20 gündür saxlanılan "TIR"ların möhürü açıldı - Sabah yola çıxacaqlar+Yenilənib

20 gündür saxlanılan "TIR"ların möhürü açıldı - Sabah yola çıxacaqlar+YenilənibBatumi və Tbilisi gömrük-keçid məntəqələrində 20 gündən artıqdır saxlanılan Azərbaycan yük avtomobilləri (TIR) ilə bağlı məsələ qısa zamanda həll olunacaq.

BiG.AZ xəbər verir ki, bu barədə "Report"a Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, bu gün səfirliyin əməkdaşları Gürcüstanın müvafiq qurumlarının nümayəndələri ilə görüş keçiriblər və danışıqlar çərçivəsində qarşı tərəf məsələnin qısa zamanda həll olunacağına söz verib.

Xatırladaq ki, tütün məmulatları daşıyan Azərbaycana məxsus yük maşınları bir müddət əvvəl Gürcüstan sərhəd-keçid məntəqəsində heç bir səbəb göstərilmədən saxlanılmışdı.

***

Batumidə və Tbilisidə 20 gündən artıq saxlanılan Azərbaycana aid yük avtomobillərinin problemi həll edilib.

Bu barədə yük avtomobillərindən birinin sürücüsü Aslan Kərimov məlumat verib.

O bildirib ki, artıq praktiki proseslər başlayıb:

"Hazırda gömrükdə saxlanılan Azərbaycan maşınlarının yükləri keçid üçün hazırlanır. Batumi və Tbilisi terminallarında vəziyyət normallaşmağa başlayıb".

Sürücünün sözlərinə görə, bu, təkcə tütün yükləri ilə bağlı deyil, ərazidə gözləyən digər yük maşınları da buraxılışa hazırlanır:

"Artıq proses başlayıb. Təkcə tütün deyil, digər bütün yük maşınlarını da buraxılışa hazırlayırlar. Görünür, məsələ artıq yoluna qoyulur. Avtomobillərə vurulan möhürlər açılıb və onlar sabah səhərdən yola düşəcəklər".

Həm Azərbaycanın Gürcüstandakı səfirliyi, həm də Gürcüstanın əlaqədar qurumları məsələnin operativ həll olunduğunu təsdiqləyirlər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 708   Tarix: 26 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Real" komandanın liderlərindən biri ilə müqaviləni uzadacaq

"Real" Fransa millisinin yarımmüdafiəçisi Orelen Tçuameni ilə yeni müqaviləni razılaşdırıb. -ın xarici mediaya istinadən məlumatına görə, yeni müqavilə 2031-ci ilin yayına qədər qüvvədə olacaq. Fransalı yarımmüdafiəçinin hazırkı müqaviləsi 2028-ci ildə başa çatır. İddia edilir ki, yeni müqaviləy

09.07.2026 187
.

Mənzilin girişinə kamera quraşdırarkən qonşunun icazəsi olmalıdır - Ali Məhkəmə

Ali Məhkəmə çoxmənzilli yaşayış binalarında müşahidə kameralarının quraşdırılması ilə bağlı mühüm hüquqi mövqe formalaşdırıb. "Qafqazinfo" xəbər verir ki, məhkəmənin baxdığı işdə tərəflər yaşayış binasının eyni girişində eyni mərtəbəsində yaşayan qonşular olub. Mübahisə cavabdehin ümumi dəhlizd

09.07.2026 282
.

Britaniyada 1976-cı ildən bəri görünməmiş istilərlə üzləşəcək

Böyük Britaniya hakimiyyəti İngiltərə ərazisində isti hava ilə əlaqədar narıncı və sarı xəbərdarlıq elan edib. Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, ölkə 1976-cı ildən bəri müşahidə olunan ən uzunmüddətli istilik dalğalarından birinə hazırlaşır. Proqnozlara əsasən, temperatur bölgələr üzrə fərqlənəcək

09.07.2026 133
.

Ağ Ev Hörmüz uğrunda İranla uzunmüddətli münaqişəyə hazırlaşır

Axios xəbər verir ki, ABŞ rəsmiləri İranın Hörmüz boğazında kommersiya gəmilərinə hücumlarını davam etdirib-etdirməməsindən asılı olaraq, münaqişənin bir neçə gündən həftələrə qədər davam edə biləcəyinə inanırlar. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, ABŞ rəsmiləri cümə axşamı Axios-

09.07.2026 257
.

Orta məktəblərdə karyera planlaması dərsləri keçirilməlidirmi? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Peşə seçimi insanın gələcək həyatına təsir edən ən vacib qərarlardan biridir. Buna baxmayaraq, bir çox şagird orta məktəbi bitirənə qədər hansı sahəyə marağının və bacarığının olduğunu tam müəyyənləşdirə bilmir. Dünyanın bir çox ölkəsində bu problemin qarşısını almaq üçün məktəblərdə karyera planlamas

09.07.2026 237
.

Kiberdələduzları aşkar edən proqram varmı? Ekspert cavabladı

Bir çox insanı maraqlandıran suallardan biri budur: Kiberdələduzları avtomatik aşkarlayan proqram varmı?. Mövzu ilə bağlı BİG.Az-a açıqlama verən İKT üzrə mütəxəssis Elvin Həsənov bildirib ki, bu sualın cavabı qismən bəlidir. Belə texnologiyalar mövcuddur. Banklar, mobil operatorlar və kibertəhlükəsizli

09.07.2026 256
.

2000 il əvvəl mayalıların diş həkimləri olub, stomatoloji prosedurlar aparılıb

Tədqiqatçılar nefrit əlavəsi yerləşdirilmiş qədim azı dişinin müayinəsi zamanı mayalıların diş bəzəklərindən yalnız estetik məqsədlərlə deyil, müalicə məqsədilə də istifadə etdiyini müəyyən ediblər. Qaynarinfo xəbər verir ki, "National Geographic" nəşrinin məlumatına görə, arxeoloqlar onilliklə

09.07.2026 136
.

"Ailə oturur, uşaqlar alır telefonu..."

"Bilmirəm, siz fikir verirsiniz, ya yox. Biz son zamanlar tez-tez müşahidə edirik. Ailə oturur, uşaqlar əllərinə alır telefonu onunla məşğul olur. Nə bir-birlərinə kitab tövsiyə edir, nə də söhbətlər edirlər". "Qafqazinfo" xəbər verir ki, bunu Milli Məclisin Xarici müdaxilələrə v

09.07.2026 297
.

Bank kartınız təhlükədədirmi? Bu qaydalara mütləq əməl edin

"Kartınızın təhlükəsizliyini qorumaq üçün PİN kodunuzu heç vaxt kartın üzərində, telefonunuzda və ya başqa yerdə qeyd etməyin. PİN kod yalnız sizə məlum olmalı və heç bir halda digər şəxslərlə paylaşılmamalıdır. Həmçinin kartın arxa tərəfində yerləşən CVV kodunu, son istifadə tarixini və digər məxf

09.07.2026 269
.

TOP MP3