"Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsi yaxın aylarda yekunlaşmış olacaq" - Politoloq

"Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsi yaxın aylarda yekunlaşmış olacaq" - PolitoloqRəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Zəngəzur dəhlizi istiqamətində görülən işlərlə bağlı son məlumatları açıqlayıb. Nazir bildirib ki, hazırda ildə 15 milyon tonadək yükdaşıma potensialına malik dəhlizin tikintisi fəal şəkildə davam etdirilir. Onun sözlərinə görə, Horadiz- Ağbənd dəmir yolu 2026-ci ildə tamamlanacaq: " Azərbaycan Naxçıvandan keçən, təxminən 200 kilometrlik dəmir yolu hissəsinin bərpası üzərində işləyir. Layihələndirmə başa çatdırılıb və yaxın günlərdə tikinti işlərinə başlanılacaq. Bir neçə gün sonra Azərbaycan Dəmir Yolları bu layihənin icrasına start verəcək ".

Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli məsələni geniş şərh edərək BiG.AZ-a bildirib ki, Zəngəzur dəhlizinin reallaşması təkcə iqtisadi deyil, həm də ciddi geosiyasi nəticələr doğuracaq:

"Zəngəzur dəhlizi artıq geoiqtisadi deyil, həm də geopoletik və geostrateji xarakterli lahiyəyə çevrilməyə başlayıb. Bu dəhliz reallaşacağı təqdirdə Cənubi Qafqazın geopoletik xəritəsin ciddi şəkildə dəyişəcəyi, yeni situasiyanın daha qabarıq şəkildə ortaya çıxacağı qətiyyən şübhə doğurnur. Təbii ki, avqustun 8-də Vaşinqtonda imzalanmış üçtərəfli saziş Zəngəzur dəhlizinin reallaşdırılması prosesinin daha da intensivləşməsinə ciddi şərait yaradır. Hazırda Azərbaycan öz üzərinə düşən bütün öhdəlikləri maksimum səviyyədə yerinə yetirməkdədir. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsi yaxın aylarda yekunlaşmış olacaq. Geriyə əsaas problem olaraq Zəngəzur dəhlizinin Ermənistan hissəsindən keçən hissəsi qalır ".

Politoloq həmçinin bölgədə ABŞ-Ermənistan əməkdaşlığının da prosesə necə təsir göstərdiyini qeyd edib:

" Son məlumatlara görə Ermənistan bu məsələni həll etmək üçün ABŞ ilə ciddi müzakirələr aparır. Rəsmi İrəvan ABŞ ilə bu məsələnin hüquqi bazasını bu ilin sonuna qədər yekunlaşdırmaq niyyətindədir və böyük ehtimalla əgər ilin sonuna qədər hüquqi baza yaradılmış olarsa, Zəngəzur dəhlizinin Ermənistan ərazisinindəki hissəsinin reallaşdırılması prosesidə ilin əvvəllərindən başlaya bilər və yekun bazada isə Ermənistanda keçirilmiş növbəti parlament seçkilərindən sonra Zəngəzur dəhlizinin açılması istiqamətində daha prinsipial addımların atılması mümkün ola bilər. Hazırda Ermənistan və ABŞ arasında Zəngəzur dəhlizinin inşası üzrə ortaq şirkətin yaradılması ilə bağlı danışıqlar davam edir. Bunun necə nəticələnəcəyi təbii ki, o danışıqların intensivliyindən asılıdır. Təbii ki, yaxın gələcəkdə Zəngəzur dəhlizi açıldıqdan sonra Cənubi Qafqazda olduqca ciddi dəyişikliklər, yeni situasiya və eyni zamanda bu regionda maraqları olan bəzi dövlətlər üçün müəyyən problemlərin ortaya çıxması qaçılmaz olacaq. Təbii ki, bu baxımdan da Zəngəzur dəhlizi indi Cənubi Qafqazın taleyini müəyyən edəcək geostrateji layihə kimi diqqəti cəlb edir. Eyni zamanda Zəngəzur dəhlizi nə qədər Ermənistanda bu lahiyəyə daxil olsa da, Azərbaycan üçün daha geniş miqyaslı və çox vektorlu geopoletik liderlik imkanları yaradır və bu baxımdan rəsmi Bakının məhz bu lahiyə sayəsində həm öz beynəlxalq nüfuzunu, həm də regional liderlik funksiyalarını maksimum səviyyədə genişləndirəcəyi gözlənilir ".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 743   Tarix: 27 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Orta Dəhliz ölkələri vahid idarəetmə platforması yaradırlar

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (TBNM, Orta Dəhliz) iştirak edən ölkələr öz modelinə görə Baltik Dənizi Dövlətləri Şurası ilə müqayisə edilə bilən vahid institusional idarəetmə platformasının formalaşdırılması üzərində işləyirlər. "Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf v

06.10.2026 281
.

Məşhur TikToker məhkəmədə ağladı

Məşhur TikToker Dakota Harperin yanğın hadisəsilə bağlı məhkəməsi keçirilib. xarici mediaya istinadən xəbər verir ki, məhkəmə onun girov məbləğini 10 min dollardan 20 min dollara qaldırıb. Bundan başqa, Harperin ev dustaqlığında saxlanılması da şərtlərə əlavə edilib. Məhkəmə zalında onun qərarı emosiona

06.10.2026 280
.

"Bizdən sonra aktyor görmürəm"

Aktyor Nicat Rəhimov son illərdə aktyor nəslinin yetişmədiyini bildirib. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "İncə səhər" proqramında danışıb. O, özündən yaşca böyük və ya həmyaşıdları arasında istedadlı aktyorların olduğunu, lakin onlardan sonra gələn nəsildə bunu görmədiyini deyib:

06.10.2026 276
.

Birotaqlı mənzillər investisiya üçün niyə daha cəlbedici olur?

"Birotaqlı mənzillərin qiymət artımını yalnız bir səbəblə izah etmək düzgün olmaz. Burada tələb-təklif balansından tutmuş alıcıların maliyyə imkanlarına, investisiya davranışına və şəhər daxilində kiçik sahəli mənzillərə olan ehtiyaca qədər bir neçə amil paralel şəkildə təsir göstərir". Bun

06.10.2026 251
.

Elektron siqaret "zərərsiz buxar" deyil - Ağciyərləriniz təhlükədə

0-19 yaş qrupunu əhatə edən 81 araşdırmanın nəticələri elektron siqaret istifadəsinin gənclərdə öskürək, xırıltılı nəfəsalma, bronxitə bənzər şikayətlər və astma tutmalarının artması ilə əlaqəli olduğunu göstərib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, 14 mindən çox elmi məqalənin araşdırılmas

06.10.2026 246
.

Aviaşirkətdən XƏBƏRDARLIQ - Bu rəngli çamadanlardan uzaq durun

Çamadanların ən populyar rənglərinin hava səyahətləri üçün heç də ən praktik seçim olmadığı məlum olub. Avropanın "Ryanair" aviaşirkəti sərnişinlərə səfərdən əvvəl çamadanın rəngini daha diqqətlə seçməyi tövsiyə edib. Səyahətçilərə qara, boz və tünd göy rəngli baqajlardan mümkün qədər uza

06.10.2026 267
.

Yüksək təzyiqin daha bir səbəbi məlum oldu

Alimlər yüksək arterial təzyiqin (hipertoniya) yaranmasına səbəb olan yeni bir mexanizm aşkar ediblər. Məlum olub ki, beynin tənəffüsə nəzarət edən hissəsinin normadan artıq aktivliyi qan təzyiqinin qalxmasına gətirib çıxarır. "Qafqazinfo" xəbər verir ki, tədqiqatın nəticələri "Circulatio

06.10.2026 352
.

42 kilometrlik marafonu robot it tamamladı

Cənubi Koreyada hazırlanmış dördayaqlı robot bir dəfə də batareyasını dəyişmədən tam marafon məsafəsini qət edib. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, "Nature" jurnalında yayımlanan araşdırmaya görə, KAIST alimlərinin hazırladığı RAIBO2 robotu 42,195 kilometrlik Sangju marafonun

06.10.2026 249
.

"Filmlərdə qəhrəman əzilir" - kinorejissor Ayaz Salayevlə MÜSAHİBƏ

"Sovet dövründə çəkilən filmlər daha çox baxılır nəyinki indiki dövrdə çəkilənlər. Mənə elə gəlir ki, səbəblərdən biri ondan ibarətdir ki, o dövrdə filmlər dəmir pərdə şəraitində çəkilib". Bu sözləri -a müsahibəsində kinorejissor Ayaz Salayev bildirib. Müsahibənin tam versiyasını aşağıdan izləy

06.10.2026 299
.