Zərdabi restoran qapıçısı kimi... - Kim getməlidir: Zərdabi, yoxsa restoran?

Zərdabi restoran qapıçısı kimi... - Kim getməlidir: Zərdabi, yoxsa restoran?Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev Həsən bəy Zərdabinin heykəlinin İçərişəhərdən köçürülməsi təklifi ilə çıxış edib. O, Milli Məclisdə "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" mövzusuna həsr edilən konfransda çıxış zamanı bildirib ki, Həsən bəy Zərdabi orada restoranın qapıçısı kimi görünür:

"İçərişəhərdə Milli Ensiklopediyanın keçmiş binası yerləşir. İndi o binanın bir mərtəbəsini restoran ediblər. İndi Həsən bəy Zərdabi orada restoranın qapıçısı kimi görünür. Restorana girənlər baxırlar ki, bu kimdir? Təklif edirəm ki, həmin heykəl Şəhriyar adına klubla üzbəüzə - Azərbaycan Dövlət Pedaqoji Universitetinin bağına köçürülsün".

Anar Rzayevin bu təklifinə Həsən bəy Zərdabinin xələfləri nə deyir?

"Bizim yol" qəzetinin Baş redaktoru Bahəddin Həziyev Qaynarinfo-ya açıqlamasında sözügedən yerdə fəaliyyət göstərən restoranın bağlanmadığına inanmır:

"Bəli, böyük maarifçi ziyalımız Həsən bəy Zərdabinin heykəli orda restoran açılmamışdan əvvəl var idi. Anarın təsvir etdiyi vəziyyət yarandığına görə seçim zərurəti yaranıb: ya orda Həsən bəy Zərdabinin heykəli qalmalıdır, ya restoran. Ancaq hazırkı dövrdə mədə mədəniyyətdən üstün mövqeyə keçdiyinə görə, restoranın bağlanması deyil, heykəlin köçürülməsi müzakirə olunur. Görünür, İçərişəhərə Zərdabini yaraşdırmırıq, bizə xarici turist, Zərdabi kimi milli altruistdən daha maraqlıdır. Hərçənd biz elə turistə dolmanın, lavaşın, Qız Qalasının, təndir çörəyinin, yaxud Şirvanşahlar Sarayının yanında Həsən bəy Zərdabini də tanıtmalıyıq. Yazıçının təklifinə qayıtsaq, hər halda restoranı bağlamayacaqlar".

Bahəddin Həziyev bu səbəbdən də heykəlin köçürülməsi haqda qərarın verilə biləcəyini düşünür:

"Onda, heç olmasa, Zərdabinin adına, millət üçün göstərdiyi xidmətlərə uyğun yer seçilsə, yaxşı olar. Amma ümumilikdə mənim heykəl məsələsinə öz yanaşmam var. Həsən bəy Zərdabini heykəlsiz də tanıyırıq, tanımalıyıq, tanıtmalıyıq. Sevirik, sevməliyik, sevdirməliyik. Onu elm daha çox öyrənməlidir, təhsil daha çox oxutmalıdır. Bunlar heykəldən də vacibdir. Amma heykəli də olursa, nə yaxşı. Amma yaxşı yerdə, yaxşı səviyyədə. Restoran qapısında yox".

Cəbhəinfo.az qəzetinin baş redaktoru Rəfael Becanov hesab edir ki, milli mətbuatın banisi Həsən bəy Zərdabinin heykəlinin köçürülməsi ilə bağlı Anarın təklifinin mənası hazırda yerləşdiyi ərazidəki uyğunsuzluqla bağlıdır:

"Hesab edirəm ki, diqqətə alınmalı təklifdir. Müvafiq icra hakimiyyəti bunu nəzərə alsa, yaxşı olar. Zərdabi milli fikrin formalaşmasında xüsusi yeri olan böyük maarifçilərimizdən biridir. Onun milli mətbuatımızla yanaşı, təhsillə, xeyriyyəçiliklə bağlı da xüsusi xidmətləri olub. Eyni zamanda Bakı Dumasının üzvü olub. İctimai xadim, maarifpərvər, mətbuatımızın yaradıcısı olmaqla yanaşı, Bakı şəhərinin inkişafında da əməyi tarixdən məlumdur".

Rəfael Becanovun fikirincə, məsələyə təkcə heykəl və restoran səviyyəsində baxılması doğru deyil:

"Hər yerdə bir az yaxın, yaxud bir az uzaq heykəl də ola bilər, restoran da. Sadəcə, milli düşüncəmizin inkişafında özünəməxsus yeri olan bir şəxsiyyəyin heykəlinin qələbəlik məkanda olması daha yaxşıdır. Təbii ki, biz milli mətbuatımızın yaradıcısını, maarifpərvər şəxsiyyətimizi daha çox adamın tanımasını, ona olan hörmətimizi, sayğımızı görməsini istəyirik. Xüsusən istəyirik ki, gənclərimiz bu tarixi şəxsiyyətlərimizi tanısınlar. Bu baxımdan hörmətli Anarın heykəlin Şəhriyar klubu ilə üzbəüz Azərbaycan Dövlət Pedaqoji Universitetinin bağına köçürülməsi təklifi maraqlıdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 489   Tarix: 12 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Birotaqlı mənzillər investisiya üçün niyə daha cəlbedici olur?

"Birotaqlı mənzillərin qiymət artımını yalnız bir səbəblə izah etmək düzgün olmaz. Burada tələb-təklif balansından tutmuş alıcıların maliyyə imkanlarına, investisiya davranışına və şəhər daxilində kiçik sahəli mənzillərə olan ehtiyaca qədər bir neçə amil paralel şəkildə təsir göstərir". Bun

06.10.2026 237
.

Kirayə mənzillər bu tarixdən UCUZLAŞACAQ

Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) 2026-cı ilin sentyabr ayı üzrə açıqladığı daşınmaz əmlak bazarı indeksinə əsasən, kirayə mənzil bazarında da artım qeydə alınıb. Şəhər mənzillərinin kirayəsində də artım davam edib. Yeni tikili mənzillərdə median kirayə 11.03 manat/m², AQP indeksi 101.

06.10.2026 270
.

Türkiyə və Pakistan Yəmənə müdaxilə edə bilərmi? "Məkkə Sazişi"nin ilk sınağı

"Məkkə Sazişi"ni imzalayan Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan birgə müdafiə mexanizmlərinin praktiki icrasına başlayıblar. Tərəflər müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi, birgə çəkindirmə imkanlarının artırılması və hərbi imkanların koordinasiyası istiqamətində tədbirlərin görülməs

06.10.2026 249
.

Aviaşirkətdən XƏBƏRDARLIQ - Bu rəngli çamadanlardan uzaq durun

Çamadanların ən populyar rənglərinin hava səyahətləri üçün heç də ən praktik seçim olmadığı məlum olub. Avropanın "Ryanair" aviaşirkəti sərnişinlərə səfərdən əvvəl çamadanın rəngini daha diqqətlə seçməyi tövsiyə edib. Səyahətçilərə qara, boz və tünd göy rəngli baqajlardan mümkün qədər uza

06.10.2026 187
.

Qadınlar niyə evlənəndə soyadını dəyişir - Ənənənin kökü haradan gəlib?

Müasir dövrdə qadın evləndikdən sonra öz soyadını saxlaya bilər. Lakin tarix boyu bu məsələyə münasibət fərqli olub. Bir çox cütlük üçün qadının ərinin soyadını götürməsi evliliyin adi bir hissəsi sayılsa da, bu ənənə əsrlər ərzində formalaşıb və müxtəlif ölkələrdə fərqli şəkildə yayılıb. xarici mediay

06.10.2026 202
.

42 kilometrlik marafonu robot it tamamladı

Cənubi Koreyada hazırlanmış dördayaqlı robot bir dəfə də batareyasını dəyişmədən tam marafon məsafəsini qət edib. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, "Nature" jurnalında yayımlanan araşdırmaya görə, KAIST alimlərinin hazırladığı RAIBO2 robotu 42,195 kilometrlik Sangju marafonun

06.10.2026 235
.

Elektron siqaret "zərərsiz buxar" deyil - Ağciyərləriniz təhlükədə

0-19 yaş qrupunu əhatə edən 81 araşdırmanın nəticələri elektron siqaret istifadəsinin gənclərdə öskürək, xırıltılı nəfəsalma, bronxitə bənzər şikayətlər və astma tutmalarının artması ilə əlaqəli olduğunu göstərib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, 14 mindən çox elmi məqalənin araşdırılmas

06.10.2026 229
.

Dalinin üz qabığını hazırladığı kitab oğurlandı

Dünyanın ən bahalı kitablarından biri olan Jozef Forenin "Apokalipsis" əsəri Fransanın İssuar şəhərindəki müasir incəsənət muzeyindən oğurlanıb. "Qafqazinfo" RT nəşrinə istinadən xəbər verir ki, bu kitabın üz qabığını dünyaca məşhur rəssam Salvador Dali hazırlayıb. 1958-1961-ci illərd

06.10.2026 126
.

Duracaq və qarajlarla bağlı - Dəyişiklik

"Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə"də dəyişiklik edilib. Axşam.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərar Prezidentin müvafiq Fərmanının icrasını təmin etmək məqsədilə qəbul olunub. Sənədə əsasən, Bakı Nəqliyyat Agentliy

06.10.2026 246
.