TƏCİLİ: Bu, baş versə pensiya yaşı 60-a endiriləcək
Azərbaycanda cəmiyyəti narahat edən əsas sosial məsələlərdən biri də pensiya yaşının ilbəil artmasıdır. Maraqlıdır, pensiya yaşı yenidən artırıla bilərmi?
Mövzu ilə bağlı Konkret.az-a açıqlama verən iqtisadçı Rəşad Həsənov bildirib ki, pensiya yaşının artırılması prosesi yeni deyil və buna 2017-ci ildə qanunvericiliyə edilən dəyişikliklərlə start verilib.
Onun sözlərinə görə, həmin dəyişikliklərə əsasən pensiya yaşı hər il 6 ay artırılmaqla tənzimlənib. Kişilərlə bağlı artım prosesi 2021-ci ildə tamamlanıb və hazırda kişilər 65 yaşda pensiya hüququ əldə edirlər. Qadınlarda isə proses 60 yaşdan başlayıb və daha uzun müddət davam etdiyindən yalnız 2027-ci ildə qadınların da pensiya yaşı 65-ə çatacaq. Bununla da hazırkı artım mərhələsi başa çatacaq.
Rəşad Həsənov qeyd edib ki, gələcək üçün qəti təminat vermək mümkün olmasa da, dünyada orta yaş həddi yüksəldikcə ölkələrdə pensiya yaşının artırılması praktikasına tez-tez rast gəlinir:
"Bəzi ölkələrdə pensiya yaşı 67-dir. Azərbaycanda isə hazırda müəyyən edilmiş 65 yaş həddi yüksək hesab olunur. Çünki ölkədə orta ömür uzunluğu aşağıdır və buna görə də gözlənilən pensiya dövrü qısadır."
Ekspertin sözlərinə görə, dünya üzrə orta pensiya yaşı ilə orta ömür uzunluğu arasında fərq orta hesabla 14,5 il olduğu halda, Azərbaycanda bu göstərici cəmi 7 ilə yaxındır. Bu isə MDB məkanında ən sərt pensiya yaş hədlərindən biri sayılır.
Həsənov hesab edir ki, gələcəkdə bu sahədə optimallaşdırma aparılmalı, pensiya yaşı daha adekvat səviyyəyə endirilməlidir:
"Normalda Azərbaycanda qadın və kişilərin pensiya yaşı 60 yaş ətrafında olmalıdır. Bu, həm orta yaş göstəricilərinin dünya standartlarına uyğunlaşdırılması, həm pensiya hüququnun əlçatanlığı, həm də sistemin etibarlılığı baxımından daha uyğun həddir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 18925 Tarix: 14 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMühafizə olunan duracaqlarla bağlı YENİ QAYDA
Nazirlər Kabineti 6 aprel 199-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə"də dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Daxili İşlər Nazirliyi balansındakı mühafizə oluna
06.10.2026 274 Ukrayna qış öncəsi maliyyə böhranı ilə üzləşir
Ukrayna Rusiya Silahlı Qüvvələrinin zərbələri fonunda ciddi maliyyə çatışmazlığı ilə üzləşib. Bu vəziyyət Prezident Volodimir Zelenskini qış ərəfəsində çətin duruma salır. " xəbər verir ki, bu barədə Britaniyanın "The Telegraph" qəzeti məlumat yayıb. Nəşr qeyd edib ki, Zelenski bu həft
06.10.2026 198 Husilər Səudiyyə hava limanına zərbə endirdilər
Husilər Səudiyyə Ərəbistanının Asir əyalətində yerləşən Abha Beynəlxalq Hava Limanına yeni zərbə endirdiklərini bildiriblər. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Husilərin hərbi sözçüsü Yəhya Səri açıqlamasında bildirib ki, hava limanı ballistik raketlə hədəfə alınıb. Onun sözlərinə görə, rake
06.10.2026 203 Dünyada yenidən populyarlaşan 10 qədim ad
Bu adlar əvvəlki nəsillərə məxsus olsa da, sadə səslənişi və zamana meydan oxuyan cazibəsi sayəsində bu gün yenidən dəbdədir. Bəzi adlar əslində heç vaxt tamamilə dəbdən düşmür. Uzun müddət yaşlı nəsillə assosiasiya olunan bir çox "vintaj" ad indi yenidən qayıdır və valideynlər arasında mara
06.10.2026 182 Dalinin üz qabığını hazırladığı kitab oğurlandı
Dünyanın ən bahalı kitablarından biri olan Jozef Forenin "Apokalipsis" əsəri Fransanın İssuar şəhərindəki müasir incəsənət muzeyindən oğurlanıb. "Qafqazinfo" RT nəşrinə istinadən xəbər verir ki, bu kitabın üz qabığını dünyaca məşhur rəssam Salvador Dali hazırlayıb. 1958-1961-ci illərd
06.10.2026 126 Birotaqlı mənzillər investisiya üçün niyə daha cəlbedici olur?
"Birotaqlı mənzillərin qiymət artımını yalnız bir səbəblə izah etmək düzgün olmaz. Burada tələb-təklif balansından tutmuş alıcıların maliyyə imkanlarına, investisiya davranışına və şəhər daxilində kiçik sahəli mənzillərə olan ehtiyaca qədər bir neçə amil paralel şəkildə təsir göstərir". Bun
06.10.2026 237 Hidayət Heydərov DÇ-də mübarizəyə başlayır
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı davam edir. "Qafqazinfo" xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən mundialın üçüncü günündə iki çəki dərəcəsində 3 cüdoçumuz mübarizəyə qoşulacaq. Qadınlar -57 kq. 1/32 final Xədicə Qədəşova - Janar Joldosyeva. Kişilə
06.10.2026 203 Duracaq və qarajlarla bağlı - Dəyişiklik
"Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə"də dəyişiklik edilib. Axşam.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərar Prezidentin müvafiq Fərmanının icrasını təmin etmək məqsədilə qəbul olunub. Sənədə əsasən, Bakı Nəqliyyat Agentliy
06.10.2026 246 Bu ərazilərdə səhərə qədər su olmayacaq
Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının bəzi ərazilərinin su təminatında fasilə yaranacaq. xəbər verir ki, bu barədə "İri Şəhərlərin Su Təchizatı" QSC məlumat yayıb. Bildirilib ki, buna səbəb magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlıdır. Qey
06.10.2026 300