Ölkədə qlobal brendlərin üzərinə niyə keyfiyyət tələbi qoyulmur? - MARKETOLOQDAN AÇIQLAMA

Ölkədə qlobal brendlərin üzərinə niyə keyfiyyət tələbi qoyulmur? - MARKETOLOQDAN AÇIQLAMAÖlkədə illərdir Qərb ölkələrinə məxsus qida, dərman, təmizlik və şəxsi gigiyena vasitələri Rusiya və Avropa ölkələri zavodu olaraq gəlirdi. Rusiya-Ukrayna müharibəsindən sonra isə Qərb ölkələrinə məxsus bir çox qlobal brend Rusiyanın işğalçılıq siyasətinə etiraz olaraq, Rusiyada yerləşən zavodlarını bağladı və Rusiya bazarını tərk etdi. Qlobal brendlərin Rusiya zavodu bağlandığı üçün ölkəmizə artıq məhsullar Rusiya və Avropa ölkələri zavodu deyil, Türkiyə və Asiya ölkələri gəlməyə başladı. Rusiya və Avropa ölkələri istehsalı məhsulların keyfiyyəti ilə Türkiyə və Asiya ölkələri istehsalı məhsulların keyfiyyəti eyni deyil.

Üstəlik qida, dərman, təmizlik və şəxsi gigiyena vasitələrinin qiymətləridə Rusiya-Ukrayna müharibəsindən sonra durmadan bahalaşır. Yəni biz artıq daha baha qiymətə keyfiyyəti aşağı olan məhsullar almağa başladıq. Bir çox ölkələrdə isə qlobal brendlərin üzərinə həmin ölkələrdə mütləq nümayəndəliyin olması və keyfiyyətlə bağlı öhdəliklər qoyulub. Ölkəmizdə isə qlobal brendlərin üzərinə heç bir keyfiyyət tələbi qoyulmayıb. Qlobal brendlərdə qanunvericilikdəki bu boşluqlardan istifadə edirlər.

Mövzu ilə bağlı marketoloq Ramin Kazımov BiG.AZ-a açıqlamasında bildirdi ki, qlobal brendlərin üzərinə yüksək keyfiyyət tələbi qoyulmur, çünki onlar artıq uzun illərdir formalaşmış etibar kapitalı ilə bazarı yönləndirirlər. Onun sözlərinə görə, bu şirkətlər bir dəfə brend dəyərini yaratdıqdan sonra istehlakçı psixologiyasını elə formalaşdırırlar ki, insanlar məhsulun real keyfiyyətindən çox, onun adının yaratdığı illüziyanı satın alırlar: "Praktikada isə böyük brendlər üçün əsas prioritet davamlı satış həcmləridir, keyfiyyət standartları yox. Onlar istehlakçının ehtiyacını deyil, vərdişini idarə edirlər. Bu səbəbdən də qlobal şirkətlərə sərt keyfiyyət tələbləri qoyulmur - çünki bazarın özü artıq onların xeyrinə işləyir və tənqidlər belə satışları ciddi zədələmir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 847   Tarix: 12 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Birotaqlı mənzillər investisiya üçün niyə daha cəlbedici olur?

"Birotaqlı mənzillərin qiymət artımını yalnız bir səbəblə izah etmək düzgün olmaz. Burada tələb-təklif balansından tutmuş alıcıların maliyyə imkanlarına, investisiya davranışına və şəhər daxilində kiçik sahəli mənzillərə olan ehtiyaca qədər bir neçə amil paralel şəkildə təsir göstərir". Bun

06.10.2026 237
.

Kirayə mənzillər bu tarixdən UCUZLAŞACAQ

Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) 2026-cı ilin sentyabr ayı üzrə açıqladığı daşınmaz əmlak bazarı indeksinə əsasən, kirayə mənzil bazarında da artım qeydə alınıb. Şəhər mənzillərinin kirayəsində də artım davam edib. Yeni tikili mənzillərdə median kirayə 11.03 manat/m², AQP indeksi 101.

06.10.2026 270
.

Türkiyə və Pakistan Yəmənə müdaxilə edə bilərmi? "Məkkə Sazişi"nin ilk sınağı

"Məkkə Sazişi"ni imzalayan Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan birgə müdafiə mexanizmlərinin praktiki icrasına başlayıblar. Tərəflər müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi, birgə çəkindirmə imkanlarının artırılması və hərbi imkanların koordinasiyası istiqamətində tədbirlərin görülməs

06.10.2026 249
.

Aviaşirkətdən XƏBƏRDARLIQ - Bu rəngli çamadanlardan uzaq durun

Çamadanların ən populyar rənglərinin hava səyahətləri üçün heç də ən praktik seçim olmadığı məlum olub. Avropanın "Ryanair" aviaşirkəti sərnişinlərə səfərdən əvvəl çamadanın rəngini daha diqqətlə seçməyi tövsiyə edib. Səyahətçilərə qara, boz və tünd göy rəngli baqajlardan mümkün qədər uza

06.10.2026 187
.

Qadınlar niyə evlənəndə soyadını dəyişir - Ənənənin kökü haradan gəlib?

Müasir dövrdə qadın evləndikdən sonra öz soyadını saxlaya bilər. Lakin tarix boyu bu məsələyə münasibət fərqli olub. Bir çox cütlük üçün qadının ərinin soyadını götürməsi evliliyin adi bir hissəsi sayılsa da, bu ənənə əsrlər ərzində formalaşıb və müxtəlif ölkələrdə fərqli şəkildə yayılıb. xarici mediay

06.10.2026 202
.

42 kilometrlik marafonu robot it tamamladı

Cənubi Koreyada hazırlanmış dördayaqlı robot bir dəfə də batareyasını dəyişmədən tam marafon məsafəsini qət edib. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, "Nature" jurnalında yayımlanan araşdırmaya görə, KAIST alimlərinin hazırladığı RAIBO2 robotu 42,195 kilometrlik Sangju marafonun

06.10.2026 235
.

Elektron siqaret "zərərsiz buxar" deyil - Ağciyərləriniz təhlükədə

0-19 yaş qrupunu əhatə edən 81 araşdırmanın nəticələri elektron siqaret istifadəsinin gənclərdə öskürək, xırıltılı nəfəsalma, bronxitə bənzər şikayətlər və astma tutmalarının artması ilə əlaqəli olduğunu göstərib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, 14 mindən çox elmi məqalənin araşdırılmas

06.10.2026 229
.

Dalinin üz qabığını hazırladığı kitab oğurlandı

Dünyanın ən bahalı kitablarından biri olan Jozef Forenin "Apokalipsis" əsəri Fransanın İssuar şəhərindəki müasir incəsənət muzeyindən oğurlanıb. "Qafqazinfo" RT nəşrinə istinadən xəbər verir ki, bu kitabın üz qabığını dünyaca məşhur rəssam Salvador Dali hazırlayıb. 1958-1961-ci illərd

06.10.2026 126
.

Duracaq və qarajlarla bağlı - Dəyişiklik

"Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə"də dəyişiklik edilib. Axşam.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərar Prezidentin müvafiq Fərmanının icrasını təmin etmək məqsədilə qəbul olunub. Sənədə əsasən, Bakı Nəqliyyat Agentliy

06.10.2026 246
.