Universitetlərə qəbul imtahanı ləğv oluna bilərmi?-TƏHSİL EKSPERTİ AÇIQLADI

Universitetlərə qəbul imtahanı ləğv oluna bilərmi?-TƏHSİL EKSPERTİ AÇIQLADIÖlkəmizdə uzun illərdir universitetlərə qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən test üsulu ilə imtahanla həyata keçirilir. Yəni şagird 8-ci və ya 9-cu sinifə çatdıqda 3-4 il repititor yanına gedib, universitetlərə qəbul imtahanına hazırlaşır. Buda ailələrə əlavə xərc, şagirdlər üçün isə zehni və fiziki yorğinluq deməkdir.

Bir ailə öz övladının universitetə hazırlaşması üçün ayda minimum 300 AZN illərlə repititorlarla pul xərcləyir. Əgər bir ailədə əkiz və ya aralarında bir yaş fərq olmaqla, iki övlad varsa, o zaman valideyn hər iki uşağı repititor yanına qoymalıdır. Bu isə ikiqat əlavə xərc deməkdir. Universitetə qəbul isə abituriyent üçün şans əsəridir. Yəni qəbul olada bilər olmayada. Əgər abituriyent universitetə qəbul ola bilmirsə, bu ailənin illərdir repititorlara çəkdiyi xərcin boşa getməsi deməkdir. Təssüfki, hər il qəbul imtahanları dövründə çox sayda abituriyent universitetlərə qəbul ola bilmədiyi üçün intihara əl atır.

Bir çox ölkələrdə isə universitetlərə qəbul heç bir imtahan vermədən, atestatla həyata keçirilir. Elə ölkəmizdə də ali məktəbə daxil ola bilməyən bir çox abituriyent xaricdə təhsil şirkətlərinə müraciət edərək, heç bir imtahan vermədən sadəcə atestatla xaricdə ali təhsil alırlar. Halbuki, bu şərait ölkəmizdə də yaradılsa, yəni universitetlərə qəbul imtahanları ləğv olunsa, həmin abituriyentlər elə ölkəmizdə də heç yerə getmədən, atestatla universitetlərə qəbul ola bilərlər. Bəs hazırda ölkəmizdə univerisitetlərə qəbul imtahanlarının ləğvi mümkündürmü?
Universitetlərə qəbul imtahanı ləğv oluna bilərmi?-TƏHSİL EKSPERTİ AÇIQLADIMövzu ilə bağlı təhsil eksperti Elşən Qafarov BiG.AZ-a açıqlamasında bildirdi ki, ölkəmizdə abituriyentlərin öz istədiyi ixtisasa düşmək imkanı 5%-dən yuxarı deyil.

Onun sözlərinə görə, bir abituriyent 15 yer seçir və topladığı bala görə Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə yerləşdirilir: "Ölkədə ali təhsil müəssisələrinə qəbul sistemi dəyişdirilməlidir. Beynəlxalq sistemdə olduğu kimi, abituriyentin konkret olaraq, oxumaq istədiyi ixtisası və universiteti seçmək imkanı olmalıdır. Bunun üçün ümumtəhsil məktəblərində, qiymətləndirmə sistemi və tədris proqramları dəyişdirilməlidir. Hazırda bu real deyil.

Hal-hazırda Dövlət İmtahan Mərkəzinin qrup imtahanları özünü doğrultmur. Bu bir reallıqdır. Mən illərlə təklif edirəm ki, ali məktəblərə qrup imtahanları ixtisas imtahanları ilə əvəz edilsin. Yəni hər bir şəxs hansı ixtisası istəyirsə, o ixtisasa sənəd versin. İmtahansız atestatla universitetlərə qəbul hazırda real deyil. Bunun üçün dediyim kimi qiymətləndirmə sistemi dəyişdirilməlidir. Biz IELTS, TOEFL və digər beynəlxalq təhsil proqramlarına baxdıqda görürük ki, ümumtəhsil məktəblərində təhsil alanlar üçün müəyyən təhsil müddəti üçün maksimal bir bal həddi var. Sonra isə topladığı bala görə ali məktəblərə daxil olurlar. Yəni hər bir universitet qəbul balını özü müəyyənləşdirir. Məsələn, bir abituriyent deyək ki, 1500 bal toplayıb. Təbiiki yüksək göstərici göstərdiyi üçün hər bir universitet istəyəcək ki, o abituriyent məhz onun universitetində təhsil alsın. Bu cür abituriyentlərə universitetlər ödənişsiz təhsil, təqaüd proqramları, qalmaq üçün şərait və bütün xərclərini ödəyir ki, abituriyent o universiteti seçsin. Yəni hər bir universitet maraqlıdır ki, özünün təhsil müəssisəsində savadlı abituriyentlər təhsil alsın. Ölkəmizdə isə belə bir sistem yoxdur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1439   Tarix: 01 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Bizdən sonra aktyor görmürəm"

Aktyor Nicat Rəhimov son illərdə aktyor nəslinin yetişmədiyini bildirib. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "İncə səhər" proqramında danışıb. O, özündən yaşca böyük və ya həmyaşıdları arasında istedadlı aktyorların olduğunu, lakin onlardan sonra gələn nəsildə bunu görmədiyini deyib:

06.10.2026 181
.

Bu ərazilərdə səhərə qədər su olmayacaq

Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının bəzi ərazilərinin su təminatında fasilə yaranacaq. xəbər verir ki, bu barədə "İri Şəhərlərin Su Təchizatı" QSC məlumat yayıb. Bildirilib ki, buna səbəb magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlıdır. Qey

06.10.2026 300
.

Bakı Ankaraya mesaj göndərir? Əsl gərginlik başqa yerdə

Bakı Ankaraya mesaj göndərir? Əsl gərginlik başqa yerdə. Əliyevin "heç kimin himayəsinə ehtiyacımız yoxdur" sözləri Ankarada müzakirə edilərkən, Türkiyə-Azərbaycan xəttində əsas sınağın harada yaşanacağı sualı böyüyür. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərdən söhbət gedəndə siyas

06.10.2026 305
.

Qadınlar niyə evlənəndə soyadını dəyişir - Ənənənin kökü haradan gəlib?

Müasir dövrdə qadın evləndikdən sonra öz soyadını saxlaya bilər. Lakin tarix boyu bu məsələyə münasibət fərqli olub. Bir çox cütlük üçün qadının ərinin soyadını götürməsi evliliyin adi bir hissəsi sayılsa da, bu ənənə əsrlər ərzində formalaşıb və müxtəlif ölkələrdə fərqli şəkildə yayılıb. xarici mediay

06.10.2026 202
.

Mühafizə olunan duracaqlarla bağlı YENİ QAYDA

Nazirlər Kabineti 6 aprel 199-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə"də dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Daxili İşlər Nazirliyi balansındakı mühafizə oluna

06.10.2026 274
.

Eyni kalorili iki yemək orqanizmə eyni təsir etmir - ARAŞDIRMA

Eyni kaloriyə və oxşar qida tərkibinə malik iki yemək orqanizmdə fərqli metabolik reaksiyalara səbəb ola bilər. BİG.AZ xəbər verir ki, ABŞ-nin Virginia Tech Universitetinin alimləri tərəfindən aparılan və "Nature Metabolism" jurnalında dərc olunan yeni araşdırmada qidanın emal səviyyəsini

06.10.2026 228
.

Dalinin üz qabığını hazırladığı kitab oğurlandı

Dünyanın ən bahalı kitablarından biri olan Jozef Forenin "Apokalipsis" əsəri Fransanın İssuar şəhərindəki müasir incəsənət muzeyindən oğurlanıb. "Qafqazinfo" RT nəşrinə istinadən xəbər verir ki, bu kitabın üz qabığını dünyaca məşhur rəssam Salvador Dali hazırlayıb. 1958-1961-ci illərd

06.10.2026 126
.

İran rəsmisi: ABŞ-dən qorxmuruq, danışıqlara hazırıq

"İran ABŞ ilə danışıqlara hazırdır və bundan qorxmur, istər müharibə, istərsə də dialoq yolu ilə özünü müdafiə edəcək". Teleqraf xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Fatimə Mohacerani deyib. "Danışıqlar vasitəsilə dünya ilə elmi əlaqələrimizi davam etdirmək istəyirik, amma he

06.10.2026 159
.

Müəllim əvəzolunmazdırsa, niyə süni intellektdən qorxuruq?

"Elm və təhsil naziri Emin Əmrullayevin "Müəllim onsuz da müəllimdir, süni intellekt onu əvəz etməyəcək" fikri ilk baxışdan rahatladıcı səslənir. Amma təhsildə baş verən dəyişikliklərə bir qədər diqqətlə baxanda başqa bir sual yaranır: süni intellekt müəllimi əvəz etməyəcəksə, bəs nəy

06.10.2026 204
.