"Onu evə qoymurdum" - Kürəkənini öldürən kişinin qızı DANIŞDI

"Onu evə qoymurdum" - Kürəkənini öldürən kişinin qızı DANIŞDIBakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Nəcəf Qafarov və Nuranə Məhərrəmovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilənlər onlara qarşı irəli sürülmüş ittihamda özlərini təqsirli bilmədiklərini deyiblər.

Təqsirləndirilən Nuranə Məhərrəmova ifadəsində həmin gün keçirdiyi ağır əməliyyatdan sonra evə gəldiyini bildirib:

"Evə təzəcə çatmışdım ki, Ədilin anası Raya xanımdan zəng gəldi. Ədil məni elə ağır vəziyyətdə qoyub mağazaya getmək adı ilə evdən çıxdı. Onun Süsənin yanına getdiyindən şübhələndim. Nə qədər zəng elədim, Ədil telefonu götürmədi. Anasına zəng etdim, mənə nalayiq sözlər və söyüşlər dedi. Ayın 19-u günü Ədil döyülmüş halda evə gəldi. Mən ondan bərk incik olduğumdan onu evə qoymurdum, atam dedi yazıqdır, pis vəziyyətdədir. Ədil dedi ki ölməyə sənin yanına gəlmişəm. Bunun nə demək olduğunu soruşanda, başa salacağını dedi. Niyə bu halda olduğunu soruşdum, dedi ki, Vüqarla dalaşıb.

Özüm pis vəziyyətdə ola-ola, canım ağrıya-ağrıya ona dərman verdim yatdı. Evdə çörəkpulu yox idi, Ədil həmişə qazancını anasına aparıb verirdi, uşağına xərcləmirdi. Evdə pul olmadığından işlədiyim salona getdim. Müştərilər gəldi, iş başımı qatdı. Evdə atam, əqli qüsurlu qızım Fidan və Ədil vardı. Evə qayıdanda Fidanı evdə görmədim. Ədildən onun harada olduğunu soruşanda qovdum, getdi dedi. Ağlaya-ağlaya çıxıb onu axtarmağa başlayanda küçədə qabağıma çıxdı, evə gətirdim. Qızımı qovduğuna görə Ədillə mübahisə etməyə başladım, o da çığır-bağır salmağa başladı. Onun çıxıb getməsini tələb etdim. Mənə əl-qol atdı, vurmağa başlayanda atam araya keçdi. Ədil bu zaman mətbəxdəki bıçağı götürüb cumdu atamın üstünə. Mən Ədilin qolundan itələyəndə bıçaq fırlanıb divara dəydi, mən də tez onu götürüb çarpayının altına tulladım. Ədilə dedim get, sakitləşib qayıdarsan. Mən onu evdən sağlam yola salmışam. Bacım mənə sonra zəng etdi ki, Ədil Al Market-in yanında yıxılıb qalıb. Durub oraya getdim, onu yerdə üst-başı palçıqlı, uzanaqlı vəziyyətdə gördüm. Yatmaq istəyirəm, durmağa gücüm yoxdur deyirdi. Mən gələnə kimi o küçədə Ədilə nələr olub, bilməmişəm. Onu qaldırmağa gücüm yox idi, məcbur qonşunun əl arabasını gətirdilər, tanışımız Səbuhi onu qucağına alıb arabaya qoydu. Birtəhər Ədili götürüb evə gətirdik. Susuzluqdan yandığını deyib su istədi. Səbuhi kömək edib onun palçıqlı paltarlarını çıxaranda dedi ki, onun bədəni bütün yaradır, salamat yeri yoxdur. Tez həkim çağırdıq. Ona kimi əlimdən gələni süni nəfəs, filan hamısını etdim. Sonra anası Raya xanıma zəng etdim ki, Ədil yaralıdır, gəlin kömək edin, uşaqlarla təkəm. Mənim sübutlarım da var: şahidlərim, kamera görüntülərim də var. Bu işin ədalətli araşdırılmasını istəyirəm".

Daha sonra növbəti məhkəmə 23 dekabra təyin olunub.

Xatırladaq ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə 2025-ci il aprelin 21-də 37 yaşlı Ədil Məhərrəmovun Binəqədi rayonu ərazisində yerləşən fərdi yaşayış evində qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə istintaq edilən cinayət işi üzrə sonuncunun qohumu Nəcəf Qafarov həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Onun barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 974   Tarix: 02 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Orta Dəhliz ölkələri vahid idarəetmə platforması yaradırlar

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (TBNM, Orta Dəhliz) iştirak edən ölkələr öz modelinə görə Baltik Dənizi Dövlətləri Şurası ilə müqayisə edilə bilən vahid institusional idarəetmə platformasının formalaşdırılması üzərində işləyirlər. "Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf v

06.10.2026 149
.

Bakı Ankaraya mesaj göndərir? Əsl gərginlik başqa yerdə

Bakı Ankaraya mesaj göndərir? Əsl gərginlik başqa yerdə. Əliyevin "heç kimin himayəsinə ehtiyacımız yoxdur" sözləri Ankarada müzakirə edilərkən, Türkiyə-Azərbaycan xəttində əsas sınağın harada yaşanacağı sualı böyüyür. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərdən söhbət gedəndə siyas

06.10.2026 305
.

Qrip mövsümü başladı - Bu şəxslər vaksin vurdura bilməz

Havaların soyuması ilə mövsümi virus infeksiyaları yenidən gündəmə gəlir. Payız aylarında insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi və otaqların az havalandırılması respirator virusların yayılmasını asanlaşdırır. Son günlər havanın yağıntılı və sərin keçməsi də diqqəti qripdən qorunma yolların

06.10.2026 192
.

Ukrayna qış öncəsi maliyyə böhranı ilə üzləşir

Ukrayna Rusiya Silahlı Qüvvələrinin zərbələri fonunda ciddi maliyyə çatışmazlığı ilə üzləşib. Bu vəziyyət Prezident Volodimir Zelenskini qış ərəfəsində çətin duruma salır. " xəbər verir ki, bu barədə Britaniyanın "The Telegraph" qəzeti məlumat yayıb. Nəşr qeyd edib ki, Zelenski bu həft

06.10.2026 198
.

Həmin məlumatı verənləri pul mükafatı gözləyir

Korrupsiya ilə bağlı məlumat verən şəxslərə maddi mükafat veriləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan yeni - "Korrupsiy

06.10.2026 418
.

Ombudsmanın maaşı artırıldı - Prezident təsdiqlədi

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanunu təsdiq edib. bu barədə -a istinadən xəbər verir. Azərbaycan Respublikas

06.10.2026 248
.

Sabah da hava yağışlı olacaq

Oktyabrın 7-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 6-dan 7-nə keçən gecə və səhər saatlarında yağışın intensivləşəcəyi gözlənilir. Bəzi yerlərdə qısamüddətə güclü olacağı ehtimalı var. Günün ikinc

06.10.2026 267
.

Yük gəmisinə hücumda daha 3 azərbaycanlı yaralanıb - XİN

"Oktyabrın 5-də Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında "Royad Məmmədov" adlı xarici yük gəmisi dron hücumuna məruz qalıb. Daxil olan məlumata əsasən, hücum nəticəsində Azərbaycan vətəndaşı, gəminin kapitanı 1974-cü il təvəllüdlü Həsənov Rüstəm İsmayıl oğlu həlak olub. Digər vətəndaşımı

06.10.2026 250
.

Müəllim əvəzolunmazdırsa, niyə süni intellektdən qorxuruq?

"Elm və təhsil naziri Emin Əmrullayevin "Müəllim onsuz da müəllimdir, süni intellekt onu əvəz etməyəcək" fikri ilk baxışdan rahatladıcı səslənir. Amma təhsildə baş verən dəyişikliklərə bir qədər diqqətlə baxanda başqa bir sual yaranır: süni intellekt müəllimi əvəz etməyəcəksə, bəs nəy

06.10.2026 204
.