Bu şəxslər cəzadan tam azad olunacaqlar
Ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunlar istisna ilə, Vətən müharibəsində və antiterror əməliyyatında iştirak etmiş şəxslər və onların yaxın qohumları cəzalarından tam azad ediləcək.
Lent.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Prezident İlham Əliyevin təşəbbüsü ilə "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya élan edilməsi haqında parlamentin qərar layihəsində əksini tapıb.
Layihəyə əsasən, ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunlar istisna ilə, təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad ediləcəklər:
- Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslər, habelə bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları;
- Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirakla əlaqədar, habelə digər xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmuş şəxslər (qanunvericiliklə müəyyən edilmiş qaydada orden və medallardan məhrum edilmiş şəxslər istisna olmaqla);
- bu Qərar qüvvəyə mindiyi günədək, o cümlədən Vətən müharibəsi dövründə mülki əhaliyə qarşı Ermənistan Respublikasının hərbi təxribatı nəticəsində əlil olmuş şəxslər və ya həlak olmuş şəxslərin yaxın qohumları.
Yuxarıda qeyd olunan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər haqqında təhqiqat və ibtidai istintaq orqanları tərəfindən amnistiya tətbiq olunaraq cinayət təqibi başlanmayacaq, başlanılmış cinayət təqibinə isə xitam veriləcək./APA
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 788 Tarix: 16 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÖzəl klinikada "analiz biznesi": Xəstə müalicə olunur, yoxsa kassaya çevrilir?
Özəl klinikaya sadə bir şikayətlə daxil olub, əlində uzun analiz siyahısı ilə çıxan xəstələr az deyil. Baş ağrısı ilə gedir, vitamin paneli yazılır. Yorğunluqdan şikayət edir, hormonlardan tutmuş qaraciyər göstəricilərinə qədər onlarla test istənilir. Sonra USM, rentgen, MRT, təkrar konsultasiya. Xəstəni
19:45 1 "Bizdən sonra aktyor görmürəm"
Aktyor Nicat Rəhimov son illərdə aktyor nəslinin yetişmədiyini bildirib. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "İncə səhər" proqramında danışıb. O, özündən yaşca böyük və ya həmyaşıdları arasında istedadlı aktyorların olduğunu, lakin onlardan sonra gələn nəsildə bunu görmədiyini deyib:
20:30 1 Yüksək təzyiqin daha bir səbəbi məlum oldu
Alimlər yüksək arterial təzyiqin (hipertoniya) yaranmasına səbəb olan yeni bir mexanizm aşkar ediblər. Məlum olub ki, beynin tənəffüsə nəzarət edən hissəsinin normadan artıq aktivliyi qan təzyiqinin qalxmasına gətirib çıxarır. "Qafqazinfo" xəbər verir ki, tədqiqatın nəticələri "Circulatio
22:45 1 Qadınlar niyə evlənəndə soyadını dəyişir - Ənənənin kökü haradan gəlib?
Müasir dövrdə qadın evləndikdən sonra öz soyadını saxlaya bilər. Lakin tarix boyu bu məsələyə münasibət fərqli olub. Bir çox cütlük üçün qadının ərinin soyadını götürməsi evliliyin adi bir hissəsi sayılsa da, bu ənənə əsrlər ərzində formalaşıb və müxtəlif ölkələrdə fərqli şəkildə yayılıb. xarici mediay
18:15 1 Melonidən qeyri-adi qərar
İtaliyanın Baş naziri Cocrsiya Meloni müasir texnologiyaların və süni intellektin yaratdığı risklərə qarşı mübarizədə presedent yaradacaq mühüm addım atıb. "Yeni Sabah" xəbər verir ki, baş nazir səsinin süni intellekt vasitəsilə klonlaşdırılmasının, eləcə də müxtəlif saxta (deepfake) məzmunlard
21:45 1 10,7 milyon avroluq əməliyyatlar: Anatoli Şariyə qarşı iş açıldı
İspaniyada çirkli pulların yuyulması və fırıldaqçılıqda şübhəli bilinən ukraynalı bloqçu Anatoli Şariyə qarşı cinayət işi açılıb. " xəbər verir ki, bu barədə "El Diario" nəşri iş materiallarına istinadən məlumat yayıb. Məlumata görə, Anatoli Şari və həyat yoldaşı 10,7 milyon avro məbləğind
10:30 184 Hamının 8 saat yatmasına ehtiyac yoxdur - ARAŞDIRMA
Səkkiz saatlıq yuxu uzun illərdir böyüklər üçün bir növ "qızıl standart" hesab olunur. Lakin yeni elmi icmal göstərir ki, bu müddət hər kəs üçün eyni dərəcədə optimal olmaya bilər. xarici mediaya istinadən xəbər verir ki, hər gecə mütləq səkkiz saat yatmaq qaydasını bütün böyüklər üçün dəyişmə
21:00 1 Dərman istehsalının Azərbaycanda qurulması qiymətlərə necə təsir göstərəcək?
"Azərbaycanda dərman istehsalının yaradılması dərman qiymətlərinin aşağı düşməsinə real təsir göstərə bilər. Lakin bu, bütün dərmanların avtomatik olaraq ucuzlaşacağı anlamına gəlmir". Bunu BİG.AZ-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib. O, qeyd edib ki
11:42 181 Türkiyə və Pakistan Yəmənə müdaxilə edə bilərmi? "Məkkə Sazişi"nin ilk sınağı
"Məkkə Sazişi"ni imzalayan Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan birgə müdafiə mexanizmlərinin praktiki icrasına başlayıblar. Tərəflər müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi, birgə çəkindirmə imkanlarının artırılması və hərbi imkanların koordinasiyası istiqamətində tədbirlərin görülməs
14:42 180