O ailə hotelə vurulan həşərat dərmanına görə məhv olub - Təsdiqləndi

O ailə hotelə vurulan həşərat dərmanına görə məhv olub - Təsdiqləndiİstanbulun Fatih rayonunda Almaniyadan gələn Böcek ailəsinin faciəvi şəkildə həyatını itirməsinin səbəbi müəyyənləşdirilib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Məlumata görə, Məhkəmə-Tibbi Ekspertiza İdarəsinin açıqladığı rəsmi rəydə ailənin qida zəhərlənməsi deyil, hoteldə qanunsuz şəkildə tətbiq olunan həşərat dərmanları nəticəsində zəhərləndiyi təsdiqlənib.

Ekspertiza materiallarında qeyd olunub ki, otaqdan götürülmüş dəsmal, tibbi maska və müxtəlif əşyalarda fosfin qazının izləri aşkarlanıb. Bildirilib ki, bu maddənin qapalı məkanda istifadəsi insan həyatı üçün son dərəcə təhlükəlidir və ölümcül zəhərlənməyə səbəb ola bilər.

Xatırladaq ki, noyabrın 12-də Almaniyadan gələn Böcek ailəsinin üzvləri Fatihdə qaldıqları hoteldən xəstəxanaya aparılmışdı. Uşaqlar və ana Çiğdem Böcek qısa müddətdə vəfat etmiş, ata Servet Böcek isə aparılan tibbi müdaxilələrə baxmayaraq bir neçə gün sonra həyatını itirmişdi.

Hadisə baş verən gün eyni hoteldə qalan iki turist də oxşar simptomlarla xəstəxanaya yerləşdirilmiş, daha bir nəfər müşahidə altına alınmışdı. Baş verənlərdən sonra polis hotellə bağlı fəaliyyəti müvəqqəti dayandıraraq obyekti möhürləmişdi.

Onu da bildirək ki, ötən gün Məhkəmə-Tibbi Ekspertiza İdarəsi yekun rəyini istintaqa təqdim etmişdi. Sözügedən rəydə ailənin fosfin qazından zəhərləndiyi qeyd olunmuşdu.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 692   Tarix: 26 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu ərazilərə yağış yağıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin bəzi rayonlarında, eləcə də Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış yağıb. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 19 (aylıq normanı

11:55 143
.

"Estetikim yoxdur" - 81 yaşlı Nebahat Çehre

Türkiyəli aktrisa Nebahat Çehre estetik iddialarına son qoyub. Axşam.az xəbər verir ki, 81 yaşlı aktrisa plastik-əməliyyat etdirmədiyini bildirib:. "Üzüm kifayət qədər cizgilidir. Bunları dolğu ilə aradan qaldıra biləcəyim deyildi. Mən isə dərimdən, simamdan imtina etmək istəmirəm. Yaşımı yaşayıram

05.12.2025 348
.

Beyləqanda 1 yaşlı uşaq müəmmalı şəkildə öldü

Beyləqanda azyaşlı ölüb. xəbər verir ki, rayonun Əlinəzərli kənd sakini 1 yaşlı Allahverdiyev Uğur Nicat oğlunun səhhəti pisləşib. Ailəsi onu xəstəxanaya apararkən uşaq yolda keçinib. Faktla bağlı araşdırma başlanıb. TƏBİB-dən isə -a verilən xəbərə görə, dekabrın 4-də saat 23 radələrində Beyləqan rayonund

05.12.2025 435
.

Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin rəisi saxlanıldı

Müdafiə Nazirliyi Tibbi Sənədlər Arxivinin rəisi saxlanılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Arxivin rəisi mayor Ruhin Tağıyev korrupsiya cinayətində şübhəli bilinir. Mayor Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaqa cəlb edilib. Hazırda o, Ba

05.12.2025 343
.

Saxta iş təklifləri ilə bağlı - Xəbərdarlıq

Son günlər sosial şəbəkələrdə və ani mesajlaşma platformalarında, xüsusilə teleqram vasitəsilə "Temu 1106" adlı kanal tərəfindən vətəndaşlara saxta iş təkliflərinin göndərilməsi halları müşahidə olunur. Elektron Təhlükəsizlik Xidmətindən (ETX) BİG.AZ-a verilən məlumata görə, "Temu iş təklifi"

05.12.2025 280
.

Qriqoryan: İrəvan və Bakı tərəfindən sülh sazişinin paraflanması Qafqazdakı atmosferi dəyişib

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib ki, Bakı və İrəvan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazda bütün atmosferi dəyişən böyük uğurdur. "Report"un xarici KİV-ə istinadən məlumatına görə, o, bu barədə Dohada keçirilən beynəlxalq sammitdə çıxışı zaman

15:30 61
.

Türkiyədə ağır qəza - 7 ölü, 11 yaralı - Video

Türkiyədə Tarsus–Adana–Gaziantep magistral yolunda ağır yol qəzası baş verib. "Qafqazinfo" "TRT Haber"ə istinadən xəbər verir ki, hadisəyə səbəb sərnişin avtobusunun yol kənarında dayanan yük avtomobilinə çırpılması olub. Qəza nəticəsində 7 nəfər ölüb, 11 nəfər isə yaralanıb. Hadis

13:46 136
.

Yay fəsli 42 gün uzanacaq... - Amma bu, yaxşı xəbər deyil

Yay fəsli bir az daha uzun çəksə, çoxları bunu istəyərdi. Amma bu arzumuzun gerçəkləşməsi planetimiz üçün heç də müsbət nəticə vəd etmir. Qaynarinfo xəbər verir ki, son araşdırmaya görə, xüsusilə ucuz enerji üçün kömür yandırmaq kimi insan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişikliyi Avropada yaylar

05.12.2025 339
.

The Guardian: Moskva görüşünün nəticəsiz başa çatması Vladimir Putinin Qərbə meydan oxuması deməkdir

The Guardian qəzetinin analitikləri hesab edirlərki, Rusiya-Ukrayna müharibəsi ilə bağlı Moskvada keçirilən sülh danışıqlarının nəticəsiz başa çatması Putinin sülh istəmədiyinin bir daha sübutudur. BİG.AZ The Guardian-a istinadən xəbər verir ki, qəzetin analitiklərinin qənaətinə görə,. Putinin bir neç

13:10 235
.

TOP MP3