Prezidentin xüsusi nümayəndəsi: "Azərbaycan Avropanın enerji təhlükəsizliyinə əsaslı töhfə verib"

Prezidentin xüsusi nümayəndəsi: "Azərbaycan Avropanın enerji təhlükəsizliyinə əsaslı töhfə verib""Azərbaycanın Avropa tərəfdaşları ilə münasibətlərinin ilk sütunu Bakının qitənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə verdiyi töhfədir".

BiG.AZ "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyov Polşanın "TVP World" telekanalına verdiyi müsahibəsində bildirib.

"Hər şey xam neftin tədarükü ilə başladı, sonra - təbii qazla. Bu gün biz bərpaolunan enerji sahəsində genişmiqyaslı layihələri müzakirə edirik. Energetika əməkdaşlığımızın əsas sütunlarından biri olaraq qalır. Bununla yanaşı, Cənubi Qafqazdan keçən nəqliyyat marşrutları və Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub kəsişməsindəki mühüm geoiqtisadi və geosiyasi mövqeyi nəzərə alınaraq əlaqəlilik getdikcə daha böyük əhəmiyyət kəsb edir", - xüsusi nümayəndə vurğulayıb.

E.Əmirbəyov, həmçinin Bakı və Varşava arasındakı münasibətlərin səviyyəsinə toxunaraq, hazırkı səfərinin davamlı siyasi dialoqun inkişafına yönəldiyini qeyd edib.

"Mən Polşanı ilk dəfə ziyarət etmirəm, lakin bu səfərin məqsədi diplomatik münasibətlər çərçivəsində artıq 33 ildən çoxdur uğurla davam etdirdiyimiz müntəzəm siyasi dialoqa töhfə verməkdir. Polşa hər zaman bizim yaxın tərəfdaşımız olub, Avropa İttifaqı və NATO-da Azərbaycanın əsas tərəfdaşlarından biri olaraq qalır. Bu, ilin sonunda polyak həmkarlarımızla əməkdaşlığın gücləndirilməsi istiqamətində növbəti addımları müzakirə etmək və münasibətlərin cari mərhələsinin yekunlarını çıxarmaq üçün yaxşı fürsətdir", - o əlavə edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 417   Tarix: 14 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızılın ucuzlaşması davam edir

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyəri 0,49% azalaraq 4 137 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə 2026-c

08.07.2026 254
.

"Mobil operatorlar mobil internet provayderlərinə çevrilməkdədir" - İKT üzrə ekspert Fərid Kazımovla MÜSAHİBƏ

"Mobil operatorlar hazırda mobil internet provayderlərinə çevrilməkdədir. Mən belə proqnozlaşdırıramki yaxın vaxtlarda mobil operatorlar mobil rabitə xidmətləri göstərən şirkətlər kimi qəbul olunmayacaqlar. Onlar sırf olaraq mobil internet provayderləri kimi qəbul olunacaqlar". Bu sözləri BİG.AZ-

08.07.2026 338
.

Restoran müdirinin Niyama hədiyyə etdiyi ev saxta çıxdı

Müğənni Niyam Salami maraqlı etirafı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, sənətçi bu barədə Xəzər TV-yə açıqlamasında danışıb. O bildirib ki, ona ev hədiyyə edilsə də, sonradan bunun həqiqətə uyğun olmadığı üzə çıxıb:. "Bir adam mənə hədiyyə olaraq ev verdi. Sənədlərə də qol çəkdirdilər. Sonr

08.07.2026 422
.

Kosmosda qədim Kainata açılan "pəncərə" aşkarlandı

Beynəlxalq astronomlar qrupu ən qədim kvazarlar arasından 31-ni aşkar edib və onlardan ikisi dərhal yeni rekord müəyyən edib: onlar Kainatın cəmi 670 milyon yaşı olanda işıq saçmağa başlayıblar. Bu, onları Kainatın öz müasir görkəmini almağa başladığı dövrün ən parlaq obyektlərinə çevirib, tədqiqat is

08.07.2026 240
.

İsrailli sehrbazın İDDİASI: "İngiltərənin Dünya çempionatında qalib gəlməsinə kömək edirəm"

İsrailli tanınmış illüzionist və şoumen Uri Qeller İngiltərə millisinin Dünya çempionatının 1/8 finalında Meksika üzərindəki (3:2) qələbəsində pay sahibi olduğunu iddia edib. xarici KİV-ə istinadla xəbər verir ki, Qeller komandanın növbəti mərhələyə yüksəlməsinin onun "ekstrasensor müdaxiləsi"

08.07.2026 289
.

NATO 2026-cı ildə Ukraynaya 70 milyard avro ayıracağını bəyan edib

NATO bu il Ukraynaya 70 milyard avro ayıracaq. APA-nın Ankaraya ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə NATO-nun 36-cı Sammitinin yekunlarına dair "Ankara Bəyannaməsi"ndə qeyd olunub. NATO liderləri Ukraynaya dəstəyin davam etdiriləcəyini vurğulayaraq, 2026-cı ildə hərbi texnika, yardı

08.07.2026 267
.

"Reuters": Tramp NATO liderləri ilə qapalı görüşlərdə ABŞ-ı ittifaqda saxlamaq istədiyini deyib

ABŞ prezidenti Donald Tramp Ankarada NATO ölkələrinin liderləri ilə görüşdə onlara ABŞ-ı hərbi blokda saxlamaq niyyətində olduğunu deyib. Bu barədə görüşlərdən məlumatlı mənbə "Reuters"ə danışıb. Mənbənin sözlərinə görə, Tramp qapalı görüşlərdə ABŞ-ın NATO-ya silah satmağa davam etməyə hazı

08.07.2026 233
.

İranın hücumları qəbuledilməzdir - Kallas

ABŞ və İran arasında hava zərbələrinin baş verməsi onsuz da gərgin olan müharibəyə son qoymaq üçün danışıqları daha da çətinləşdirir. İranın Bəhreyn və Küveytə hücumları qəbuledilməzdir. xəbər verir ki, bunu Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kalla

08.07.2026 283
.

Qeyri-neft sektoru Azərbaycan iqtisadiyyatını təkbaşına daşıya bilərmi? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycan iqtisadiyyatında son illərdə qeyri-neft sektorunun inkişafı prioritet istiqamətlərdən biri kimi təqdim olunsa da, neft və qaz gəlirləri hələ də dövlət büdcəsinin və ixracın əsas hissəsini təşkil edir. Kənd təsərrüfatı, turizm, sənaye, informasiya texnologiyaları və digər sahələrdə artım müşahid

08.07.2026 272
.

TOP MP3