İranın pisliyi özünə qalacaq!

İranın pisliyi özünə qalacaq!Lent.az xəbər verir ki, bir neçə gün əvvəl İranın xarici işlər naziri Abbas Araqçi Bakıya gəldi. Hər zaman olduğu kimi, bu dəfə də rəsmi Bakı İranın ali qonağını yüksək səviyyədə qarşıladı və yola saldı.

Araqçi Bakıda olarkən Azərbaycan-İran münasibətlərinin yeni bir dövrə qədəm qoyduğunu, İranın dövlət başçısının Prezident İlham Əliyevə və Azərbaycana böyük hörmət bəslədiyini dilə gətirdi.

O, hətta Məsud Pezeşkianın İran Prezidenti seçilməsindən sonra Azərbaycanla əlaqələri daha da inkişaf etdirməklə bağlı tapşırıq verdiyini bildirdi.

Həmçinin, ikitərəfli münasibətlər istiqamətində müəyyən vədlər verdi, qarşılıqlı ittihamların olmaması kimi məsələlər müzakirə olundu. Bununla bağlı hətta iki ölkənin xarici işlər nazirliklərində məsləhətləşmələr də aparıldı.

Bəs Araqçinin səfəri başa çatan kimi nə baş verdi?

Təəssüf! Təssüflə qeyd etməliyik ki, İranlı nazirin Bakıda verdiyi vədlərin ömrü yenə az sürdü. Nazir ölkəsinı qayıdar-qayıtmaz İran mediası Azərbaycana qarşı total hücuma keçdi. Bu onu göstərir ki, məqsəd barışıq yox, düşmənçilikdir!

Əslində Azərbaycan ictimaiyyəti İranın yalançı vədlərini çox eşidib. Rəsmi Tehran müxtəlif vaxtlarda ikitərəfli münasibətlərdə yaranan problemlərin həlli ilə bağlı təşəbbüskar kimi çıxış etsə də, sonradan verdiyi vədlərə əməl etməməsinə artıq adət edib. Bu bizim üçün sürpriz olmadı. İran zatən illərdir Azərbaycanla bağlı vədlərinə əməl etmir. Ölkəmizə qarşı çıxışlar edən təxribatçıları qoynunda bəsləyir. Onları hüquqi müstəvidə cəzalandıracağını desə də vədinə əməl etmir.

Görünən odur ki, İrandakı iki hakimiyyətlilik buna imkan vermir. Yəni, Pezeşkian hökuməti bir söz, ölkənin ikinci hakimiyyəti - molla hökuməti başqa söz deyir.

Ümumiyyətlə, Pezeşkian hakimiyyətə gələndən sonra bir çox məsələdə, o cümlədən Azərbaycanla bağlı siyasətdə İran siyasi elitası, daha konkret desək, dini rejim üçün alternativ yanaşma yaranıb. Məlum olduğu kimi, İrandakı molla rejimi Azərbaycana qarşı kifayət qədər riyakar və radikal mövqe ortaya qoyur. Bu, özünü Azərbaycanın Cənubi Qafqaz siyasətindən tutmuş, oradakı azərbaycanlılara münasibətə qədər bir çox məsələdə göstərir. Molla rejimi Azərbaycanın güclənməsini istəmir. Çünki İrandakı cənubi azərbaycanlıların ayağa qalxmasından qorxur.

Keçmiş prezident İbrahim Rəisidən sonra hakimiyyətə Pezeşkian kimi azərbaycanəsilli siyasətçinin gəlməsi, təbii ki, molla rejimini narahat edir. Dini lider Ayətulla Əli Xamneyi və onun komandası yaxşı başa düşür ki, Pezeşkian gələcəkdə İranın mühafizəkar siyasətinə mane olan addımlar ata bilər.

Molla rejimi üçün ən təhlükəlisi isə Azərbaycan amilidir. Azərbaycanın güclənməsi fonunda gələcəkdə İranda yaşayan azərbaycanlıların ayağa qalxması, azadlıqları üçün mübarizə aparması molla rejimini çox qorxudur.

Həmçinin, İranda yaşayış səviyyəsinin Azərbaycandan aşağı olması, yerli əhalinin də öz yaşayış səviyyəsini qonşu dövlətlərlə müqayisə edərək daim narazı qalması fonunda molla rejimi hədəfi kənarda axtarmaq niyyətini güdür. Və ciddi cəhdlə gerçəkləri gizlətməyə çalışır. Lakin nə qədər gizlətməyə çalışsa da bu mümkün olmur.

İranın Azərbaycana hücumları heç zaman nəticə verməyib. Buna misal olaraq istər bu ölkənin Vətən müharibəsindəki fəaliyyətini, istərsə də müharibədən sonrakı davranışlarını yada salmaq kifayətdir.

Bəli, bu o İrandır ki, Vətən müharibəsində Azərbaycan ordusunun zəfərini qısqanclıqla qarşılayırdı. Hətta İran əsgərləri Azərbaycan ərazilərinə keçərək hərbçilərimizin Xudafərinə bayraq sancmasına mane olmuşdu.

Bu o İrandır ki, müharibədən sonra Zəngəzur dəhlizinin açılmasına ciddi cəhdlə mane olmağa çalışırdı. Hətta molla rejimi "Zəngəzur dəhlizi olmayacaq" kimi bəyanatlar da verirdi.

Nəticə nə oldu? İranın pisliyi elə özünə qaldı. Əmin olun, bundan sonra da belə olacaq. İranın pisliyi özünə qalacaq!


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 959   Tarix: 16 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Orta Dəhliz ölkələri vahid idarəetmə platforması yaradırlar

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (TBNM, Orta Dəhliz) iştirak edən ölkələr öz modelinə görə Baltik Dənizi Dövlətləri Şurası ilə müqayisə edilə bilən vahid institusional idarəetmə platformasının formalaşdırılması üzərində işləyirlər. "Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf v

22:00 1
.

Hamının 8 saat yatmasına ehtiyac yoxdur - ARAŞDIRMA

Səkkiz saatlıq yuxu uzun illərdir böyüklər üçün bir növ "qızıl standart" hesab olunur. Lakin yeni elmi icmal göstərir ki, bu müddət hər kəs üçün eyni dərəcədə optimal olmaya bilər. xarici mediaya istinadən xəbər verir ki, hər gecə mütləq səkkiz saat yatmaq qaydasını bütün böyüklər üçün dəyişmə

21:00 1
.

Marko Rubiodan Ukrayna açıqlaması: Münaqişə bitməyə doğru getmir

Ukraynadakı vəziyyət hazırda münaqişənin başa çatması istiqamətində inkişaf etmir. Teleqraf xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib. O qeyd edib ki, Ukraynanın NATO-ya daxil olması məsələsi hazırda gündəmdə deyil: "Əsas məqsəd müharibəni bitirməkdir"

21:15 1
.

Britaniya İsrailin 27 diplomatını ölkədən çıxaracaq?

İsrail Şərqi Qüdsdəki Britaniya konsulluğunun bağlanması barədə qərar versə, İsrailin Londondakı səfirliyinin 27 diplomatı ölkədən çıxarılacaq. Bizim.Media xəbər verir ki, bu barədə Reuters dörd mənbəyə istinadən məlumat yayıb. İsrail sentyabrın 8-də Britaniyaya Şərqi Qüdsdəki konsulluğu 30 gün ərzind

20:45 1
.

Prezident Böyük Britaniyanın nazirini qəbul etdi - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Lord Anas Sarvarı qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağl

16:46 282
.

Küveyt Səudiyyə Ərəbistanına hücumlara görə husiləri qınadı

Küveyt Səudiyyə Ərəbistanına qarşı həyata keçirilən hücumlara görə husiləri qınayıb. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Küveyt Xarici İşlər Nazirliyi husilərin Səudiyyə Ərəbistanına qarşı "davamlı, həyasız və utancverici hücumlarını" pisləyib. Nazirliyin yaydığı bəyanatda İran tərəfində

13:08 170
.

Medvedev Ermənistanın gələcəyi ilə bağlı xəbərdarlıq edib

Ermənistanın hazırkı rəhbərliyinin siyasi istiqamətini dəyişmək niyyəti ölkənin "yeni Ukrayna"ya çevrilməsi təhlükəsi yaradır. " xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev İranın dövlət televiziyasına müsahibəsində bildirib. Medvedev bu kontekstd

10:47 199
.

Uşaqlı evdə qırmızı dəsmal niyə vacibdir?

Evdə bu əşyanı saxlamaq faydalı ola bilər. Əgər uşağınızda tez-tez burun qanaması baş verirsə və o, qan görməyə dözə bilmirsə, tibb bacısının tövsiyəsinə görə evdə bir neçə qırmızı dəsmal saxlamaq məqsədəuyğundur. xəbər verir ki, uşaqların qan görəndə verdiyi bəzi mənfi reaksiyaları bu sadə üsulla azaltma

18:45 1
.

Dünyada yenidən populyarlaşan 10 qədim ad

Bu adlar əvvəlki nəsillərə məxsus olsa da, sadə səslənişi və zamana meydan oxuyan cazibəsi sayəsində bu gün yenidən dəbdədir. Bəzi adlar əslində heç vaxt tamamilə dəbdən düşmür. Uzun müddət yaşlı nəsillə assosiasiya olunan bir çox "vintaj" ad indi yenidən qayıdır və valideynlər arasında mara

19:15 1
.