Ərdoğan: Rusiya-Ukrayna münaqişəsində sülh uzaqda deyil
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna münaqəsində sülhün uzaqda olmadığını deyib.
"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, Türkiyə lideri bu barədə Türkmənistan səfərindən dönərkən təyyarədə jurnalistlərə açıqlaması zamanı danışıb.
Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə görüşünün dərin məzmunlu keçdiyini qeyd edib:
"Görüş zamanı sülh səylərini müzakirə etdik. Türkiyənin bu məsələdə harada dayandığını bütün aktorlar kimi Vladimir Putin də çox yaxşı bilir. Biz bu müharibənin artıq çoxdan bitməli olduğunu düşünürük və bunu bütün tərəfdaşlarımıza açıq şəkildə deyirik", - o deyib.
R.T.Ərdoğan onu da bildirib ki, Qara dəniz qisas meydanına çevrilməməlidir: "Belə bir vəziyyət Rusiya və Ukraynaya yalnız zərər verər, heç bir fayda gətirməz. Qara dənizdə dənizçilik və naviqasiya təhlükəsizliyinə hamının ehtiyacı var. Bu mütləq təmin edilməlidir".
Türkiyə Prezidenti bildirib ki, rusiyalı həmkarını ölkəsində gözlədiyini də qarşı tərəfə çatdırıb: "Görüşümüz zamanı xüsusilə ona hər an onu gözlədiyimi ifadə etdim. Bunun üçün də ən qısa zamanda bir araya gəlməli olduğumuzu müzakirə etdik. O da "sözümü yerinə yetirəcəyəm" dedi. Ümid edirəm ki, bu səfəri ən yaxın zamanda reallaşdırarıq".
R.T.Ərdoğan Rusiya-Ukrayna münaqişəsi ilə bağlı ABŞ Prezidenti Donald Trampın da prosesdə iştirakına diqqət çəkib:
"Trampın fəal rol alması ilə yanaşı, biz də ABŞ-ni təşviq edirik. Xarici işlər naziri Hakan Fidanın ABŞ-dəki aidiyyəti şəxslərlə daimi əlaqəsi davam edir. Biz də zaman-zaman liderlərlə telefon diplomatiyası aparırıq. Putinlə keçirdiyimiz bu görüşdən sonra inşallah, ABŞ Prezidenti Tramp ilə də sülh planını dəyərləndirmək imkanı taparıq".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 296 Tarix: 13 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Aljazeera: "ABŞ İrana bazar günü səhər saatlarında hücum edəcək"
Aljazeera telekanalının yaydığı məlumata görə, ABŞ İranı bazar günü səhər saatlarında vuracaq. BİG.AZ Aljazeera-ya istinadən xəbər verir ki, məlumata görə, ABŞ bu barədə region dövlətlərini xəbərdar edib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]
10:10 125 Camex kargo şirkəti ilə bağlı oğurluq iddiası: AirPods bağlamaları boş çıxdı - VİDEO
Saytımıza Camex kargo şirkəti ilə bağlı şikayət daxil olub. xəbər verir ki, vətəndaş ABŞ-da Apple markasının rəsmi saytından AirPods qulaqcıqları sifariş edib. Sözügedən sifarişlər Camex kargo şirkətinin ünvanına göndərlib. Lakin bağlamanı təhvil aldıqdan sonra qutunu açarkən məhsulun içərisində olmadığın
30.01.2026 302 Həyat yoldaşı ilə bağlı şok görüntülər: Tramp bu şəkilləri görsə, ölkə qarışacaq
Melaniya Trampın yeni "Melaniya" sənədli filminin reklam afişaları ABŞ-da vandalizm hücumuna məruz qalıb; xüsusən də Los-Ancelesdə bir çox reklam lövhələri və avtobus reklamları Hitlerə bənzər bığlar və siyasi mesajlarla ləkələnib və bu da hakimiyyət orqanlarını reklamları digər ərazilərə köçürməy
30.01.2026 509 Xaricdən sifariş edilmiş məhsullar niyə gecikir? - RƏSMİ AÇIQLAMA
"Son həftələr ərzində onlayn platformalar üzərindən sifariş edilmiş məhsulların çoxu Azərbaycan ərazisinə daxil olsa da, gömrükdə saxlanılır və buraxılmır". Bizim.Media xəbər verir ki, bu şikayətlə " "a vətəndaşlar müraciət ediblər. Onların sözlərinə görə, məsələyə nə gömrük orqanları
30.01.2026 390 Apple iPhone 18-in qiymətini artırmayacaq - analitiklər səbəbləri açıqlayır
Apple qlobal yaddaş (RAM) çatışmazlığına baxmayaraq iPhone 18-in baza modelinin qiymətini artırmamağa çalışacaq. xəbər verir ki, bu barədə tanınmış analitik Min-Çi Kuo məlumat verib. Onun sözlərinə görə, Apple əməliyyat yaddaşının bahalaşması fonunda qiymət artımından yayınmaq üçün "əlindən gələn
30.01.2026 342 Fatih Ürek vəfat etdi
Bir müddətdir xəstəxanada müalicə alan türkiyəli sənətçi Fatih Ürek dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, bu haqda Türkiyə KİV məlumat yayıb. Qeyd edək ki, oktyabrın 15-də evində infarkt keçirən 59 yaşlı müğənninin ürəyi 20 dəqiqə dayanmışdı. Həkimlərin müdaxiləsindən sonra onu həyat
30.01.2026 650 "Ana olandan sonra həyatımda hər şey dəyişdi"
Müğənni Kamilə Nəbiyeva ana olandan sonra həyatında yaşadığı dəyişikliklərdən söz açıb. Axşam.az xəbər verir ki, "Qonaqcanlı" proqramında yer alan ifaçı daha məsuliyyətli olduğunu deyib:. "Hər şey dəyişdi. Məsuliyyətli olmağa başlayırsan. Bu hisslər dildə deyiləcək deyil. O qədər dəri
30.01.2026 530 Bülent Ersoya soyadını kim verib? - Özü AÇIQLADI
Arabesk musiqisinin tanınmış ifaçısı Bülent Ersoy səhnə adının yaranma hekayəsini açıqlayıb. Türkiyə mediasına istinadla xəbər verir ki, sənətçi əsl soyadının "Erkoç" olduğunu bildirib. O bu soyadın dəyişdirilməsində aktyor Müjdat Gezenin rolunun olduğunu qeyd edib. Ersoyun sözlərinə görə
30.01.2026 402 Emosional cəhətdən yetkin olmayan insanı necə tanımaq olar? - 11 ifadə
Bəzi insanlarla ünsiyyət qurmaq həmişə asan olmur. Onlar dərin söhbətlərə açıq olmaya bilər, əksinə, gəzinti söhbətlərinə və sosial statusa daha çox diqqət yetirirlər. Belə insanlarla dostluq münasibətləri qurmaq çətindir. Qaynarinfo xəbər verir ki, bunu "Your Tango" yazıb. Nəşr izah edir ki
30.01.2026 335