"İvanovka" kərə yağları dövriyyədən çıxarılır? - Rəsmi AÇIQLAMA

"İvanovka" kərə yağları dövriyyədən çıxarılır? - Rəsmi AÇIQLAMAXəbər verdiyimiz kimi Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 49, m. 6 ünvanında yerləşən, fiziki şəxs İsmayılov Vahid Cəmil oğluna məxsus "İvanovka" ticarət obyektində yoxlama keçirilib. Satışa çıxarılan kərə yağlarından Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Sınaq nəticəsində kərə yağlarının tərkibinin bitki yağı və ya bitki yağları qarışığından ibarət olduğu müəyyən edilib.

Yoxlama zamanı süd məhsullarının (seperator üsulu ilə alınmış yağ, əridilmiş yağ, kəsmik, xama və s.) müvafiq baytarlıq sənədlərinin və etiket məlumatlarının olmadığı, yağların kərə yağı adı altında satışa çıxarıldığı aşkarlanıb.
Sahibkar süd məhsullarını mütəmadi olaraq İsmayıllı rayonunun İvanovka kəndində fəaliyyət göstərən müxtəlif fiziki şəxslərdən və İsmayıllı bazarından aldığını bildirib.

Məhsullar satışdan kənarlaşdırılıb, toxunulmazlıq aktı tərtib edilib və möhürlənərək saxlanca qoyulub. Təkrar laborator sınaq nəticəsində kərə yağı və kəsmik məhsulunun tərkibinin bitki yağı və ya bitki yağları qarışığından ibarət olduğu, həmçinin kəsmik məhsulunda mikrobioloji uyğunsuzluq (E.coli) müəyyən edilib.

Faktla bağlı ticarət obyektinin rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, süd məhsullarının satışı qadağan olunub.

Qeyd edək ki, "İvanovka" brendi ilə fəaliyyət göstərən başqa ticarət obyektləri də var.

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib ki, Bakı şəhərində 20-ə qədər "İvanovka" şəbəkəsinə daxil olan marketlər var:

"Əslində isə İsmayıllı rayonunun İvanovka kəndi ilə bağlı Bakıda sovetdən qalma 2 dükan var. Çox təəssüf ki, AQTA məhz həmin dükanlardan birində ciddi nöqsanlar aşkar edib. Bu da o deməkdir ki, digər 20 dükanda vəziyyət daha acınacaqlıdır. Ona görə də hesab edirəm ki, "İvanovka" ticarət şəbəkəsi ciddi nəzarətə götürülməli və bu ad altında fəaliyyət göstərən və İvanovka kəndi ilə əlaqəsi olmayan marketlərin üzərindən bu ad götürülməlidir".

Bəs, "İvanovka"nın digər ticarət obyektlərində də yoxlamalar aparılıbmı? Sözügedən kərə yağları dövriyyədən çıxarılır?

Bu suallarla AQTA-ya müraciət etdik. Qurumdan Bizim.Media-ya bildirilib ki, Agentliyin əməkdaşları tərəfindən Bakı şəhərində fəaliyyət göstərən digər "İvanovka" ticarət obyektlərində və İsmayıllı rayonunun İvanovka kəndində bu məhsulların istehsalı və satışını həyata keçirən qida subyektlərində nəzarət tədbirləri görülür:

"Kərə yağlarından və kəsmik məhsullarından götürülmüş nümunələr Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Araşdırmalar davam etdirilir. Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1129   Tarix: 08 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ombudsmanın maaşı artırıldı - Prezident təsdiqlədi

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanunu təsdiq edib. bu barədə -a istinadən xəbər verir. Azərbaycan Respublikas

06.10.2026 248
.

Yük gəmisinə hücumda daha 3 azərbaycanlı yaralanıb - XİN

"Oktyabrın 5-də Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında "Royad Məmmədov" adlı xarici yük gəmisi dron hücumuna məruz qalıb. Daxil olan məlumata əsasən, hücum nəticəsində Azərbaycan vətəndaşı, gəminin kapitanı 1974-cü il təvəllüdlü Həsənov Rüstəm İsmayıl oğlu həlak olub. Digər vətəndaşımı

06.10.2026 250
.

Marko Rubiodan Ukrayna açıqlaması: Münaqişə bitməyə doğru getmir

Ukraynadakı vəziyyət hazırda münaqişənin başa çatması istiqamətində inkişaf etmir. Teleqraf xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib. O qeyd edib ki, Ukraynanın NATO-ya daxil olması məsələsi hazırda gündəmdə deyil: "Əsas məqsəd müharibəni bitirməkdir"

06.10.2026 159
.

Qadınlar niyə evlənəndə soyadını dəyişir - Ənənənin kökü haradan gəlib?

Müasir dövrdə qadın evləndikdən sonra öz soyadını saxlaya bilər. Lakin tarix boyu bu məsələyə münasibət fərqli olub. Bir çox cütlük üçün qadının ərinin soyadını götürməsi evliliyin adi bir hissəsi sayılsa da, bu ənənə əsrlər ərzində formalaşıb və müxtəlif ölkələrdə fərqli şəkildə yayılıb. xarici mediay

06.10.2026 202
.

Birotaqlı mənzillər investisiya üçün niyə daha cəlbedici olur?

"Birotaqlı mənzillərin qiymət artımını yalnız bir səbəblə izah etmək düzgün olmaz. Burada tələb-təklif balansından tutmuş alıcıların maliyyə imkanlarına, investisiya davranışına və şəhər daxilində kiçik sahəli mənzillərə olan ehtiyaca qədər bir neçə amil paralel şəkildə təsir göstərir". Bun

06.10.2026 237
.

Məşhur TikToker məhkəmədə ağladı

Məşhur TikToker Dakota Harperin yanğın hadisəsilə bağlı məhkəməsi keçirilib. xarici mediaya istinadən xəbər verir ki, məhkəmə onun girov məbləğini 10 min dollardan 20 min dollara qaldırıb. Bundan başqa, Harperin ev dustaqlığında saxlanılması da şərtlərə əlavə edilib. Məhkəmə zalında onun qərarı emosiona

06.10.2026 196
.

Britaniya İsrailin 27 diplomatını ölkədən çıxaracaq?

İsrail Şərqi Qüdsdəki Britaniya konsulluğunun bağlanması barədə qərar versə, İsrailin Londondakı səfirliyinin 27 diplomatı ölkədən çıxarılacaq. Bizim.Media xəbər verir ki, bu barədə Reuters dörd mənbəyə istinadən məlumat yayıb. İsrail sentyabrın 8-də Britaniyaya Şərqi Qüdsdəki konsulluğu 30 gün ərzind

06.10.2026 163
.

Mühafizə olunan duracaqlarla bağlı YENİ QAYDA

Nazirlər Kabineti 6 aprel 199-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə"də dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Daxili İşlər Nazirliyi balansındakı mühafizə oluna

06.10.2026 274
.

Duracaq və qarajlarla bağlı - Dəyişiklik

"Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə"də dəyişiklik edilib. Axşam.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərar Prezidentin müvafiq Fərmanının icrasını təmin etmək məqsədilə qəbul olunub. Sənədə əsasən, Bakı Nəqliyyat Agentliy

06.10.2026 246
.