Paşinyanın sülh çağırışı: diplomatik jest yoxsa real dəyişiklik?

Paşinyanın sülh çağırışı: diplomatik jest yoxsa real dəyişiklik?"Paşinyanın separatçılara yönəltdiyi sülh çağırışı ilk baxışda "yeni yanaşma" kimi görünür, amma arxa planda daha çox siyasi özünümüdafiə dayanır. Ermənistan rəhbərliyi uzun müddət separatizmi dəstəkləyən tərəf kimi tanınıb və indi bu mövqedən geri çəkilmək ona həm beynəlxalq, həm də regional auditoriyada xal qazandıra bilər".

Bunu BiG.AZ-a açıqlamasında politoloq Tural İsmayılov bildirib.

O, qeyd edib ki, bu çağırış Paşinyanın Qərbə göndərdiyi siqnaldır: "Mən eskalasiyanın tərəfdarı deyiləm". Separatçı dairələr isə buna real cavab vermək niyyətində deyil, çünki onların mövcudluğu məhz gərginlik üzərində qurulub. Azərbaycan tərəfi üçün bu bəyanatın praktiki dəyəri azdır, çünki Bakı separatizmi onsuz da bitmiş mövzu hesab edir:

"Paşinyan daha çox məsuliyyəti öz üzərindən atmağa çalışır: "Mən dedim, amma onlar eşitmədi" formatında. Ermənistan cəmiyyətində bu çıxış müəyyən narazılıq yarada bilər, çünki uzun illər boyu formalaşmış təbliğat bu mesajla toqquşur. Rusiya da bu çağırışı soyuq qarşılayacaq, çünki bölgədəki alətləri zəifləyir. Separatçı qruplar üçün isə bu sadəcə siyasi jestdən o yana keçməyəcək.

Real təsir yalnız o halda mümkündür ki, Ermənistan konkret addımlar atsın, amma həmin iradə hələ görünmür. Ona görə də bu çağırışın nəticə verəcəyi ehtimalı çox zəifdir. Paşinyanın mesajı daha çox diplomatik protokol üçün nəzərdə tutulmuş jestdir, real dəyişiklik üçün yox".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 537   Tarix: 12 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Birotaqlı mənzillər investisiya üçün niyə daha cəlbedici olur?

"Birotaqlı mənzillərin qiymət artımını yalnız bir səbəblə izah etmək düzgün olmaz. Burada tələb-təklif balansından tutmuş alıcıların maliyyə imkanlarına, investisiya davranışına və şəhər daxilində kiçik sahəli mənzillərə olan ehtiyaca qədər bir neçə amil paralel şəkildə təsir göstərir". Bun

06.10.2026 237
.

Kirayə mənzillər bu tarixdən UCUZLAŞACAQ

Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) 2026-cı ilin sentyabr ayı üzrə açıqladığı daşınmaz əmlak bazarı indeksinə əsasən, kirayə mənzil bazarında da artım qeydə alınıb. Şəhər mənzillərinin kirayəsində də artım davam edib. Yeni tikili mənzillərdə median kirayə 11.03 manat/m², AQP indeksi 101.

06.10.2026 270
.

Türkiyə və Pakistan Yəmənə müdaxilə edə bilərmi? "Məkkə Sazişi"nin ilk sınağı

"Məkkə Sazişi"ni imzalayan Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan birgə müdafiə mexanizmlərinin praktiki icrasına başlayıblar. Tərəflər müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi, birgə çəkindirmə imkanlarının artırılması və hərbi imkanların koordinasiyası istiqamətində tədbirlərin görülməs

06.10.2026 249
.

Aviaşirkətdən XƏBƏRDARLIQ - Bu rəngli çamadanlardan uzaq durun

Çamadanların ən populyar rənglərinin hava səyahətləri üçün heç də ən praktik seçim olmadığı məlum olub. Avropanın "Ryanair" aviaşirkəti sərnişinlərə səfərdən əvvəl çamadanın rəngini daha diqqətlə seçməyi tövsiyə edib. Səyahətçilərə qara, boz və tünd göy rəngli baqajlardan mümkün qədər uza

06.10.2026 187
.

Qadınlar niyə evlənəndə soyadını dəyişir - Ənənənin kökü haradan gəlib?

Müasir dövrdə qadın evləndikdən sonra öz soyadını saxlaya bilər. Lakin tarix boyu bu məsələyə münasibət fərqli olub. Bir çox cütlük üçün qadının ərinin soyadını götürməsi evliliyin adi bir hissəsi sayılsa da, bu ənənə əsrlər ərzində formalaşıb və müxtəlif ölkələrdə fərqli şəkildə yayılıb. xarici mediay

06.10.2026 202
.

42 kilometrlik marafonu robot it tamamladı

Cənubi Koreyada hazırlanmış dördayaqlı robot bir dəfə də batareyasını dəyişmədən tam marafon məsafəsini qət edib. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, "Nature" jurnalında yayımlanan araşdırmaya görə, KAIST alimlərinin hazırladığı RAIBO2 robotu 42,195 kilometrlik Sangju marafonun

06.10.2026 235
.

Elektron siqaret "zərərsiz buxar" deyil - Ağciyərləriniz təhlükədə

0-19 yaş qrupunu əhatə edən 81 araşdırmanın nəticələri elektron siqaret istifadəsinin gənclərdə öskürək, xırıltılı nəfəsalma, bronxitə bənzər şikayətlər və astma tutmalarının artması ilə əlaqəli olduğunu göstərib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, 14 mindən çox elmi məqalənin araşdırılmas

06.10.2026 229
.

Dalinin üz qabığını hazırladığı kitab oğurlandı

Dünyanın ən bahalı kitablarından biri olan Jozef Forenin "Apokalipsis" əsəri Fransanın İssuar şəhərindəki müasir incəsənət muzeyindən oğurlanıb. "Qafqazinfo" RT nəşrinə istinadən xəbər verir ki, bu kitabın üz qabığını dünyaca məşhur rəssam Salvador Dali hazırlayıb. 1958-1961-ci illərd

06.10.2026 126
.

Duracaq və qarajlarla bağlı - Dəyişiklik

"Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə"də dəyişiklik edilib. Axşam.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərar Prezidentin müvafiq Fərmanının icrasını təmin etmək məqsədilə qəbul olunub. Sənədə əsasən, Bakı Nəqliyyat Agentliy

06.10.2026 246
.