Sevgilinizin sizi aldadacağını dərhal necə başa düşmək olar? - Bunları göz ardı etməyin

Sevgilinizin sizi aldadacağını dərhal necə başa düşmək olar? - Bunları göz ardı etməyinMütəxəssislər bildirirlər ki, münasibətlərdə bir əlamət dəyişmənin baş verəcəyini mütləq göstərmir, lakin bir neçə siqnalın birləşməsi riskin artdığını göstərə bilər.

Psixoloqlar münasibətdəki davranış nüanslarını düzgün oxumağın vacibliyini vurğulayır və qeyd edirlər ki, potensial xəyanətkarlar sədaqəti pozmadan əvvəl müəyyən xüsusiyyətlər nümayiş etdirirlər.

Uzmanlara görə, bu siqnalları vaxtında görmək mümkün emosional zərbədən qorunmağa kömək edir. Əsas tövsiyə isə hisslər barədə açıq danışmaq, sərhədləri müəyyən etmək və qarşılıqlı hörməti qorumaqdır. Mütəxəssislər bildirirlər ki, dürüstlük və diqqət hər cür xəyanətin ən təsirli qarşısını alan amildir.

Lent.az kişinin xəyanətə meyilli ola biləcəyini göstərən əsas amillər barədə xəbər verir.

Daim diqqət və tərifə ehtiyac duymaq

Bəzi kişilər nə qədər sağlam münasibət içində olsalar da, başqa qadınlardan təsdiq almağa can atırlar.

Psixoloqlar bu davranışı "emosional doymazlıq" adlandırır və bunun xəyanətə açıq qapı ola biləcəyini qeyd edirlər.

Hisslər barədə danışmaqdan qaçmaq

Duyğularını bölüşməyən, məsafə saxlayan və yaxınlıqdan yayınan kişilər emosional bağlılıqdan çəkinirlər. Bu isə münasibətdə yaxınlıq zəiflədikcə yenilik və həyəcan axtarışını sürətləndirir.

Telefon və sosial şəbəkələrdə gizlilik

Parolların tez-tez dəyişdirilməsi, mesaj gələndə narahatlıq, telefonla başqa otağa keçmək, hamısı sirr gizlədildiyinin göstəricisi sayıla bilər.

Psixoloqlar bildirir ki, gizlilik adətən xəyanət başlamadan öncə ortaya çıxır.

Tərəfdaşın dəyərini azaltmaq və başqaları ilə müqayisə etmək

Davamlı narazılıq və digər qadınlarla qarşılaşdırma bunlar kişinin münasibətdən emosional olaraq uzaqlaşdığını bildirən təhlükəli siqnallardır. Bu davranış çox vaxt xəyanəti "haqlı çıxarmağa" xidmət edir.

Özünə həddindən artıq azadlıq vermək

"Kimə nə borcum var?", "Mən sərbəst olmaq istəyirəm" kimi ifadələr romantik görünsə də, əslində münasibət qaydalarını qəbul etməkdən yayınma cəhdi ola bilər.

Psixoloqlar qeyd edir ki, məsuliyyətdən qaçma xəyanət riskini ciddi şəkildə artırır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 805   Tarix: 27 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Orta Dəhliz ölkələri vahid idarəetmə platforması yaradırlar

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (TBNM, Orta Dəhliz) iştirak edən ölkələr öz modelinə görə Baltik Dənizi Dövlətləri Şurası ilə müqayisə edilə bilən vahid institusional idarəetmə platformasının formalaşdırılması üzərində işləyirlər. "Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf v

06.10.2026 281
.

Məşhur TikToker məhkəmədə ağladı

Məşhur TikToker Dakota Harperin yanğın hadisəsilə bağlı məhkəməsi keçirilib. xarici mediaya istinadən xəbər verir ki, məhkəmə onun girov məbləğini 10 min dollardan 20 min dollara qaldırıb. Bundan başqa, Harperin ev dustaqlığında saxlanılması da şərtlərə əlavə edilib. Məhkəmə zalında onun qərarı emosiona

06.10.2026 280
.

"Bizdən sonra aktyor görmürəm"

Aktyor Nicat Rəhimov son illərdə aktyor nəslinin yetişmədiyini bildirib. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "İncə səhər" proqramında danışıb. O, özündən yaşca böyük və ya həmyaşıdları arasında istedadlı aktyorların olduğunu, lakin onlardan sonra gələn nəsildə bunu görmədiyini deyib:

06.10.2026 276
.

Birotaqlı mənzillər investisiya üçün niyə daha cəlbedici olur?

"Birotaqlı mənzillərin qiymət artımını yalnız bir səbəblə izah etmək düzgün olmaz. Burada tələb-təklif balansından tutmuş alıcıların maliyyə imkanlarına, investisiya davranışına və şəhər daxilində kiçik sahəli mənzillərə olan ehtiyaca qədər bir neçə amil paralel şəkildə təsir göstərir". Bun

06.10.2026 251
.

Elektron siqaret "zərərsiz buxar" deyil - Ağciyərləriniz təhlükədə

0-19 yaş qrupunu əhatə edən 81 araşdırmanın nəticələri elektron siqaret istifadəsinin gənclərdə öskürək, xırıltılı nəfəsalma, bronxitə bənzər şikayətlər və astma tutmalarının artması ilə əlaqəli olduğunu göstərib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, 14 mindən çox elmi məqalənin araşdırılmas

06.10.2026 246
.

Aviaşirkətdən XƏBƏRDARLIQ - Bu rəngli çamadanlardan uzaq durun

Çamadanların ən populyar rənglərinin hava səyahətləri üçün heç də ən praktik seçim olmadığı məlum olub. Avropanın "Ryanair" aviaşirkəti sərnişinlərə səfərdən əvvəl çamadanın rəngini daha diqqətlə seçməyi tövsiyə edib. Səyahətçilərə qara, boz və tünd göy rəngli baqajlardan mümkün qədər uza

06.10.2026 267
.

Yüksək təzyiqin daha bir səbəbi məlum oldu

Alimlər yüksək arterial təzyiqin (hipertoniya) yaranmasına səbəb olan yeni bir mexanizm aşkar ediblər. Məlum olub ki, beynin tənəffüsə nəzarət edən hissəsinin normadan artıq aktivliyi qan təzyiqinin qalxmasına gətirib çıxarır. "Qafqazinfo" xəbər verir ki, tədqiqatın nəticələri "Circulatio

06.10.2026 352
.

42 kilometrlik marafonu robot it tamamladı

Cənubi Koreyada hazırlanmış dördayaqlı robot bir dəfə də batareyasını dəyişmədən tam marafon məsafəsini qət edib. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, "Nature" jurnalında yayımlanan araşdırmaya görə, KAIST alimlərinin hazırladığı RAIBO2 robotu 42,195 kilometrlik Sangju marafonun

06.10.2026 249
.

"Filmlərdə qəhrəman əzilir" - kinorejissor Ayaz Salayevlə MÜSAHİBƏ

"Sovet dövründə çəkilən filmlər daha çox baxılır nəyinki indiki dövrdə çəkilənlər. Mənə elə gəlir ki, səbəblərdən biri ondan ibarətdir ki, o dövrdə filmlər dəmir pərdə şəraitində çəkilib". Bu sözləri -a müsahibəsində kinorejissor Ayaz Salayev bildirib. Müsahibənin tam versiyasını aşağıdan izləy

06.10.2026 299
.