Elgiz iştirakçılardan pul aldığını deyən şəxsi polisə şikayət etdi
Aparıcı Elgiz Əkbər ondan yardım istəyən bir vətəndaşın proqramı haqda TikTok-da canlı yayımda dediklərinə görə polisə müraciət edib.
Axşam.az xəbər verir ki, Tural adlı şəxs TikTok-da videolar yayımlayaraq verilişə gələn iştirakçılardan pul alındığını iddia edib.
O, "Orada hamı, vəkillər, həkimlər pul alırlar. Guya, xeyirxahdılar. Amma bilməzdim ki, uşağımın xəstəliyinə çarə tapmayacaqlar. Bu veriliş şoudur, cəfəngiyatdır. Heç kim üz tutmasın ora" sözlərini deyib.
"Elgizlə izlə" verilişinə gələn oğlan sonradan fikirlərini təkzib edib və "Pul istənməyib. Mənim ailəm təhqir olunub. Evimin pis halda göstəriblər" sözlərini deyib.
Elgiz "Sonuncu dəfə olsun. Allahdan qorxun. Verilişim haqda şər danışan heç kimi bundan sonra bağışlamayacağam. Gəlib dərman istəsəydiniz, almayacaqdıq?" deyə, oğlana bildirib.
Məsələ ilə bağlı danışan E.Əkbər "Gəlib ki, həyat yoldaşım uşaqları atıb qaçıb. İkimərtəbə evi var. Yalandan bizə çirkli bir ev göstərib. Mən də yoldaşına dedim ki, Əfsanə ev çirkin içindədir, uşağın ağzına mikrob düşüb. Evi təmizlə, belə pintilik olar? Uşağı apardıq həkimə, üzərimizə düşən bütün vəzifəni gerçəkləşdirdik. Axı mən dərman ala bilmərəm, məndə o qədər pul hardandı? Mənim haradan xəbərim var ki, dərman ala bilmirsən? Neçə dəfə məni şərləyirlər" sözlərini bildirib.
Tural isə üzr istəyib, səhv etdiyini bildirib və şikayət edilməməsini deyib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 718 Tarix: 27 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşOrta Dəhliz ölkələri vahid idarəetmə platforması yaradırlar
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (TBNM, Orta Dəhliz) iştirak edən ölkələr öz modelinə görə Baltik Dənizi Dövlətləri Şurası ilə müqayisə edilə bilən vahid institusional idarəetmə platformasının formalaşdırılması üzərində işləyirlər. "Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf v
06.10.2026 281 Məşhur TikToker məhkəmədə ağladı
Məşhur TikToker Dakota Harperin yanğın hadisəsilə bağlı məhkəməsi keçirilib. xarici mediaya istinadən xəbər verir ki, məhkəmə onun girov məbləğini 10 min dollardan 20 min dollara qaldırıb. Bundan başqa, Harperin ev dustaqlığında saxlanılması da şərtlərə əlavə edilib. Məhkəmə zalında onun qərarı emosiona
06.10.2026 280 "Bizdən sonra aktyor görmürəm"
Aktyor Nicat Rəhimov son illərdə aktyor nəslinin yetişmədiyini bildirib. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "İncə səhər" proqramında danışıb. O, özündən yaşca böyük və ya həmyaşıdları arasında istedadlı aktyorların olduğunu, lakin onlardan sonra gələn nəsildə bunu görmədiyini deyib:
06.10.2026 276 Birotaqlı mənzillər investisiya üçün niyə daha cəlbedici olur?
"Birotaqlı mənzillərin qiymət artımını yalnız bir səbəblə izah etmək düzgün olmaz. Burada tələb-təklif balansından tutmuş alıcıların maliyyə imkanlarına, investisiya davranışına və şəhər daxilində kiçik sahəli mənzillərə olan ehtiyaca qədər bir neçə amil paralel şəkildə təsir göstərir". Bun
06.10.2026 251 Elektron siqaret "zərərsiz buxar" deyil - Ağciyərləriniz təhlükədə
0-19 yaş qrupunu əhatə edən 81 araşdırmanın nəticələri elektron siqaret istifadəsinin gənclərdə öskürək, xırıltılı nəfəsalma, bronxitə bənzər şikayətlər və astma tutmalarının artması ilə əlaqəli olduğunu göstərib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, 14 mindən çox elmi məqalənin araşdırılmas
06.10.2026 246 Aviaşirkətdən XƏBƏRDARLIQ - Bu rəngli çamadanlardan uzaq durun
Çamadanların ən populyar rənglərinin hava səyahətləri üçün heç də ən praktik seçim olmadığı məlum olub. Avropanın "Ryanair" aviaşirkəti sərnişinlərə səfərdən əvvəl çamadanın rəngini daha diqqətlə seçməyi tövsiyə edib. Səyahətçilərə qara, boz və tünd göy rəngli baqajlardan mümkün qədər uza
06.10.2026 267 Yüksək təzyiqin daha bir səbəbi məlum oldu
Alimlər yüksək arterial təzyiqin (hipertoniya) yaranmasına səbəb olan yeni bir mexanizm aşkar ediblər. Məlum olub ki, beynin tənəffüsə nəzarət edən hissəsinin normadan artıq aktivliyi qan təzyiqinin qalxmasına gətirib çıxarır. "Qafqazinfo" xəbər verir ki, tədqiqatın nəticələri "Circulatio
06.10.2026 352 42 kilometrlik marafonu robot it tamamladı
Cənubi Koreyada hazırlanmış dördayaqlı robot bir dəfə də batareyasını dəyişmədən tam marafon məsafəsini qət edib. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, "Nature" jurnalında yayımlanan araşdırmaya görə, KAIST alimlərinin hazırladığı RAIBO2 robotu 42,195 kilometrlik Sangju marafonun
06.10.2026 249 "Filmlərdə qəhrəman əzilir" - kinorejissor Ayaz Salayevlə MÜSAHİBƏ
"Sovet dövründə çəkilən filmlər daha çox baxılır nəyinki indiki dövrdə çəkilənlər. Mənə elə gəlir ki, səbəblərdən biri ondan ibarətdir ki, o dövrdə filmlər dəmir pərdə şəraitində çəkilib". Bu sözləri -a müsahibəsində kinorejissor Ayaz Salayev bildirib. Müsahibənin tam versiyasını aşağıdan izləy
06.10.2026 299