DİM: "Bəzi abituriyentlərin cavabları şübhə yaratdığı üçün elan edilməyib"
Dövlət İmtahan Mərkəzi (DİM) köməkçi vasitələrlə qəbul imtahanına daxil olan abituriyentlər məsələsinə münasibət bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Bildirilib ki, həmin abituriyentlərin cavabları DİM-in imtahan nəticələrinin emalı ilə bağlı xüsusi yoxlama alqoritmlərinə əsasən şübhə yaratdığı üçün, ümumiyyətlə, elan edilməyib və nəticə ilə bağlı səhifələrində "Sizin imtahan nəticələriniz araşdırılır" bildirişi göstərilib:
"Daha sonra həmin nəticələr şübhə doğuran məqamlarla birlikdə araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub. Onların araşdırmasından sonra həmin şəxslərin əməlləri üzə çıxıb və materiallar istintaqa təqdim olunub".
Qeyd edək ki, abituriyent hazırlıq kursu qismində fərdi sahibkarlıqla məşğul olan şəxs və təhsil ekspertinin buraxılış imtahanlarının gedişində abituriyentlərə testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması (ötürülməsi) üçün nəzərdə tutulan texniki vasitələri qanunsuz olaraq hazırlamasına, həmin texniki vasitələri ümumilikdə 15 nəfərin üzərinə quraşdırmaqla imtahanlarda onlara köməklik göstərmələrinə əsaslı şübhələr müəyyən edilib. Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən şəxslər məhkəmə qarşısına çıxarılıb.
Toplanmış sübutlara əsasən, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 302.3 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq satma və satış məqsədilə əldə etmə), və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilməklə kurs rəhbəri barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, təhsil eksperti barədə isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 366 Tarix: 13 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQızılın ucuzlaşması davam edir
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyəri 0,49% azalaraq 4 137 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə 2026-c
08.07.2026 254 "Mobil operatorlar mobil internet provayderlərinə çevrilməkdədir" - İKT üzrə ekspert Fərid Kazımovla MÜSAHİBƏ
"Mobil operatorlar hazırda mobil internet provayderlərinə çevrilməkdədir. Mən belə proqnozlaşdırıramki yaxın vaxtlarda mobil operatorlar mobil rabitə xidmətləri göstərən şirkətlər kimi qəbul olunmayacaqlar. Onlar sırf olaraq mobil internet provayderləri kimi qəbul olunacaqlar". Bu sözləri BİG.AZ-
08.07.2026 338 Restoran müdirinin Niyama hədiyyə etdiyi ev saxta çıxdı
Müğənni Niyam Salami maraqlı etirafı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, sənətçi bu barədə Xəzər TV-yə açıqlamasında danışıb. O bildirib ki, ona ev hədiyyə edilsə də, sonradan bunun həqiqətə uyğun olmadığı üzə çıxıb:. "Bir adam mənə hədiyyə olaraq ev verdi. Sənədlərə də qol çəkdirdilər. Sonr
08.07.2026 422 Kosmosda qədim Kainata açılan "pəncərə" aşkarlandı
Beynəlxalq astronomlar qrupu ən qədim kvazarlar arasından 31-ni aşkar edib və onlardan ikisi dərhal yeni rekord müəyyən edib: onlar Kainatın cəmi 670 milyon yaşı olanda işıq saçmağa başlayıblar. Bu, onları Kainatın öz müasir görkəmini almağa başladığı dövrün ən parlaq obyektlərinə çevirib, tədqiqat is
08.07.2026 240 İsrailli sehrbazın İDDİASI: "İngiltərənin Dünya çempionatında qalib gəlməsinə kömək edirəm"
İsrailli tanınmış illüzionist və şoumen Uri Qeller İngiltərə millisinin Dünya çempionatının 1/8 finalında Meksika üzərindəki (3:2) qələbəsində pay sahibi olduğunu iddia edib. xarici KİV-ə istinadla xəbər verir ki, Qeller komandanın növbəti mərhələyə yüksəlməsinin onun "ekstrasensor müdaxiləsi"
08.07.2026 289 NATO 2026-cı ildə Ukraynaya 70 milyard avro ayıracağını bəyan edib
NATO bu il Ukraynaya 70 milyard avro ayıracaq. APA-nın Ankaraya ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə NATO-nun 36-cı Sammitinin yekunlarına dair "Ankara Bəyannaməsi"ndə qeyd olunub. NATO liderləri Ukraynaya dəstəyin davam etdiriləcəyini vurğulayaraq, 2026-cı ildə hərbi texnika, yardı
08.07.2026 267 "Reuters": Tramp NATO liderləri ilə qapalı görüşlərdə ABŞ-ı ittifaqda saxlamaq istədiyini deyib
ABŞ prezidenti Donald Tramp Ankarada NATO ölkələrinin liderləri ilə görüşdə onlara ABŞ-ı hərbi blokda saxlamaq niyyətində olduğunu deyib. Bu barədə görüşlərdən məlumatlı mənbə "Reuters"ə danışıb. Mənbənin sözlərinə görə, Tramp qapalı görüşlərdə ABŞ-ın NATO-ya silah satmağa davam etməyə hazı
08.07.2026 233 İranın hücumları qəbuledilməzdir - Kallas
ABŞ və İran arasında hava zərbələrinin baş verməsi onsuz da gərgin olan müharibəyə son qoymaq üçün danışıqları daha da çətinləşdirir. İranın Bəhreyn və Küveytə hücumları qəbuledilməzdir. xəbər verir ki, bunu Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kalla
08.07.2026 283 Qeyri-neft sektoru Azərbaycan iqtisadiyyatını təkbaşına daşıya bilərmi? - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycan iqtisadiyyatında son illərdə qeyri-neft sektorunun inkişafı prioritet istiqamətlərdən biri kimi təqdim olunsa da, neft və qaz gəlirləri hələ də dövlət büdcəsinin və ixracın əsas hissəsini təşkil edir. Kənd təsərrüfatı, turizm, sənaye, informasiya texnologiyaları və digər sahələrdə artım müşahid
08.07.2026 272