Azərbaycan idxal ətində keyfiyyət və təhlükəsizlik necə təmin edilir?
"Ölkəmizə idxal olunan ət həcmi artmaqda davam edir ki, bu da həm qiymətlərə, həm də ət qıtlığı ilə bağlı narahatlıqları artırır. Braziliya və Monqolustandan böyük həcmdə ət gətirilir. Bu vəziyyət istehlakçılarda qida təhlükəsizliyi ilə bağlı suallar doğurur, xüsusilə məhsulların uzun məsafədən gətirilməsi, saxlanma şəraiti və nəzarət proseslərinin etibarlılığı məsələlərində".
Bunu BiG.AZ-a açıqlamasında Gənclərin Töhfəsi İctimai Birliyinin sədri və sağlam qida təbliğatçısı Asim Vəliyev bildirib.
O, qeyd edib ki, qida təhlükəsizliyi baxımından idxal olunan ətlərin keyfiyyətinə zəmanət bir neçə mərhələdə təmin edilir və bu proses beynəlxalq baytarlıq və sanitariya standartlarına uyğun həyata keçirilir:
"İlk mərhələ ətin mənşə ölkəsində başlayır. Braziliya və Monqolustandan Azərbaycana ixrac üçün yalnız xüsusi seçilmiş təsərrüfatlardan ət göndərilə bilər. Bu təsərrüfatlar Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının tələblərinə uyğun sertifikatlaşdırılır. Heyvanların sağlamlıq statusu, kəsim müəssisələrinin baytarlıq standartlarına uyğunluğu, istifadə olunan texnologiya və sanitar şərait yoxlanılır. Azərbaycana gətirilən ətin böyük hissəsi həmçinin halal sertifikatlıdır.
İkinci mərhələdə əti uzun məsafə boyunca daşınması zamanı soyudulma zəncirinin qorunması əsas rol oynayır. Dondurulmuş ət -18°C və daha aşağı temperaturda daşınmalı, bu temperatur bütün yol boyu dəyişməz qalmalıdır. Nəqliyyat konteynerlərində temperatur tarixçəsi elektron şəkildə izlənir və ölkəyə girişdə tələb oluna bilər. Temperaturun pozulması məhsulun mikrobioloji riskini artırır və belə partiyalar geri qaytarıla bilər.
Ətin Azərbaycana daxil olması ilə üçüncü mərhələ—rəsmi dövlət nəzarəti başlayır. Qida Təhlükəsizliyi Agentliyi idxal olunan hər partiyanı sənədləşmə, fiziki baxış və laborator analizlərlə qiymətləndirir. Sənəd yoxlamasına mənşə sertifikatı, baytarlıq arayışı, halal sertifikat və daşınma temperatur qeydləri daxildir. Fiziki baxış zamanı qablaşdırmanın bütövlüyü, rəng, qoxu və yenidən dondurulma izləri yoxlanılır. Nümunələr götürülərək mikrobioloji, kimyəvi və fiziki-kimyəvi testlərdən keçirilir. Normalara uyğun olmayan məhsullar ölkəyə buraxılmır.
Nəzarət bununla bitmir: məhsul satışa çıxarıldıqdan sonra da monitorinq aparılır. Marketlərdən təsadüfi nümunələr götürülür, soyuducu kameraların temperaturu və saxlanma şəraiti yoxlanılır. Məhsulun izlənə bilməsi və keyfiyyətin qorunması davamlı şəkildə təmin edilir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 696 Tarix: 27 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşOrta Dəhliz ölkələri vahid idarəetmə platforması yaradırlar
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (TBNM, Orta Dəhliz) iştirak edən ölkələr öz modelinə görə Baltik Dənizi Dövlətləri Şurası ilə müqayisə edilə bilən vahid institusional idarəetmə platformasının formalaşdırılması üzərində işləyirlər. "Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf v
06.10.2026 281 Məşhur TikToker məhkəmədə ağladı
Məşhur TikToker Dakota Harperin yanğın hadisəsilə bağlı məhkəməsi keçirilib. xarici mediaya istinadən xəbər verir ki, məhkəmə onun girov məbləğini 10 min dollardan 20 min dollara qaldırıb. Bundan başqa, Harperin ev dustaqlığında saxlanılması da şərtlərə əlavə edilib. Məhkəmə zalında onun qərarı emosiona
06.10.2026 280 "Bizdən sonra aktyor görmürəm"
Aktyor Nicat Rəhimov son illərdə aktyor nəslinin yetişmədiyini bildirib. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "İncə səhər" proqramında danışıb. O, özündən yaşca böyük və ya həmyaşıdları arasında istedadlı aktyorların olduğunu, lakin onlardan sonra gələn nəsildə bunu görmədiyini deyib:
06.10.2026 276 Birotaqlı mənzillər investisiya üçün niyə daha cəlbedici olur?
"Birotaqlı mənzillərin qiymət artımını yalnız bir səbəblə izah etmək düzgün olmaz. Burada tələb-təklif balansından tutmuş alıcıların maliyyə imkanlarına, investisiya davranışına və şəhər daxilində kiçik sahəli mənzillərə olan ehtiyaca qədər bir neçə amil paralel şəkildə təsir göstərir". Bun
06.10.2026 251 Elektron siqaret "zərərsiz buxar" deyil - Ağciyərləriniz təhlükədə
0-19 yaş qrupunu əhatə edən 81 araşdırmanın nəticələri elektron siqaret istifadəsinin gənclərdə öskürək, xırıltılı nəfəsalma, bronxitə bənzər şikayətlər və astma tutmalarının artması ilə əlaqəli olduğunu göstərib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, 14 mindən çox elmi məqalənin araşdırılmas
06.10.2026 246 Aviaşirkətdən XƏBƏRDARLIQ - Bu rəngli çamadanlardan uzaq durun
Çamadanların ən populyar rənglərinin hava səyahətləri üçün heç də ən praktik seçim olmadığı məlum olub. Avropanın "Ryanair" aviaşirkəti sərnişinlərə səfərdən əvvəl çamadanın rəngini daha diqqətlə seçməyi tövsiyə edib. Səyahətçilərə qara, boz və tünd göy rəngli baqajlardan mümkün qədər uza
06.10.2026 267 Yüksək təzyiqin daha bir səbəbi məlum oldu
Alimlər yüksək arterial təzyiqin (hipertoniya) yaranmasına səbəb olan yeni bir mexanizm aşkar ediblər. Məlum olub ki, beynin tənəffüsə nəzarət edən hissəsinin normadan artıq aktivliyi qan təzyiqinin qalxmasına gətirib çıxarır. "Qafqazinfo" xəbər verir ki, tədqiqatın nəticələri "Circulatio
06.10.2026 352 42 kilometrlik marafonu robot it tamamladı
Cənubi Koreyada hazırlanmış dördayaqlı robot bir dəfə də batareyasını dəyişmədən tam marafon məsafəsini qət edib. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, "Nature" jurnalında yayımlanan araşdırmaya görə, KAIST alimlərinin hazırladığı RAIBO2 robotu 42,195 kilometrlik Sangju marafonun
06.10.2026 249 "Filmlərdə qəhrəman əzilir" - kinorejissor Ayaz Salayevlə MÜSAHİBƏ
"Sovet dövründə çəkilən filmlər daha çox baxılır nəyinki indiki dövrdə çəkilənlər. Mənə elə gəlir ki, səbəblərdən biri ondan ibarətdir ki, o dövrdə filmlər dəmir pərdə şəraitində çəkilib". Bu sözləri -a müsahibəsində kinorejissor Ayaz Salayev bildirib. Müsahibənin tam versiyasını aşağıdan izləy
06.10.2026 299