4 ölkədən qaçdı, Azərbaycanda tutuldu

4 ölkədən qaçdı, Azərbaycanda tutulduAzərbaycan dövlət sərhədini pozan əfqan saxlanılıb.

Lent.az-ın məlumatına görə, İrandan Azərbaycana qanunsuz keçən 22 yaşlı Əfqanıstan vətəndaşı Astaranın Vəznəş kəndində sərhədçilər tərəfindən ələ keçirilib.

İttiham aktına görə, qanunsuz miqrant hava yolu ilə ölkəyə gəlməyə imkanı olmadığı üçün dövlət sərhədini pozmaqla Azərbaycana gəlməyi qərara alıb. Lakin o, sərhədçilərin sayıqlığı nəticəsində Astaranın Vəznəş kəndi ərazisində "Dayan" əmri ilə saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 318.1-ci (dövlət sərhədini qanunsuz keçmə) maddəsilə cinayət işi açılıb.

Təqsirləndirilən şəxs bildirib ki, əvvəlcə Əfqanıstandan İrana keçib:

"Sonra əmək fəaliyyəti ilə məşğul olmaq üçün Türkiyəyə getdim. Burada 3 gün qalandan sonra iş tapa bilmədim və Gürcüstana qanunsuz yolla keçdim. Gürcüstanda 5 il fasiləsiz otellərin birində işlədim. Lakin maddi vəziyyətim daha da pisləşdi. Buna görə də yenidən Türkiyəyə qanunsuz yolla keçib 6 ay fəhlə işlədim. Türkiyə polisi ölkədə qanunsuz yaşadığımı aşkar etdi və İran sərhədinə gətirib bu ölkəyə keçməyi tələb etdilər. Mən də 2025-ci ilin sentyabrında İrana keçdim. Tehrandakı dostumun yanında bir müddət qaldım, lakin iş tapa bilmədiyim üçün Azərbaycana keçmək istədim. Gecə saatlarında mobil telefonumdakı "Google-Maps" proqramı vasitəsilə Azərbaycana keçdim və tanımadığım kənddə bir müddət dayandım. 1 saat keçməmiş Azərbaycan sərhədçiləri məni saxladı".

O əlavə edib ki, əməlindən peşmandır və məhkəmədən yüngül cəza verilməsini istəyir.

Astara rayon Məhkəməsinin qərarı ilə Əfqanıstan vətəndaşı 10 ay müddətinə azadlıqdan məhrum edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 932   Tarix: 19 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İnsan orqanizminin dözə biləcəyi ən yüksək temperatur nə qədərdir?

Alimlər insan orqanizminin yüksək temperatur və rütubət qarşısında hansı həddə müdafiəsiz qaldığını araşdırıblar. "Yaş termometr temperaturu" adlandırılan göstərici həyati təhlükə yaradan hədləri müəyyənləşdirmək baxımından böyük əhəmiyyət daşıyır. Qaynarinfo xəbər verir ki, dünyada isti hav

05.10.2026 452
.

"Filmlərdə qəhrəman əzilir" - kinorejissor Ayaz Salayevlə MÜSAHİBƏ

"Sovet dövründə çəkilən filmlər daha çox baxılır nəyinki indiki dövrdə çəkilənlər. Mənə elə gəlir ki, səbəblərdən biri ondan ibarətdir ki, o dövrdə filmlər dəmir pərdə şəraitində çəkilib". Bu sözləri -a müsahibəsində kinorejissor Ayaz Salayev bildirib. Müsahibənin tam versiyasını aşağıdan izləy

16:46 133
.

Dünyada yenidən populyarlaşan 10 qədim ad

Bu adlar əvvəlki nəsillərə məxsus olsa da, sadə səslənişi və zamana meydan oxuyan cazibəsi sayəsində bu gün yenidən dəbdədir. Bəzi adlar əslində heç vaxt tamamilə dəbdən düşmür. Uzun müddət yaşlı nəsillə assosiasiya olunan bir çox "vintaj" ad indi yenidən qayıdır və valideynlər arasında mara

19:15 1
.

Hamının 8 saat yatmasına ehtiyac yoxdur - ARAŞDIRMA

Səkkiz saatlıq yuxu uzun illərdir böyüklər üçün bir növ "qızıl standart" hesab olunur. Lakin yeni elmi icmal göstərir ki, bu müddət hər kəs üçün eyni dərəcədə optimal olmaya bilər. xarici mediaya istinadən xəbər verir ki, hər gecə mütləq səkkiz saat yatmaq qaydasını bütün böyüklər üçün dəyişmə

21:00 1
.

Trampdan İranla bağlı sərt açıqlama: "Böyük qələbə" gözləyirəm

ABŞ prezidenti Donald Tramp Nebraskada tərəfdarları qarşısında çıxışı zamanı İranla münaqişənin iki Amerika şəhərinin - Los-Anceles və San-Dieqonun - məhvinə səbəb ola biləcəyini bildirib. " xəbər verir ki, Tramp İslam Respublikası üzərində "böyük qələbə" gözlədiyini deyib. O, bu nətic

10:21 165
.

Medvedev Ermənistanın gələcəyi ilə bağlı xəbərdarlıq edib

Ermənistanın hazırkı rəhbərliyinin siyasi istiqamətini dəyişmək niyyəti ölkənin "yeni Ukrayna"ya çevrilməsi təhlükəsi yaradır. " xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev İranın dövlət televiziyasına müsahibəsində bildirib. Medvedev bu kontekstd

10:47 199
.

Birotaqlı mənzillər investisiya üçün niyə daha cəlbedici olur?

"Birotaqlı mənzillərin qiymət artımını yalnız bir səbəblə izah etmək düzgün olmaz. Burada tələb-təklif balansından tutmuş alıcıların maliyyə imkanlarına, investisiya davranışına və şəhər daxilində kiçik sahəli mənzillərə olan ehtiyaca qədər bir neçə amil paralel şəkildə təsir göstərir". Bun

12:39 192
.

"Sildim, deməli, yox oldu": İnternetdəki ən böyük yanlış təsəvvür

"İnternetdə şəxsi məlumatların silinməsi ilə bağlı ən böyük miflərdən biri "delete" düyməsinə basdıqdan sonra məlumatın tamamilə yox olmasıdır. Əslində isə internet belə işləmir". Bunu BİG.Az-a açıqlamasında İKT üzrə ekspert Elvin Həsənov bildirib. O, qeyd edib ki, məlumat internet

14:23 209
.

Baş nazirdən Qarabağdakı sahibkarlarla bağlı - Qərar

"İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası"nın təsdiq edilməsi haqqında" 2 iyun 2023-c

11:43 195
.