"Ola bilsin ki, şeyxin Ramiz Mehdiyevlə münasibətləri olub" - Qardaşı

"Ola bilsin ki, şeyxin Ramiz Mehdiyevlə münasibətləri olub" - Qardaşı"Ola bilsin ki, Allahşükür Paşazadənin Ramiz Mehdiyevlə münasibətləri olub. Mənim heç bir halda onunla (red.Ramiz Mehdiyevlə) əlaqəm olmayıb. Heç vaxt görüşməmişik də".

BiG.AZ xəbər verir ki, bunu şeyxin qardaşı, deputat Cavanşir Paşazadə Modern.az-a müsahibəsində bildirib.

"Allahşükür Paşazadə şeyxülislam olub. Hər ikisi müəyyən vəzifələr yerinə yetiriblər. Ola bilsin ki, münasibətləri olub. Amma bu münasibətlər dövlətlə bağlı məsələlərdə olub. Başqa bir mövzu ola bilməz", - deputat vurğulayıb.

C.Paşazadə həmçinin şeyxin adının müxtəlif biznes sahələrində çəkilməsi məsələsinə də aydınlıq gətirib: "Hansı bizneslə məşğul ola bilərik ki? Bu boyda dövlət qurmuşuq, belə bir şey olsa, dövlət buna əsla göz yummaz. Şeyx ölkəni dünyanın dörd bir yanında təmsil edib. Belə hal olsaydı, onu nəinki Azərbaycanı təmsil etməyə, ölkədən çıxmağa da qoymazdılar.

Hələ 20 il əvvəl deyirdilər ki, guya kartof-soğan biznesi ilə məşğulam. Sonra bir ara xalça biznesində adım hallandı. İndi görürəm ki, daha yer qalmayıb. Kimin yeri itir, mənim adımı verirlər. Bu yaxınlarda televiziyadan zəng etdilər ki, sizin restoranınızda işləyən 5 nəfər şikayətçidir. Mənim hansı restoranım var ki? Amma müxbir deyir ki, bizə məlumat veriblər, sizin restoranınızdır, bu da gedib inanır. Hələ bir ara gömrükdən mal keçirmək istəyirdilər, mənim adımı verirdilər. Biz artıq belə şeylərə öyrəşmişik".

"Bir qızım, iki oğlum var. Bir oğlum polisdə, yüksək rütbədədir. Qızım filoloqdur, müəllim işləyir. Digər oğlum isə İstanbulda yaşayır, orada işləyir. Əvvəl burada məhkəmədə işləyirdi. Daha sonra Böyük Britaniyaya gedib dəniz brokerliyi sahəsində təhsil aldı, orada bir müddət logistika ilə məşğul olandan sonra İstanbulda öz şirkətini yaratdı.

Nəvələrimin hamısı oxuyub. Onlardan üçü İstanbulda yaşayır, iki nəvəm isə təhsilləri ilə bağlı İngiltərədədirlər. Bir nəvəm İstanbulda oxuyub, indi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında sektor müdiri işləyir. Digərləri balacadır. Ən balaca nəvəmin adı Esmamələkdir. Gündə gəlib mənə yalan danışır (gülür)", - parlamentari ailəsi ilə bağlı sualları cavablandırarkən deyib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 667   Tarix: 04 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu şəxslər 300 manatdan çox müavinət ala bilər

Himayədar valideynlərlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında 0-18 yaş arası uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın himayədar ailəyə verilməsinə dair müqavilə bağlanıldıqda onlara müavinət verilir. -ın məlumatına görə, himayədar ailəyə verilmi

19:53 26
.

İran 23 gündür internetsiz qalıb

İranda internet bağlantısı artıq 500 saatdan çoxdur demək olar ki, tamamilə yoxdur. xəbər verir ki, bu barədə beynəlxalq internet monitorinq xidməti olan "NetBlocks" "X" platformasında məlumat yayıb. "Artıq 528 saat keçib, İranda 23 gündür internet yoxdur", - deyə paylaşımd

18:15 153
.

İran parlamentinin sədrindən sərt bəyanat

"İranın elektrik stansiyalarına və infrastrukturuna zərbələr endirildiyi təqdirdə, regiondakı enerji və yanacaq infrastrukturu obyektləri Tehranın qanuni hədəflərinə çevriləcək". xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf "X" platformasında yazıb. "Ölkəmizi

19:05 121
.

Sumqayıtda tonqal belə partladı - ANBAAN GÖRÜNTÜLƏR

Sumqayıtda partlayan tonqalın görüntüləri yayılıb. Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 7, 8 və 12-ci məhəllələrin kəsişməsində tonqal yandırılan zaman partlayış baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlə

00:04 576
.

Üç övladı olan valideynləri SEVİNDİRƏCƏK XƏBƏR

Azərbaycanda çoxuşaqlı ailələrə verilən sosial dəstəyin genişləndirilməsi ilə bağlı yeni təklif irəli sürülüb. Hazırda aylıq sosial müavinət əsasən altı və daha çox uşağı olan ailələrə ödənilir, pensiya ilə bağlı müəyyən güzəştlər isə beş və daha çox uşağı olan ailələrə şamil edilir. Lakin statisti

00:09 581
.

Musəvi İsrailə kütləvi raket hücumunun olacağını açıqlayıb

İran İsrailə və ABŞ-nin bölgədəki bazalarına raket hücumlarını yeni taktika ilə həyata keçirəcək və ilk belə həmləyə gecə saatlarında başlamağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı Məcid Musəvi "X" sosial şəbəkəsində yazıb. "B

12:45 270
.

"Pərvanə müəllim övladları ilə təhdid olunub, saatlarla evə dustaq edilib"

Texnologiya müəllimi Pərvanə Abbasovanın qətlinin bəzi detalları məlum olub. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, 1990-cı il təvəllüdlü Pərvanə Abbasovanın həmkarlarının sözlərinə görə, o, illərdir həyat yoldaşı həyat yoldaşı Vasif Abbasov tərəfindən zorakılığa məruz qalırmış:. "İllərdi

00:20 573
.

Netanyahu: "Digər ölkələrin liderlərinin bizə qoşulma vaxtı çatıb"

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatına yeni ölkələrin qoşulacağına ümid etdiyini bildirib. bu barədə "The Times of Israel" nəşrinə istinadən xəbər verir. "Digər ölkələrin liderlərinin bizə qoşulma vaxtı çatıb", - deyə o vurğulayıb. B.Netanyahunu

22:15 0
.

Bolqarıstanda sahildə 300-dən çox ölü quş və delfin tapılıb

Bolqarıstanın şimalında, Qara dəniz sahilində yerləşən Şabla şəhəri ərazisindəki çimərliklərdə 300-dən çox fırtınaquşunun və doqquz delfinin cəsədi aşkarlanıb. xəbər verir ki, bu barədə Bolqarıstan Milli Televiziyası məlumat yayıb. Jurnalistlərin məlumatına görə, bu, son 20 ildə həmin fauna nümayəndələrini

21:00 0
.

TOP MP3