Azərbaycanda kimlər 13-cü maaş alır? - Hamını maraqlandıran açıqlama
Azərbaycanda bəzi dövlət qurumları və özəl şirkətlər ilin sonunda işçilərinə əlavə 13-cü maaş ödəyir.
BAKU.WS-in məlumatına görə, bu praktika işçilər üçün müsbət qərar olsa da bütün qurum və şirkətlərdə tətbiq olunmur.
Maraqlıdır ki, Əmək Məcəlləsində belə bir öhdəlik nəzərdə tutulurmu? 13-cü maaş işçilərin motivasiyası və sosial rifahına necə təsir edir?
Azərbaycanda Əmək Məcəlləsində və digər normativ-hüquqi aktlarda 13-cü maaşın (ildə bir dəfə əlavə maaşın) verilməsi barədə konkret tələblər yoxdur. Bu ödəniş qanunla məcburi şəkildə tələb olunmur və əmək haqqı strukturunun ayrılmaz hissəsi kimi müəyyən edilməyib.
13-cü maaş adətən ilin sonunda və ya bayramlar ərəfəsində şirkət və ya dövlət qurumunun təşəbbüsü ilə verilir. Bu, işçilərə əlavə mükafat və ya bonus kimi təqdim olunur və çox vaxt bir aylıq əmək haqqı miqdarında olur, lakin bu da standart deyil.
Onun verilməsi işəgötürənlə işçi arasındakı əmək müqaviləsində və ya kollektiv müqavilədə əks olunarsa, həmin öhdəlik yerinə yetirilməlidir. Əks halda işəgötürən bu əlavə ödənişi vermək məcburiyyətində deyil.
İqtisadçı ekspert Xalid Kərimli də BAKU.WS-ə açıqlamasında bildirib ki, bu praktika qanunla tənzimlənmir:
"Bu ənənə bəzi qurum və şirkətlərin şəxsi təşəbbüsü ilə reallaşır. Heç bir məcburiyyət və öhdəlik yoxdur. Təbii ki, bəzi rəhbər şəxslər öz işçilərinə qarşı bu müsbət təşəbbüsü reallaşdırırlar. Bunun da həm iş mühiti, həm də işçilərin sosial rifahı baxımdan olduca müsbət təsirləri olur. 13-cü maaşın verilməsi şirkət və ya qurumun imkanlarına bağlı olur. Əgər büdcə buna imkan verirsə, işçilərin motivasiyası baxımdan belə bir praktika tətbiq olunur".
Qeyd edək ki, işçilərə il ərzində göstərdikləri əməyə görə əlavə mükafat verilməsi onların motivasiyasını artırır. Belə bonuslar işçilərin şirkətdə qalma istəyini və təşkilata bağlılığını gücləndirə bilər. İlin sonunda əlavə ödəniş ailələrin bayram xərclərini qarşılamağa və sosial rifahı artırmağa kömək edir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2213 Tarix: 12 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBirotaqlı mənzillər investisiya üçün niyə daha cəlbedici olur?
"Birotaqlı mənzillərin qiymət artımını yalnız bir səbəblə izah etmək düzgün olmaz. Burada tələb-təklif balansından tutmuş alıcıların maliyyə imkanlarına, investisiya davranışına və şəhər daxilində kiçik sahəli mənzillərə olan ehtiyaca qədər bir neçə amil paralel şəkildə təsir göstərir". Bun
06.10.2026 237 Kirayə mənzillər bu tarixdən UCUZLAŞACAQ
Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) 2026-cı ilin sentyabr ayı üzrə açıqladığı daşınmaz əmlak bazarı indeksinə əsasən, kirayə mənzil bazarında da artım qeydə alınıb. Şəhər mənzillərinin kirayəsində də artım davam edib. Yeni tikili mənzillərdə median kirayə 11.03 manat/m², AQP indeksi 101.
06.10.2026 270 Türkiyə və Pakistan Yəmənə müdaxilə edə bilərmi? "Məkkə Sazişi"nin ilk sınağı
"Məkkə Sazişi"ni imzalayan Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan birgə müdafiə mexanizmlərinin praktiki icrasına başlayıblar. Tərəflər müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi, birgə çəkindirmə imkanlarının artırılması və hərbi imkanların koordinasiyası istiqamətində tədbirlərin görülməs
06.10.2026 249 Aviaşirkətdən XƏBƏRDARLIQ - Bu rəngli çamadanlardan uzaq durun
Çamadanların ən populyar rənglərinin hava səyahətləri üçün heç də ən praktik seçim olmadığı məlum olub. Avropanın "Ryanair" aviaşirkəti sərnişinlərə səfərdən əvvəl çamadanın rəngini daha diqqətlə seçməyi tövsiyə edib. Səyahətçilərə qara, boz və tünd göy rəngli baqajlardan mümkün qədər uza
06.10.2026 187 Qadınlar niyə evlənəndə soyadını dəyişir - Ənənənin kökü haradan gəlib?
Müasir dövrdə qadın evləndikdən sonra öz soyadını saxlaya bilər. Lakin tarix boyu bu məsələyə münasibət fərqli olub. Bir çox cütlük üçün qadının ərinin soyadını götürməsi evliliyin adi bir hissəsi sayılsa da, bu ənənə əsrlər ərzində formalaşıb və müxtəlif ölkələrdə fərqli şəkildə yayılıb. xarici mediay
06.10.2026 202 42 kilometrlik marafonu robot it tamamladı
Cənubi Koreyada hazırlanmış dördayaqlı robot bir dəfə də batareyasını dəyişmədən tam marafon məsafəsini qət edib. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, "Nature" jurnalında yayımlanan araşdırmaya görə, KAIST alimlərinin hazırladığı RAIBO2 robotu 42,195 kilometrlik Sangju marafonun
06.10.2026 235 Elektron siqaret "zərərsiz buxar" deyil - Ağciyərləriniz təhlükədə
0-19 yaş qrupunu əhatə edən 81 araşdırmanın nəticələri elektron siqaret istifadəsinin gənclərdə öskürək, xırıltılı nəfəsalma, bronxitə bənzər şikayətlər və astma tutmalarının artması ilə əlaqəli olduğunu göstərib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, 14 mindən çox elmi məqalənin araşdırılmas
06.10.2026 229 Dalinin üz qabığını hazırladığı kitab oğurlandı
Dünyanın ən bahalı kitablarından biri olan Jozef Forenin "Apokalipsis" əsəri Fransanın İssuar şəhərindəki müasir incəsənət muzeyindən oğurlanıb. "Qafqazinfo" RT nəşrinə istinadən xəbər verir ki, bu kitabın üz qabığını dünyaca məşhur rəssam Salvador Dali hazırlayıb. 1958-1961-ci illərd
06.10.2026 126 Duracaq və qarajlarla bağlı - Dəyişiklik
"Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə"də dəyişiklik edilib. Axşam.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərar Prezidentin müvafiq Fərmanının icrasını təmin etmək məqsədilə qəbul olunub. Sənədə əsasən, Bakı Nəqliyyat Agentliy
06.10.2026 246