Ayaqlarınıza diqqət yetirin: Bu əlamətlər ürək problemi və ya diabetin xəbərçisi ola bilər
Soyuq ayaqlar yüksək xolesterinin erkən əlaməti ola bilər. Əgər ayaqlarınız yalnız qış aylarında deyil, ilin digər vaxtlarında da soyuq olursa, düşünməyə dəyər.
Lent.az xarici mediaya istinadla ciddi xəstəliklərin xəbərçisi ola biləcək əsas əlamətləri təqdim edir:
Bu, ayaqlardakı kiçik qan damarları ilə bağlı problem nəticəsində yarana bilər ki, bu da ayaqlara qan axınını məhdudlaşdırır. Bu vəziyyət, yaxşı idarə olunmayan diabet, yüksək xolesterin səviyyəsi ilə bağlı ola bilər və xüsusilə siqaret çəkənlərdə daha çox müşahidə edilir.
Yanma və iynə batması hissi
Ayaqlarda yanma və ya sancı hiss edirsinizsə, bu periferik nöropatiyanın əlaməti ola bilər. Bu, sinirlərin zədələnməsi ilə xarakterizə olunan bir vəziyyətdir. Ən çox diabetin erkən mərhələsində, həmçinin B12 və ya fol turşusu çatışmazlığında rast gəlinir. Bundan əlavə, qalxanabənzər vəzi xəstəliklərini də göstərə bilər. Həkimlər qeyd edirlər ki, çoxlu spirt qəbulu və bəzi dərmanlarla birlikdə bu əlamət yarana bilər.
Ayağın alt hissəsində ağrı
Ayaq içində narahatlıq plantar fasiitlə əlaqəli ola bilər. Bu, daban nahiyəsində iti ağrı yaradan iltihabi prosesdir. Bəzən elə hiss edirsiniz ki, sanki ayaqqabının içində daş var.
Ayaqda sağalmayan yara və ya xoralar
Əgər ayağınızda yaranın çox gec sağaldığını görürsünüzsə, bu bəzi dəri xərçəngi növlərinin əlaməti ola bilər. Dərinin sağalması üçün düzgün qidalanma, gigiyena və yaxşı qan dövranı vacibdir.
Şişmiş ayaqlar
Ayaqların şişməsi, adətən gün boyu çox ayaq üstdə qalmaqla əlaqəli olur və daha çox yay mövsümündə müşahidə edilir. Uzun iş günündən sonra ayaqları divara qaldırmaq rahatlıq gətirir. Lakin şişkinlik daim təkrarlanırsa, bu qaraciyər, böyrək və ya ürək xəstəliklərindən xəbər verə bilər. Həmçinin artıq çəkidə olmaq da səbəb ola bilər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 805 Tarix: 04 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYük gəmisinə hücumda daha 3 azərbaycanlı yaralanıb - XİN
"Oktyabrın 5-də Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında "Royad Məmmədov" adlı xarici yük gəmisi dron hücumuna məruz qalıb. Daxil olan məlumata əsasən, hücum nəticəsində Azərbaycan vətəndaşı, gəminin kapitanı 1974-cü il təvəllüdlü Həsənov Rüstəm İsmayıl oğlu həlak olub. Digər vətəndaşımı
06.10.2026 250 Marko Rubiodan Ukrayna açıqlaması: Münaqişə bitməyə doğru getmir
Ukraynadakı vəziyyət hazırda münaqişənin başa çatması istiqamətində inkişaf etmir. Teleqraf xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib. O qeyd edib ki, Ukraynanın NATO-ya daxil olması məsələsi hazırda gündəmdə deyil: "Əsas məqsəd müharibəni bitirməkdir"
06.10.2026 159 Qrip mövsümü başladı - Bu şəxslər vaksin vurdura bilməz
Havaların soyuması ilə mövsümi virus infeksiyaları yenidən gündəmə gəlir. Payız aylarında insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi və otaqların az havalandırılması respirator virusların yayılmasını asanlaşdırır. Son günlər havanın yağıntılı və sərin keçməsi də diqqəti qripdən qorunma yolların
06.10.2026 192 "Bizdən sonra aktyor görmürəm"
Aktyor Nicat Rəhimov son illərdə aktyor nəslinin yetişmədiyini bildirib. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "İncə səhər" proqramında danışıb. O, özündən yaşca böyük və ya həmyaşıdları arasında istedadlı aktyorların olduğunu, lakin onlardan sonra gələn nəsildə bunu görmədiyini deyib:
06.10.2026 181 Eyni kalorili iki yemək orqanizmə eyni təsir etmir - ARAŞDIRMA
Eyni kaloriyə və oxşar qida tərkibinə malik iki yemək orqanizmdə fərqli metabolik reaksiyalara səbəb ola bilər. BİG.AZ xəbər verir ki, ABŞ-nin Virginia Tech Universitetinin alimləri tərəfindən aparılan və "Nature Metabolism" jurnalında dərc olunan yeni araşdırmada qidanın emal səviyyəsini
06.10.2026 228 "Sildim, deməli, yox oldu": İnternetdəki ən böyük yanlış təsəvvür
"İnternetdə şəxsi məlumatların silinməsi ilə bağlı ən böyük miflərdən biri "delete" düyməsinə basdıqdan sonra məlumatın tamamilə yox olmasıdır. Əslində isə internet belə işləmir". Bunu BİG.Az-a açıqlamasında İKT üzrə ekspert Elvin Həsənov bildirib. O, qeyd edib ki, məlumat internet
06.10.2026 275 Husilər Səudiyyə hava limanına zərbə endirdilər
Husilər Səudiyyə Ərəbistanının Asir əyalətində yerləşən Abha Beynəlxalq Hava Limanına yeni zərbə endirdiklərini bildiriblər. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Husilərin hərbi sözçüsü Yəhya Səri açıqlamasında bildirib ki, hava limanı ballistik raketlə hədəfə alınıb. Onun sözlərinə görə, rake
06.10.2026 203 Qadınlar niyə evlənəndə soyadını dəyişir - Ənənənin kökü haradan gəlib?
Müasir dövrdə qadın evləndikdən sonra öz soyadını saxlaya bilər. Lakin tarix boyu bu məsələyə münasibət fərqli olub. Bir çox cütlük üçün qadının ərinin soyadını götürməsi evliliyin adi bir hissəsi sayılsa da, bu ənənə əsrlər ərzində formalaşıb və müxtəlif ölkələrdə fərqli şəkildə yayılıb. xarici mediay
06.10.2026 202 Müəllim əvəzolunmazdırsa, niyə süni intellektdən qorxuruq?
"Elm və təhsil naziri Emin Əmrullayevin "Müəllim onsuz da müəllimdir, süni intellekt onu əvəz etməyəcək" fikri ilk baxışdan rahatladıcı səslənir. Amma təhsildə baş verən dəyişikliklərə bir qədər diqqətlə baxanda başqa bir sual yaranır: süni intellekt müəllimi əvəz etməyəcəksə, bəs nəy
06.10.2026 204