlərinə şərait yaratmaq vacibdir.
İstedad təkcə nəticə ilə ölçülmür. Uşağın fəaliyyətdən aldığı həzz də həlledici göstəricidir. Uşaq yorulmadan eyni işi görməyə davam edirsə, çətinliklərlə qarşılaşdıqda əsəbiləşmədən çözüm axtarırsa, bu, həmin sahəyə xüsusi marağın işarəsidir.
Valideynin yüksək gözləntiləri uşağın təbii istedadını kölgədə qoya bilər. Bəzi valideynlər uşağın hər şeyi mükəmməl etməsini istəyir. Halbuki istedad inkişaf üçün azadlıq tələb edir. Uşağı müqayisə etmək, sıxmaq və ya məcbur etmək istedadı öldürə bilər.
Uşağın istedadını dəstəkləməyin ən doğru yolu onu müşahidə etmək, motivasiya etmək və imkan yaratmaqdır. Əgər valideyn şübhə edirsə, psixoloji testlər və müvafiq inkişaf müayinələri də əlavə dəstək ola bilər.
Uşağın potensialını görmək üçün ilk addım onu dinləmək və seçimlərinə hörmətlə yanaşmaqdır. İstedad məhz bu mühitdə çiçəklənir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 755 Tarix: 26 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTürkiyə və Pakistan Yəmənə müdaxilə edə bilərmi? "Məkkə Sazişi"nin ilk sınağı
"Məkkə Sazişi"ni imzalayan Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan birgə müdafiə mexanizmlərinin praktiki icrasına başlayıblar. Tərəflər müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi, birgə çəkindirmə imkanlarının artırılması və hərbi imkanların koordinasiyası istiqamətində tədbirlərin görülməs
06.10.2026 304 Mühafizə olunan duracaqlarla bağlı YENİ QAYDA
Nazirlər Kabineti 6 aprel 199-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə"də dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Daxili İşlər Nazirliyi balansındakı mühafizə oluna
06.10.2026 323 Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət
Azərbaycan Prezidenti İlham Əliyev 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, müraciətdə deyilir:. "Zati-aliləri,. Xanımlar və cənablar,. Qlobal ictimaiyyəti birbaşa iqlim böhranı ilə mübarizənin ön sıralarına gətirən bu unika
06.10.2026 242 7 yaşlı oğlan sahildə insan dişləri tapdı - 300 illik sirr üzə çıxa bilər
Britaniyada 7 yaşlı oğlan sahildə insan dişləri tapıb. xəbər verir ki, People nəşrinin məlumatına görə, dişlər XVII əsrdə baş vermiş gəmi qəzasının qurbanlarına aid ola bilər. Yeddi yaşlı Artur bu qeyri-adi kəşfi 2025-ci ilin avqustunda Lizard Point sahilində edib. Polis dişlərin arxeoloji mənşəli olduğun
10:47 30 Müəllim əvəzolunmazdırsa, niyə süni intellektdən qorxuruq?
"Elm və təhsil naziri Emin Əmrullayevin "Müəllim onsuz da müəllimdir, süni intellekt onu əvəz etməyəcək" fikri ilk baxışdan rahatladıcı səslənir. Amma təhsildə baş verən dəyişikliklərə bir qədər diqqətlə baxanda başqa bir sual yaranır: süni intellekt müəllimi əvəz etməyəcəksə, bəs nəy
06.10.2026 220 Husilər Səudiyyə hava limanına zərbə endirdilər
Husilər Səudiyyə Ərəbistanının Asir əyalətində yerləşən Abha Beynəlxalq Hava Limanına yeni zərbə endirdiklərini bildiriblər. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Husilərin hərbi sözçüsü Yəhya Səri açıqlamasında bildirib ki, hava limanı ballistik raketlə hədəfə alınıb. Onun sözlərinə görə, rake
06.10.2026 218 Qrip mövsümü başladı - Bu şəxslər vaksin vurdura bilməz
Havaların soyuması ilə mövsümi virus infeksiyaları yenidən gündəmə gəlir. Payız aylarında insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi və otaqların az havalandırılması respirator virusların yayılmasını asanlaşdırır. Son günlər havanın yağıntılı və sərin keçməsi də diqqəti qripdən qorunma yolların
06.10.2026 259 Husilər Səudiyyə Ərəbistanında hava limanına hücum etdiklərini açıqladı
Yəməndəki Husi Silahlı Qüvvələri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanına pilotsuz uçuş aparatları ilə hücum etdiklərini açıqlayıb. xəbər verir ki, bu barədə Husi Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səria özünün "Telegram" kanalında məlumat verib
11:04 0 Polşa müharibəyə hazırlıq üçün yeni qanun layihəsi hazırlayır
Polşa NATO rəsmilərinin Rusiyanın bu il mümkün hücumu ilə bağlı narahatlıqları fonunda "müharibədən əvvəlki dövrə" hazırlıq məqsədilə qanun layihəsi üzərində işləyir. xəbər verir ki, Polşa mediasının məlumatına görə, Müdafiə Nazirliyi tərəfindən hazırlanan qanun layihəsi ölkənin müdafiə qabiliyyətini
10:51 3