İlhamə Quliyevanı dindirən müstəntiq: "Dedi ki, nazir özüməm, kimi istəsəm, o da Xalq artisti olacaq"

İlhamə Quliyevanı dindirən müstəntiq: "Dedi ki, nazir özüməm, kimi istəsəm, o da Xalq artisti olacaq""Xalq artisti İlhamə Quliyevanı evində dindirirdim. Birdən köməkçisi gəldi ki, mədəniyyət naziri Əbülfəs Qarayev bayaq televizorda danışırdı ki, bir neçə mügənniyə "Xalq artisti" adı verilməsi üçün təklif göndərilib. İlhamə tez qayıtdı ki, bu ölkənin mədəniyyət naziri özüməm, kimi istəsəm o da xalq artisti olacaq".

Modern.az xəbər verir ki, bunu Bakı Şəhər Prokurorluğunun sabiq müstəntiqi Müşfiq Abbasov sosial şəbəkədə sabiq mədəniyyət naziri Əbülfəs Qarayev barəsində açılan müzakirələr fonunda yazıb.

"İndi hamı tökülüb Əbülfəs Qarayevin üstünə ki, bu adam mədəniyyətimizi dağıdıb. Guya ki, indi mədəniyyətimiz intibah dövrünü yaşayır?! Onda da, indi də eyni vəziyyətdi... fərq odur ki, indi İlhamə kimisi yoxdur", - M.Abbasov bildirib.

Sabiq müstəntiq xatırladıb ki, İlhamə Quliyeva köməkçisi Mehriban Hüseynovanın işində zərərçəkmiş idi.

"Həmçinin onun özü də Mehribanın ayağına bıçaqla xəsarət yetirmişdi", - o deyib.

M.Abbasov İlhamə Quliyevanın niyə prokurorluqda deyil, evində dindirildiyinə də aydınlıq gətirib:

"Çünki ayaqları yara idi, gəzə bilmirdi".

Eks-müstəntiq onu da əlavə edib ki, köməkçisi Mehriban Hüseynovaya xəsarət yetirən İlhamə Quliyeva öldüyünə görə, sonradan işə xitam verilib.

Xalq artisti İlhamə Quliyeva 2016-cı ilin fevralında 72 yaşında vəfat edib. Onun ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilib. Mərhum sənətçi "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif edilmişdi.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1381   Tarix: 08 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Keçmiş xanımı Tatlısəsin son durumunu açıqladı

Türkiyəli müğənni İbrahim Tatlısesin keçmiş həyat yoldaşı Ayşegül Yıldız sənətçinin səhhətindən danışıb. Axşam.az xəbər verir ki, tədbirlərdən birinə qatılan Yıldız jurnalistlərin Tatlısesin son vəziyyəti ilə bağlı suallarını cavablandırıb. O, müğənninin müalicəsinin davam etdiyini bildirib. "Fikrimcə

06.10.2026 200
.

Hamının 8 saat yatmasına ehtiyac yoxdur - ARAŞDIRMA

Səkkiz saatlıq yuxu uzun illərdir böyüklər üçün bir növ "qızıl standart" hesab olunur. Lakin yeni elmi icmal göstərir ki, bu müddət hər kəs üçün eyni dərəcədə optimal olmaya bilər. xarici mediaya istinadən xəbər verir ki, hər gecə mütləq səkkiz saat yatmaq qaydasını bütün böyüklər üçün dəyişmə

06.10.2026 183
.

Müəllim əvəzolunmazdırsa, niyə süni intellektdən qorxuruq?

"Elm və təhsil naziri Emin Əmrullayevin "Müəllim onsuz da müəllimdir, süni intellekt onu əvəz etməyəcək" fikri ilk baxışdan rahatladıcı səslənir. Amma təhsildə baş verən dəyişikliklərə bir qədər diqqətlə baxanda başqa bir sual yaranır: süni intellekt müəllimi əvəz etməyəcəksə, bəs nəy

06.10.2026 204
.

Dünyada yenidən populyarlaşan 10 qədim ad

Bu adlar əvvəlki nəsillərə məxsus olsa da, sadə səslənişi və zamana meydan oxuyan cazibəsi sayəsində bu gün yenidən dəbdədir. Bəzi adlar əslində heç vaxt tamamilə dəbdən düşmür. Uzun müddət yaşlı nəsillə assosiasiya olunan bir çox "vintaj" ad indi yenidən qayıdır və valideynlər arasında mara

06.10.2026 182
.

Melonidən qeyri-adi qərar

İtaliyanın Baş naziri Cocrsiya Meloni müasir texnologiyaların və süni intellektin yaratdığı risklərə qarşı mübarizədə presedent yaradacaq mühüm addım atıb. "Yeni Sabah" xəbər verir ki, baş nazir səsinin süni intellekt vasitəsilə klonlaşdırılmasının, eləcə də müxtəlif saxta (deepfake) məzmunlard

06.10.2026 164
.

Husilər Səudiyyə hava limanına zərbə endirdilər

Husilər Səudiyyə Ərəbistanının Asir əyalətində yerləşən Abha Beynəlxalq Hava Limanına yeni zərbə endirdiklərini bildiriblər. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Husilərin hərbi sözçüsü Yəhya Səri açıqlamasında bildirib ki, hava limanı ballistik raketlə hədəfə alınıb. Onun sözlərinə görə, rake

06.10.2026 203
.

"Sildim, deməli, yox oldu": İnternetdəki ən böyük yanlış təsəvvür

"İnternetdə şəxsi məlumatların silinməsi ilə bağlı ən böyük miflərdən biri "delete" düyməsinə basdıqdan sonra məlumatın tamamilə yox olmasıdır. Əslində isə internet belə işləmir". Bunu BİG.Az-a açıqlamasında İKT üzrə ekspert Elvin Həsənov bildirib. O, qeyd edib ki, məlumat internet

06.10.2026 275
.

Aviaşirkətdən XƏBƏRDARLIQ - Bu rəngli çamadanlardan uzaq durun

Çamadanların ən populyar rənglərinin hava səyahətləri üçün heç də ən praktik seçim olmadığı məlum olub. Avropanın "Ryanair" aviaşirkəti sərnişinlərə səfərdən əvvəl çamadanın rəngini daha diqqətlə seçməyi tövsiyə edib. Səyahətçilərə qara, boz və tünd göy rəngli baqajlardan mümkün qədər uza

06.10.2026 187
.

Prezident Böyük Britaniyanın nazirini qəbul etdi - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Lord Anas Sarvarı qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağl

06.10.2026 373
.