İş adamının 4 milyonu ələ keçirildi - Biri federasiya prezidenti olub
Azərbaycanda iş adamının milyonlarla pulu ələ keçirilib. Şikayət əsasında biri keçmiş idman federasiyası prezidenti olmaqla, 5 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, dəstə üzvləri iş adamı Quvat Beybutovun 4 milyon manatdan çox pulunu dələduzluqla ələ keçirməkdə ittiham olunurlar.
2022-ci ilə kimi Sindo-ryu və Pençak Silat Federasiyasının prezidenti olmuş Ceyhun Əşrəfov və tanışları-Cavid Hüseynli, Rüstəm Qafarov, Seymur Məhərrəmov və Zaur Qurbanovun birgə dələduzluq əməli barəsində Baş Prokurorluğa əsaslı materiallar daxil olub.
Şikayətlə bağlı aparılan araşdırma nəticəsində məlum olub ki, Ceyhun Əşrəfov yuxarıda adları qeyd olunan tanışları ilə birlikdə Quvat Beybutova yalan vəd verib. Belə ki, onlar iş adamını Nəsimi rayonunda yerləşən 968-ci məhəllədəki fərdi yaşayış evlərinin sökülməsi və əvəzində çoxmərtəbəli binanın tikintisi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən icazənin alınacağına inandırıblar.
Məsələnin həll edilməsi üçün isə dəstə üzvləri Q.Beybutovdan hissə-hissə olmaqla ümumilikdə 4 milyon 19 min manat alıblar. Lakin onlar verdikləri vədə əməl etməyib, nəticədə xüsusilə külli miqdarda dələduzluq cinayəti törətmiş olublar.
Prokurorluq zərərçəkmişə vurulmuş ziyanın 1 milyon 442 min manatını ödətdirib. C.Əşrəfov barəsində bir neçə gün əvvəl məhkəmə qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib. Digərləri - Cavid Hüseynli, Rüstəm Qafarov, Seymur Məhərrəmov və Zaur Qurbanov isə həbs edilib.
Qeyd edək ki, zərərçəkmiş iş adamı Quvat Beybutov bir neçə il əvvəl deputatlığa namizəd olub.
Fotoda: Quvat Beybutov
Fotoda: Ceyhun Əşrəfov

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 906 Tarix: 08 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQuterreş Novruz təbrikində sülhsevər və dayanıqlı gələcək arzulayıb
BMT-nin Azərbaycandakı nümayəndəliyi qurumun baş katibi Antonio Quterreşin Novruz bayramı münasibətilə müraciətini dərc edib. "Report"un məlumatına görə, bu barədə nümayəndəliyin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib. "Qoy bu ruh bizi daha sülhsevər, inklüziv v
21.03.2026 232 İrandakı vəziyyət aviaşirkətləri çökdürüb
Dünya aviaşirkətləri Yaxın Şərqdəki münaqişə səbəbindən COVID-19 pandemiyasından bəri ən ağır böhranla üzləşirlər. "Report" xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti məlumat yayıb. Onun hesablamalarına görə, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının başlanğıcında
21.03.2026 337 Ötən gün axtarışda olan 34 nəfər saxlanılıb
Ötən gün axtarışda olduğuna görə ümumilikdə 34, o cümlədən borclu şəxs qismində axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, martın 21-də ölkə ərazisində qeydə alınan 24 cinayətin açılması polis əməkdaşlar
16:15 0 Quzu əti KƏSKİN UCUZLAŞIB: Səbəb nədir?
Bu günlərdə quzu əti kəskin ucuzlaşıb. Qaynarinfo xəbər verir ki, bir neçə ay əvvəl 30-32 manata satılan quzu ətinin qiymətində azalma müşahidə olunub. Beyləqan rayonundakı ət bazarından verilən məlumata görə, hazırda çəkisi 8-12 kiloqram arasında olan quzu ətinin bir kilosu 22 manata təklif olunur
00:13 453 BMT Sülh Şurası ilə fəal əməkdaşlıq edir
BMT, Qəzza zolağında sülhün nizamlanması çərçivəsində ABŞ-ın təşəbbüsü ilə yaradılmış Sülh Şurası ilə fəal əməkdaşlıq edir. "Report" xəbər verir ki, bunu dünya təşkilatının Baş katibi Antonio Quterreş "Politico" qəzetinin Avropa nəşrinə verdiyi müsahibədə bildirib. BMT-nin Baş katib
21.03.2026 225 Sumqayıtda bayram tonqalında baş vermiş partlayışda xəsarət alanların kimliyi məlum oldu - YENİLƏNİB+VİDEO
Sumqayıt şəhərində tonqalda baş verən partlayış zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub. BİG.AZ "Report"a istinadən bildirir ki, xəsarət alanlar Sumqayıt şəhər sakinləridir:. 2004-cü il təvəllüdlü Fatimə Telman qızı Məmmədzadə,. 2006-cı il təvəllüdlü Fatimə Camal qızı İsgəndərli,
10:52 640 Dünyaca məşhur portallarda adı çəkilən azərbaycanlı pedaqoq
Bu yaxınlarda xarici ölkə xəbər portallarından əldə etdiyimiz məlumata görə, həmyerlimiz, ölkəmizdə tanınmış fizika müəllimi olan Nihad Şahbazov xarici ölkələrdə də öz işindən məharətlə söz etdirməyi bacarıb. Onun ölkəmizdəki nəticələri, həmçinin yaradıcı və elmi fəaliyyəti NBC, CNBC, ABC kimi tanınmı
13:27 265 Bu şəxslər ÖMÜRLÜK PENSİYA ALACAQ
Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası əlillik dövründə pensiya yaşına çatmış şəxsə əlilliliyə görə əmək pensiyasının müddətsiz təyin edilməsi ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. "Unikal" xəbər verir ki, işin hallarına görə, iddiaçı 2017-c
00:11 510 Abbas Əraqçı: "Britaniyanın qərarı ölkə vətəndaşlarını risk altına qoyur"
"Baş nazir Kir Starmerin ABŞ-yə Böyük Britaniya ərazisində yerləşən hərbi bazalardan istifadə etməyə icazə verməsi britaniyalıların təhlükəsizliyini risk altına qoyur". xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçı "X" sosial şəbəkə hesabında paylaşım edib. Onu
21.03.2026 305