Qızıl almaq istəyənlərin nəzərinə! - Gələn ilin QİYMƏTLƏRİ

Qızıl almaq istəyənlərin nəzərinə! - Gələn ilin QİYMƏTLƏRİBu il Azərbaycanda və dünya bazarlarında qızılın qiymətində son aylarda müşahidə olunan ciddi artım investorların diqqətini yenidən bu aktivə yönəldib.

Qlobal inflyasiya təzyiqləri, geosiyasi risklər və Mərkəzi Bankların artan qızıl alışları növbəti il üçün də qiymətlərin yüksək dəyişkənliklə müşahidə olunacağını göstərir.

Analitiklərin əksəriyyəti 2026-cı ildə qızılın dəyərinin əsasən yüksəliş tendensiyasını qoruyacağını, lakin kəskin dalğalanmaların istisna olmadığını bildirir.

Qeyd edək ki, qızılın qiymətinin artması alıcıları da bu aktivə yönəlməyə həvəsləndirib. İndi isə alıcılar gələn illə bağlı proqnozları araşdırır, qızıl alıb-almamağa qərar vermək istəyirlər.

Modern.az-a açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyətinin sədr müavini Rövşən Əmircanov qeyd edib ki, 2025-ci il qızıl üçün tarixdə ən yüksək qiymət hədlərinin müşahidə olunduğu dövr olub. Onun sözlərinə görə, hazırkı unsiya dəyərinin 4 200 ABŞ dollarına qədər yüksəlməsi qısamüddətli dalğalanmanın deyil, artıq formalaşmış yeni iqtisadi və maliyyə reallığının göstəricisidir.

O, qiymət artımını şərtləndirən əsas faktorları belə izah edib:

"Federal Rezervin yumşalma mərhələsinə keçidi, faiz endirimlərinə hazırlıq və dolların real gəlirlərinin zəifləməsi qızıla tələbi artırır; bir sıra ölkələrin rekord həcmdə qızıl alışı, xüsusilə Asiya və Yaxın Şərq regionlarında ehtiyat strukturlarının dəyişdirilməsi bazarda əlavə tələb yaradır; həmçinin qızıl ETF-lərinə və fiziki qızıla investisiya marağının yüksəlməsi qiymətlərin artım trayektoriyasını gücləndirir".

R.Əmircanov diqqətə çatdırıb ki, bu il qızılın qiymətində müşahidə olunan yüksək artımlar həm dünya bazarlarında, həm də paralel olaraq Azərbaycanda özünü göstərdi və bu dinamika təsadüfi xarakter daşımır.

"Bu prosesə təsir edən əsas amillərin gələn il də aktuallığını qoruyacağı nəzərə alınarsa, 2026-cı ildə qızıl qiymətlərində yüksəliş meylinin davam edəcəyi gözlənilir.

Mövcud göstəricilər nəzərə alınaraq, 2026-cı ilin əvvəli və ortalarında bazar dinamikasına əsasən qızılın qiymətinin 4 400-4 700 ABŞ dolları intervalında qərarlaşması ən real ehtimal kimi qiymətləndirilir. Qızılın kəskin ucuzlaşması gözlənilmir və qiymətlərin 2025-ci ilin yüksək orta səviyyəsindən aşağı düşməsi perspektivi real görünmür".

O, eyni zamanda bildirib ki, qızılın unsiya qiymətinin yüksək qalması yerli bazara bir neçə istiqamətdə təsir göstərir və bu təsirin 2026-cı ildə də davam edəcəyi gözlənilir:

"İlk növbədə, xammal kimi qızılın bahalaşması zərgərlik məmulatlarının maya dəyərini artırır ki, bu da hazır məhsulların daxili satış qiymətlərinə birbaşa şəkildə yansıyır. Bu proses xüsusilə iri həcmli və yüksək əyar qızıl məmulatlarında daha qabarıq hiss olunur.

Bazarın digər tərəfi istehlakçı davranışı da müəyyən dəyişiklik göstərir. Son illər müşahidə olunan investisiya yönümlü alıcılıq, yəni vətəndaşların qızılı təkcə zinət əşyası kimi deyil, həm də kapitalın qorunması vasitəsi kimi qiymətləndirməsi 2026-cı ildə də artan dinamika ilə davam edə bilər. "Külçə" və "sikkə" kateqoriyalı məhsullara tələbin yüksəlməsi həm qiymətlərin davamlı artım tendensiyası, həm də qlobal iqtisadi qeyri-müəyyənlik şəraitində riskdən yayınma meyli ilə bağlıdır".

Rövşən Əmircanovun sözlərinə görə, qızıl bahalaşdıqca bazarın strukturunda müəyyən dəyişikliklər də müşahidə oluna bilər:

"Zinət əşyalarından daha çox investisiya məqsədli qızıl məhsullarına üstünlük verilməsi pərakəndə satışın tərkibini dəyişdirə və orta qiymət seqmentində yeni trendlərin formalaşmasına səbəb ola bilər.

Qızılın investisiya dəyəri isə onun qısa deyil, əsasən orta və uzunmüddətli xarakterindən irəli gəlir. Bu aktiv inflyasiyadan qorunma, dolların real dəyərinin azaldığı dövrlərdə dəyər artımı, geosiyasi dalğalanmalar fonunda sabitlik və maliyyə portfellərinin riskdən qorunan şəkildə balanslaşdırılması baxımından önəmli rol oynayır".

Sədr müavini həmçinin vurğulayıb ki, qısamüddətli dalğalanmalar mümkün olsa da, lakin 12-24 aylıq perspektivdə qızılın yüksəliş trendini qoruması ehtimalı yüksək qiymətləndirilir:

"Bu səbəbdən həm maliyyə institutları, həm də fərdi investorlar üçün portfellərdə qızılın müəyyən payla təmsil olunması kapitalın dəyərinin qorunması və risklərin azaldılması baxımından məqsədəuyğun hesab olunur. Ümumi beynəlxalq praktika göstərir ki, portfellərin kiçik, lakin sabit bir hissəsinin qızıl və ya qızıl məmulatları ilə diversifikasiya edilməsi uzunmüddətli maliyyə davamlılığını dəstəkləyən effektiv yanaşmalardan biridir".

Son olaraq iqtisadçı ekspert onu da əlavə edib ki, 2026-cı ildə qızılın bazar istiqamətinin yeni tarixi rekordların davam etməsi ilə müşayiət olunacağını deməyə əsas verən amillər mövcuddur:

"Fundamental faktorlar dəyişməz qalarsa, qiymətlərin 4 400-4 700 ABŞ dolları aralığında qərarlaşması daha real görünür. Qlobal risklərin davam etdiyi bir şəraitdə qızıl strateji investisiya aləti kimi öz aktuallığını qorumaqda davam edəcək",- deyə R.Əmircanov qeyd edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 6733   Tarix: 08 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Keçmiş xanımı Tatlısəsin son durumunu açıqladı

Türkiyəli müğənni İbrahim Tatlısesin keçmiş həyat yoldaşı Ayşegül Yıldız sənətçinin səhhətindən danışıb. Axşam.az xəbər verir ki, tədbirlərdən birinə qatılan Yıldız jurnalistlərin Tatlısesin son vəziyyəti ilə bağlı suallarını cavablandırıb. O, müğənninin müalicəsinin davam etdiyini bildirib. "Fikrimcə

06.10.2026 200
.

Hamının 8 saat yatmasına ehtiyac yoxdur - ARAŞDIRMA

Səkkiz saatlıq yuxu uzun illərdir böyüklər üçün bir növ "qızıl standart" hesab olunur. Lakin yeni elmi icmal göstərir ki, bu müddət hər kəs üçün eyni dərəcədə optimal olmaya bilər. xarici mediaya istinadən xəbər verir ki, hər gecə mütləq səkkiz saat yatmaq qaydasını bütün böyüklər üçün dəyişmə

06.10.2026 183
.

Müəllim əvəzolunmazdırsa, niyə süni intellektdən qorxuruq?

"Elm və təhsil naziri Emin Əmrullayevin "Müəllim onsuz da müəllimdir, süni intellekt onu əvəz etməyəcək" fikri ilk baxışdan rahatladıcı səslənir. Amma təhsildə baş verən dəyişikliklərə bir qədər diqqətlə baxanda başqa bir sual yaranır: süni intellekt müəllimi əvəz etməyəcəksə, bəs nəy

06.10.2026 204
.

Dünyada yenidən populyarlaşan 10 qədim ad

Bu adlar əvvəlki nəsillərə məxsus olsa da, sadə səslənişi və zamana meydan oxuyan cazibəsi sayəsində bu gün yenidən dəbdədir. Bəzi adlar əslində heç vaxt tamamilə dəbdən düşmür. Uzun müddət yaşlı nəsillə assosiasiya olunan bir çox "vintaj" ad indi yenidən qayıdır və valideynlər arasında mara

06.10.2026 182
.

Melonidən qeyri-adi qərar

İtaliyanın Baş naziri Cocrsiya Meloni müasir texnologiyaların və süni intellektin yaratdığı risklərə qarşı mübarizədə presedent yaradacaq mühüm addım atıb. "Yeni Sabah" xəbər verir ki, baş nazir səsinin süni intellekt vasitəsilə klonlaşdırılmasının, eləcə də müxtəlif saxta (deepfake) məzmunlard

06.10.2026 164
.

Husilər Səudiyyə hava limanına zərbə endirdilər

Husilər Səudiyyə Ərəbistanının Asir əyalətində yerləşən Abha Beynəlxalq Hava Limanına yeni zərbə endirdiklərini bildiriblər. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Husilərin hərbi sözçüsü Yəhya Səri açıqlamasında bildirib ki, hava limanı ballistik raketlə hədəfə alınıb. Onun sözlərinə görə, rake

06.10.2026 203
.

"Sildim, deməli, yox oldu": İnternetdəki ən böyük yanlış təsəvvür

"İnternetdə şəxsi məlumatların silinməsi ilə bağlı ən böyük miflərdən biri "delete" düyməsinə basdıqdan sonra məlumatın tamamilə yox olmasıdır. Əslində isə internet belə işləmir". Bunu BİG.Az-a açıqlamasında İKT üzrə ekspert Elvin Həsənov bildirib. O, qeyd edib ki, məlumat internet

06.10.2026 275
.

Aviaşirkətdən XƏBƏRDARLIQ - Bu rəngli çamadanlardan uzaq durun

Çamadanların ən populyar rənglərinin hava səyahətləri üçün heç də ən praktik seçim olmadığı məlum olub. Avropanın "Ryanair" aviaşirkəti sərnişinlərə səfərdən əvvəl çamadanın rəngini daha diqqətlə seçməyi tövsiyə edib. Səyahətçilərə qara, boz və tünd göy rəngli baqajlardan mümkün qədər uza

06.10.2026 187
.

Prezident Böyük Britaniyanın nazirini qəbul etdi - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Lord Anas Sarvarı qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağl

06.10.2026 373
.