İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI

İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADIBütün dünyada insanlar pul verib qəzet alır və ya oxuduqları media qruluşuna aylıq pul verib həmin media qruluşuna pul verərək, ödənişli xəbər, analitik yazı, məqalə oxuyurlar. Ölkəmizdə isə insanlar pulsuz belə xəbər saytlarından xəbər oxumaq istəmirlər. İnsanlar əsasən xəbərləri sosial şəbəkələrdən oxumağa üstünlük verirlər. İş o yerə çatıb ki, əksər media rəhbərləri hər hansısa bir xəbəri oxuyaraq özlərini videoya çəkib, İnstagram və Tiktok kimi platformalarda insanların qarşısına çıxmağa çalışırlar.

Mövzu ilə bağlı media eksperti Nicat Abdullayev BiG.AZ-a açıqlamasında bildirdi ki, Azərbaycanda ənənəvi media - xüsusən də qəzet və xəbər saytlarının oxunma səviyyəsinin aşağı olması bir neçə kompleks amillə bağlıdır. Onun sözlərinə görə, bu təkcə oxucu davranışı ilə yox, media mühiti, texnoloji dəyişikliklər və sosial vərdişlərlə birbaşa əlaqəlidir: "Əvvəla, sosial şəbəkələrin sürətli və daha rahat informasiya mühiti yaratması əsas faktordur. İnsanlar artıq xəbəri axtarmır, xəbər onların qarşısına çıxır. "Facebook", "Instagram", "Telegram" kimi platformalar alqoritm əsasında istifadəçiyə maraqlı hesab etdiyi məzmunu təqdim edir. Bu da klassik "saytı aç, xəbəri tap, oxu" vərdişini zəiflədir. Azərbaycanda mobil internet istifadəçilərinin sayının sürətlə artması bu prosesi daha da gücləndirib.

İkinci mühüm səbəb medianın iqtisadi modeli ilə bağlıdır. Bir çox Qərb ölkəsində oxucu konkret keyfiyyətli kontentə görə ödəniş etməyə hazırdır. Çünki orada medianın etibarlılığı və analitik səviyyəsi yüksəkdir. Azərbaycanda isə uzun illər ərzində "xəbər pulsuz olmalıdır" düşüncəsi formalaşıb. Bu mentalitet həm oxucunun pullu kontentə marağını azaldır, həm də redaksiyaların maliyyə dayanıqlığını zəiflədir. Nəticədə keyfiyyətli, dərin analitik materialların sayı azalır.

Digər mühüm səbəb bölgələrdə informasiya mədəniyyətinin yetərincə formalaşmamasıdır. Bölgələrdə insanlar daha çox şifahi məlumata, sosial şəbəkə paylaşımlarına və messencer qruplarına üstünlük verirlər. Yerli qəzetlərin tirajları aşağı düşüb, regional saytların texniki imkanları və resursları məhduddur. Bu da oxucu üçün alternativləri daraldır.

Bundan əlavə, etimad problemi də önəmli faktordur. Oxucuların bir qismi xəbər saytlarını ya çox rəsmi, ya da sensasiya xəttinə yaxın hesab edir. Sosial şəbəkələrdə isə eyni mövzu fərqli rakurslardan, fərqli emosional dillə təqdim olunur və bu, oxucuda "daha real" təsiri yaradır - baxmayaraq ki, orada dezinformasiya riski daha yüksəkdir.

Sonda onu qeyd edim ki, problem yalnız oxucuda deyil. Media özü də dəyişən oxucu davranışına uyğunlaşmaqda gecikib. Yeni formatlar - podkastlar, qısa videolar, vizual jurnalistika, yerli mövzular üzrə spesifik kontent - hələ geniş yayılmayıb. Redaktorların sosial şəbəkədə aktiv olması isə artıq seçim yox, zərurətə çevrilib. Bu, medianın zəifliyi yox, əksinə, dəyişən informasiya mühitinə adaptasiya prosesidir.

Yəni səbəb bir deyil: bu, texnologiya, iqtisadi model, oxucu vərdişləri, etimad mühiti və medianın öz inkişaf tempi ilə bağlı çoxşaxəli bir prosesdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1390   Tarix: 09 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Keçmiş xanımı Tatlısəsin son durumunu açıqladı

Türkiyəli müğənni İbrahim Tatlısesin keçmiş həyat yoldaşı Ayşegül Yıldız sənətçinin səhhətindən danışıb. Axşam.az xəbər verir ki, tədbirlərdən birinə qatılan Yıldız jurnalistlərin Tatlısesin son vəziyyəti ilə bağlı suallarını cavablandırıb. O, müğənninin müalicəsinin davam etdiyini bildirib. "Fikrimcə

06.10.2026 200
.

Hamının 8 saat yatmasına ehtiyac yoxdur - ARAŞDIRMA

Səkkiz saatlıq yuxu uzun illərdir böyüklər üçün bir növ "qızıl standart" hesab olunur. Lakin yeni elmi icmal göstərir ki, bu müddət hər kəs üçün eyni dərəcədə optimal olmaya bilər. xarici mediaya istinadən xəbər verir ki, hər gecə mütləq səkkiz saat yatmaq qaydasını bütün böyüklər üçün dəyişmə

06.10.2026 183
.

Müəllim əvəzolunmazdırsa, niyə süni intellektdən qorxuruq?

"Elm və təhsil naziri Emin Əmrullayevin "Müəllim onsuz da müəllimdir, süni intellekt onu əvəz etməyəcək" fikri ilk baxışdan rahatladıcı səslənir. Amma təhsildə baş verən dəyişikliklərə bir qədər diqqətlə baxanda başqa bir sual yaranır: süni intellekt müəllimi əvəz etməyəcəksə, bəs nəy

06.10.2026 204
.

Dünyada yenidən populyarlaşan 10 qədim ad

Bu adlar əvvəlki nəsillərə məxsus olsa da, sadə səslənişi və zamana meydan oxuyan cazibəsi sayəsində bu gün yenidən dəbdədir. Bəzi adlar əslində heç vaxt tamamilə dəbdən düşmür. Uzun müddət yaşlı nəsillə assosiasiya olunan bir çox "vintaj" ad indi yenidən qayıdır və valideynlər arasında mara

06.10.2026 182
.

Melonidən qeyri-adi qərar

İtaliyanın Baş naziri Cocrsiya Meloni müasir texnologiyaların və süni intellektin yaratdığı risklərə qarşı mübarizədə presedent yaradacaq mühüm addım atıb. "Yeni Sabah" xəbər verir ki, baş nazir səsinin süni intellekt vasitəsilə klonlaşdırılmasının, eləcə də müxtəlif saxta (deepfake) məzmunlard

06.10.2026 164
.

Husilər Səudiyyə hava limanına zərbə endirdilər

Husilər Səudiyyə Ərəbistanının Asir əyalətində yerləşən Abha Beynəlxalq Hava Limanına yeni zərbə endirdiklərini bildiriblər. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Husilərin hərbi sözçüsü Yəhya Səri açıqlamasında bildirib ki, hava limanı ballistik raketlə hədəfə alınıb. Onun sözlərinə görə, rake

06.10.2026 203
.

"Sildim, deməli, yox oldu": İnternetdəki ən böyük yanlış təsəvvür

"İnternetdə şəxsi məlumatların silinməsi ilə bağlı ən böyük miflərdən biri "delete" düyməsinə basdıqdan sonra məlumatın tamamilə yox olmasıdır. Əslində isə internet belə işləmir". Bunu BİG.Az-a açıqlamasında İKT üzrə ekspert Elvin Həsənov bildirib. O, qeyd edib ki, məlumat internet

06.10.2026 275
.

Aviaşirkətdən XƏBƏRDARLIQ - Bu rəngli çamadanlardan uzaq durun

Çamadanların ən populyar rənglərinin hava səyahətləri üçün heç də ən praktik seçim olmadığı məlum olub. Avropanın "Ryanair" aviaşirkəti sərnişinlərə səfərdən əvvəl çamadanın rəngini daha diqqətlə seçməyi tövsiyə edib. Səyahətçilərə qara, boz və tünd göy rəngli baqajlardan mümkün qədər uza

06.10.2026 187
.

Prezident Böyük Britaniyanın nazirini qəbul etdi - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Lord Anas Sarvarı qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağl

06.10.2026 373
.