Xirosima qurbanının kimliyi 80 il sonra müəyyənləşdi
Yaponiyalı alimlər Xirosimaya atılan atom bombası nəticəsində həyatını itirmiş bir uşağın kimliyini ilk dəfə DNT analizi vasitəsilə dəqiqləşdiriblər.
Qaynarinfo xəbər verir ki, söhbət 1945-ci il hücumundan sonra itkin düşmüş kimi qeydə alınan 13 yaşlı Hatsue Kajiyamadan gedir.
Xirosima Bələdiyyəsinin yaydığı məlumata görə, araşdırma Hatsue Kajiyamanın ailəsinin müraciəti əsasında aparılıb. Ailə üzvləri Hiroşima Sülh Memorial Parkında saxlanılan kül və saç nümunələrinin başqa bir ad - "Miçiko Kajiyama" ilə qeydiyyata alındığını görərək, bunun sənəd səhvi ola biləcəyini bildiriblər.
Müraciətdən sonra Kanagava Diş Universitetinin mütəxəssisləri kül və saç nümunələri üzərində DNT analizi aparıblar. Analiz zamanı nümunələr Hatsue Kajiyamanın hazırda sağ olan 91 yaşlı bacısından götürülmüş DNT ilə müqayisə edilib. Araşdırmanın nəticələri qalıqların həqiqətən Hatsue Kajiyamaya aid olduğunu təsdiqləyib.
Mütəxəssislər bildiriblər ki, bu hadisə atom bombası hücumları zamanı həlak olmuş və şəxsiyyəti indiyədək müəyyən edilməyən insanların kimliklərinin aşkara çıxarılması baxımından mühüm mərhələdir. Qeyd olunur ki, Xirosima Sülh Memorial Parkında təxminən 70 min nəfərə aid kimliyi naməlum qalıqlar saxlanılır və gələcəkdə yaxınların müraciəti əsasında oxşar DNT analizlərinin aparılması mümkün ola bilər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 611 Tarix: 16 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİsrailli sehrbazın İDDİASI: "İngiltərənin Dünya çempionatında qalib gəlməsinə kömək edirəm"
İsrailli tanınmış illüzionist və şoumen Uri Qeller İngiltərə millisinin Dünya çempionatının 1/8 finalında Meksika üzərindəki (3:2) qələbəsində pay sahibi olduğunu iddia edib. xarici KİV-ə istinadla xəbər verir ki, Qeller komandanın növbəti mərhələyə yüksəlməsinin onun "ekstrasensor müdaxiləsi"
08.07.2026 277 Niyə soyuducunuza çoxlu maqnit asmamalısınız?
Soyuducunun üzərinə yapışdırılan maqnitlər uzun illərdir mətbəxin ayrılmaz hissəsinə çevrilib. Kimisi onları səyahətlərdən xatirə kimi gətirir, kimisi isə qeydləri, alış-veriş siyahısını və ya uşaqların rəsmlərini bərkitmək üçün istifadə edir. Lakin mütəxəssislər bildirirlər ki, həddindən artıq çox maqni
08.07.2026 247 Masallıda restoran rəhbərliyi ağacların kökündən çıxarılmasına görə CƏRİMƏLƏNDİ - FOTO
Masallı rayonu, Qəriblər kəndi ərazisində yerləşən "Park Masallı" restoranının ərazisində ağacların kökündən çıxarılması sakinlərin narazılığına səbəb olub. -ın qaynar xəttinə daxil olan şikayətdə bildirilib ki, ağacların kəsilməsinə səbəb restoran ərazisinin genişləndirilməsidir. -ın sorğusun
08.07.2026 267 Bu içki sağlamlığınız üçün TƏHLÜKƏLİDİR: Kardioloqdan XƏBƏRDARLIQ
Kardioloq Ceremi London ürək sağlamlığı üçün ən zərərli hesab etdiyi qida və vərdişlərdən danışıb. Onun sözlərinə görə, bəzi məhsulların müntəzəm qəbulu ürək-damar xəstəlikləri riskini əhəmiyyətli dərəcədə artırır və onlardan mümkün qədər uzaq durmaq lazımdır. -ın xarici mediaya istinadən xəbərinə görə
08.07.2026 273 400 qızıl sikkənin sirri 30 ildən sonra açıldı
30 il əvvəl İngiltərə sahillərində aşkar edilən xəzinənin hansı gəmiyə məxsus olduğu müəyyənləşdirilib. xəbər verir ki, bu barədə Popular Mechanics nəşri məlumat yayıb. Məlumata görə, 1995-ci ildə dalğıclar İngiltərə sahillərində, 18 metr dərinlikdə təxminən 400 qızıl sikkə aşkar ediblər. Dəniz dibind
08.07.2026 221 Peruda indiyədək məlum olmayan kakao növləri aşkar edilib
Peru kakaosu ilə bağlı yeni araşdırma dünyada ən sevilən şirniyyatlardan biri olan şokoladın mənşəyi haqqında təsəvvürləri dəyişdirib. Tədqiqat zamanı alimlər əvvəllər məlum olmayan dörd yeni kakao növü aşkar ediblər. Onlardan ikisinin gələcəkdə yüksəkkeyfiyyətli şokolad istehsalı üçün xüsusilə perspektivl
08.07.2026 271 Ağdamda yanğın başladı - Foto
Ağdamın işğaldan azad edilmiş Xıdırlı kəndi ərazisində yanğın başlayıb. "Qafqazinfo" xəbər verir ki, yanğın kənd ərazisindəki açıq sahədə qeydə alınıb. Alov qısa müddətdə geniş əraziyə yayılıb. Hadisə ilə əlaqədar əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən qüvvələri cəlb olunub. Hazırd
08.07.2026 266 Müğənni üsyan etdi: "Bu, naz etmək deyil, çox yorulmuşam"
Türkiyəli müğənni Demet Akalın sıx iş qrafikinə görə yeni konsert təkliflərini qəbul etməyəcəyini açıqlayıb. Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kiprdəki konsertdən əvvəl jurnalistlərin suallarını cavablandıran Akalın artıq əvvəlcədən razılaşdırılmış proqramlardan başqa heç bir yeni təklif
08.07.2026 316 Təyyarədə sərnişinlərin bilmədiyi gizli otaqlar - Orada kimlər yatır?
Uzunməsafəli aviareyslərdə sərnişinlər saatlarla narahat oturacaqlarda istirahət etməyə çalışarkən, təyyarənin sərnişinlərə görünməyən hissəsində ekipaj üçün xüsusi yataq bölmələri yerləşir. Bu gizli otaqların mövcudluğundan əksər sərnişinlərin xəbəri olmur. Bu barədə britaniyalı stüardessa Kris Meyco
08.07.2026 250