Vətən müharibəsi və antiterror əməliyyatında iştirak edənlər cəzalarından tam azad ediləcək

Vətən müharibəsi və antiterror əməliyyatında iştirak edənlər cəzalarından tam azad ediləcəkAğır və xüsusilə ağır cinayətlərə görə məhkum olunlar istisna ilə, Vətən müharibəsində və antiterror əməliyyatında iştirak etmiş şəxslər və onların yaxın qohumları cəzalarından tam azad ediləcək.

Qaynarinfo xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Prezident İlham Əliyevin təşəbbüsü ilə "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya élan edilməsi haqında parlamentin qərar layihəsində əksini tapıb.

Layihəyə əsasən, ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunlar istisna ilə, təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad ediləcəklər:

- Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslər, habelə bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları;

- Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirakla əlaqədar, habelə digər xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmuş şəxslər (qanunvericiliklə müəyyən edilmiş qaydada orden və medallardan məhrum edilmiş şəxslər istisna olmaqla);

- bu Qərar qüvvəyə mindiyi günədək, o cümlədən Vətən müharibəsi dövründə mülki əhaliyə qarşı Ermənistan Respublikasının hərbi təxribatı nəticəsində əlil olmuş şəxslər və ya həlak olmuş şəxslərin yaxın qohumları.

Yuxarıda qeyd olunan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər haqqında təhqiqat və ibtidai istintaq orqanları tərəfindən amnistiya tətbiq olunaraq cinayət təqibi başlanmayacaq, başlanılmış cinayət təqibinə isə xitam veriləcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 557   Tarix: 16 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İranın hücumları qəbuledilməzdir - Kallas

ABŞ və İran arasında hava zərbələrinin baş verməsi onsuz da gərgin olan müharibəyə son qoymaq üçün danışıqları daha da çətinləşdirir. İranın Bəhreyn və Küveytə hücumları qəbuledilməzdir. xəbər verir ki, bunu Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kalla

08.07.2026 266
.

Təyyarədə sərnişinlərin bilmədiyi gizli otaqlar - Orada kimlər yatır?

Uzunməsafəli aviareyslərdə sərnişinlər saatlarla narahat oturacaqlarda istirahət etməyə çalışarkən, təyyarənin sərnişinlərə görünməyən hissəsində ekipaj üçün xüsusi yataq bölmələri yerləşir. Bu gizli otaqların mövcudluğundan əksər sərnişinlərin xəbəri olmur. Bu barədə britaniyalı stüardessa Kris Meyco

08.07.2026 250
.

Alimlər xəbərdarlıq edir: 50 il ərzində bu 10 şəhər səhraya çevrilə bilər

İqlim dəyişikliyi əsrin sonunadək ABŞ-ın təbii xəritəsini əhəmiyyətli dərəcədə dəyişə bilər. Qaynarinfo xəbər verir ki, "PeerJ" jurnalında dərc olunan yeni araşdırmaya görə, istixana qazlarının yüksək emissiyası ssenarisi reallaşarsa, ABŞ-ın onlarla şəhəri səhra biomunun əhatə dairəsinə düş

08.07.2026 222
.

Masallıda restoran rəhbərliyi ağacların kökündən çıxarılmasına görə CƏRİMƏLƏNDİ - FOTO

Masallı rayonu, Qəriblər kəndi ərazisində yerləşən "Park Masallı" restoranının ərazisində ağacların kökündən çıxarılması sakinlərin narazılığına səbəb olub. -ın qaynar xəttinə daxil olan şikayətdə bildirilib ki, ağacların kəsilməsinə səbəb restoran ərazisinin genişləndirilməsidir. -ın sorğusun

08.07.2026 267
.

Tramp Zelenski ilə görüşdü

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb. xəbər verir ki, onlar Ankarada NATO Sammiti çərçivəsində görüşüblər. "Biz Zelenskiylə yaxşı münasibətlər qurmuşuq. Oval Ofisdən bu günə qədər", - Tramp bildirib

08.07.2026 285
.

Balidə bloqerlərə qadağa

İndoneziya hakimiyyəti adi turist vizaları ilə Balidə işləyən xarici influenserlər və kontent yaradıcıları üçün viza qaydalarını sərtləşdirib. "Qafqazinfo" "SmartTraveller" portalına istinadən xəbər verir ki, hökumət bloqerlər üçün təcili xəbərdarlıq yayımlayaraq, səfərdən əvvəl viz

08.07.2026 282
.

İranda hava limanında güclü partlayış - ölən var

İranın cənub-şərqində yerləşən İranşəhr hava limanında güclü partlayış baş verib. xəbər verir ki, bu barədə İranın dövlət televiziyası IRIB məlumat yayıb. Məlumata görə, partlayışlar hava limanının binasında və uçuş-enmə zolağında qeydə alınıb. Hadisə nəticəsində bir yanğınsöndürənin həlak olduğu bildirilir

10:45 0
.

Dünyanın ən çox qazanan bloqerləri AÇIQLANDI: İldə 300 milyon...

"Forbes" jurnalı dünyanın ən çox qazanan bloqerləri, influenserləri və kontent yaradıcılarının illik reytinqini dərc edib. xəbər verir ki, siyahıya növbəti dəfə 28 yaşlı MrBeast başçılıq edib. Məlumata görə, onun son bir ildə əldə etdiyi gəlir 300 milyon dollar təşkil edib. Reytinqin ikinc

08.07.2026 298
.

Şuşadakı abidələrin korlanması - Qadağan edildi

"Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" Qanuna dəyişiklik təsdiqlənib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. Qanuna əsasən, Şuşa şəhərinin ərazisində yerləşən abidələrin korlanması və ya məhv edilməsi, müvafiq icra hakimiyyət

08.07.2026 337
.

TOP MP3